Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həsənağa Turabovun xatirəsi anılacaq

05.06.18, 13:23
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İyunun 8-də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşacaq.
Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından bəhs edən fotosərgi açılacaq, kino mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılacaq.
Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsən Turabov fitri istedadının verdiyi imkanlar sayəsində səhnəyə yeniliklər gətirməklə özünəməxsus üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı mürəkkəb xarakterli, müxtəlif dünyagörüşlü obrazlar ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.
Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olan sənətkar, 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.
Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan obrazlar yaradıb. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər yaddaqalan rolu “Babək” filmində yaratdığı Afşin obrazıdır. Aktyor “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir.
“Qanlı zəmi” filminin rejissoru olmuş sənətkarın son çəkildiyi filmlər “Ailə” və “Nə gözəldir dünya” filmləri olub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)