Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın özünü Rusiyanın yaxın dostu kimi göstərməsi...”

05.06.18, 10:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aydın Mirzəzadə: “Əslində Rusiyanın imkanlarından maksimum istifadə etmək cəhdindən başqa bir şey deyil”

Rasim Musabəyov: “Bu, Rusiya kimi böyük dövlətin Xarici İşlər Nazirliyinə yaraşmayan bir oyundur”

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat və informasiya Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi brifinq qalmaqala səbəb olub. Diplomat brifinqdə azərbaycanlı jurnalistin Ermənistanın baş naziri Nikol Paşinyan tərəfəindən Dağlıq Qarabağın danışıqlar prosesində iştirakına dair ötən ay verdiyi bəyanatlarla bağlı sualına şərh verib, bunu açıq-aşkar "qeyri-konstruktiv və səs-küylü bəyanat" adlandırıb. Lakin daha sonra XİN-in rəsmi saytında brifinqin stenoqramının həmin hissəsini redaktə ediblər. Nəticədə belə alınıb ki, Kojin Paşinyanın bəyanatlarını xatırladan azərbaycanlı jurnalistin özünü "qeyri-konstruktivlikdə və səs-küylü bəyanatlar verməkdə" ittiham edib.
Mmillət vəkili Aydın Mirzəzadə deyib ki, Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi kimi dəyərləndirməsi nə diplomatik, nə də hüquqi cəhətcə düzgün deyil: “Mən məsələyə başqa bir bucaq altında baxırdım. Deməli əgər Artyom Kojinin suala cavab verəndə həqiqəti etiraf edirsə, bu o deməkdir ki, Rusiyanın rəsmi dairələrində məsələnin əsl mahiyyətindən xəbərdardırlar. Ermənistanın işğalçı dövlət olduğu, Ermənistanın qeyri-konstruktiv mövqe tutduğu və s. bəllidir. Bu gün Ermənistanın Rusiya üçün mütəffiq yox, ağır bir yük olduğunu kifayət qədər yaxşı dərk edirlər. Bunun özü göstərir ki, Ermənistanın özünü Rusiyanın yaxın dostu kimi göstərməsi əslində Rusiyanın imkanlarından maksimum istifadə etmək cəhdindən başqa bir şey deyil”.
Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyib ki, bu, Rusiya kimi böyük dövlətin Xarici İşlər Nazirliyinə yaraşmayan bir oyundur. Millət vəkili bildirib ki, Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi ermənilərin könlünü qırmaq istəməməkləri ilə bağlıdır: “Onlar ermənilərin kefini pozmaq istəmirlər. Çünki Rusiyanın xarici işlər naziri əslən ermənidir. Rusiya XİN-də erməni təsirləri həddindən artıq çoxdur. Bir çox hallarda, onların davranışları Rusiyanın dövlət maraqlarına cavab vermir. Belə hallar reallıqdır. Ölkəmiz də bu məsələyə öz münasibətini bildirib”.
Əli

Bu xəbər oxundu
- - -