Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Müharibə yenidən alovlana bilər

06.06.18, 8:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İşğalçı Ermənistan və separatçı Dağlıq Qarabağ rejimi təşvişdə

Beynəlxalq Böhran Qrupu (The International Criminal Court - BBQ) Azərbaycanın işğal altında olan ərazilərində yeni müharibənin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu məlumat BBQ-nin hesabatında yer alıb.
Təşkilatın analitikinin bəyanatında qeyd edilir ki, Ermənistandakı qeyri-stabil vəziyyət Qağabağda qarşıdurmaların yeni dalğasına səbəb ola bilər.
Maqdalena Qronunun sözlərinə görə, müharibənin yenidən alovlanması ehtimalı çox yüksəkdir: “Azərbaycan Ermənistan qeyri-staabillikdən istifadə edə və işğal olunmuş ərazilərin azad edilməsi üçün hərbi əməliyyatlara başlaya bilər. Bundan başqa Qarabağda hakimiyyətin əllərindən getdiyini görən səhra komandirləri özləri də hərbi əməliyyatların başlamasına yol aça bilərlər".
Xanım analitik qeyd edir ki, Minsk Qrupunun həmsədrləri Ermənistandakı siyasi böhranı nəzərə alaraq mövcud rəsmi kanallarla dəqiq hərəkət planı belə olmayan ölkənin baş naziri Nikol Paşinyanı Qarabağdakı risklərlə bağlı xəbəradlıq etməlidirlər.
Xatırladaq ki, iyunun 1-dən Azərbaycanın işğal olunan Dağlıq Qarabağ ərazisində separatçı rejimə qarşı aksiyalar keçirilir. Ermənistanın baş naziri Paşinyan aksiyaçılara müraciət edib. Mitinqlərə fasilənin veriləcəyi söylənilsə də, vəziyyət heç də ürəkaçan deyil. Həm Dağlıq Qarabağda, həm də işğalçı Ermənistanda daxili vəziyyət getdikcə pisləşməkdədir. Erməni ekspertləri həyacan təbili çalaraq belə bir gərgin vəziyyətdə Azərbaycanın işğal edilən torpaqları tezliklə azad edə biləcəyi ehtimalını ortaya atıblar ki, bu da işğalçı və separatçı rejimi təşvişdə saxlayır.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin sədri Eldar Namazovun fikrincə, birmənalı olaraq demək olar ki, bu aksiya hansısa siyasi dairələrin sifarişi ilə yox, burada yaşayan camaatın qondarma Dağlıq Qarabağda mövcud olan hərbi diktatura rejiminə qarşı nifrətinin və qəzəbinin hiddətindən irəli gəlir: “Yəni uzun illərdir, ermənilər bütün dünya arenasında təbliğat aparır ki, guya qondarma rejimdə hansısa demokratik cəmiyyət qurulub, orda seçkilər keçirilir və s. Hamı bilirdi ki, bu yalandır. Sadəcə olaraq, hərbi diktatura olduğuna görə, burada yaşayan xalqın səs çıxarmaq, nəyəsə etiraz etmək imkanı yox idi. Əvvəllər burada nəinki sadə insanların, hətta həmin quruma rəhbərlik edən adamların da terror aktı nəticəsində qətlə yetirilməsi baş verib. Eyni zamanda, öz aralarından olan şəxsləri dövlət çevrilişinə cəhd adı ilə həbs ediblər. Son aylarda İrəvanda baş verən hadisələrdən sonra buradakı xalq bir az ruhlanıb və həmin diktatura rejiminin növbəti bir cinayətinə cavab verib. Yəni bu hadisələrin başlamasına səbəb Xankəndidə mülki vətəndaşlarla separatçı rejimin “milli təhlükəsizlik xidməti”nin əməkdaşları arasında baş vermiş kütləvi davadır. Mülki vətəndaşlar burada döyülmüşdü. Artıq bu son damla oldu ki, camaat bezdiyini bildirdi və bütün rəhbərlərin istefaya getməsini tələb etdi. Yəni burada başqa amil axtarmaq lazım deyil. Çünki xalq hazırda qondarma qurumda mövcud olan durumdan çox narazıdır, hakimiyyətdən bezib”.
Ekspert qeyd edib ki, Dağlıq Qarabağda hakimiyyəti zəbt edənlər Serj Sərkisyanın və Robert Köçəryanın adamlarıdır. Təbii ki, Paşinyanın onlara hansısa bir isti münasibəti ola bilməz. Faktiki olaraq, Paşinyan orda etirazçıları dəstəklədi. Paşinyan öz müraciətində qeyd etdi ki, siz tələblərinizdə haqlısınız. Artıq sizin tələblərinizi yerli hakimiyyət qəbul edib və indi məsuliyyət yerli hakimiyyətin çiynindədir. Aksiyaları müvəqqəti dayandırmaq çağırışı ilə o, bütün məsuliyyəti oradakı xuntanın başında olan adamların üzərinə qoydu. Əgər indi onlar xalqın tələblərini yerinə yetirməsə, xalq yenidən küçəyə çıxa bilər: “İşğal olunmuş ərazilərdə mövcud olan hərbi diktatura, xunta rejimi gec-tez səhnədən gedəcək. Bu zaman əminəm ki, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa edəcək. Bir məsələni nəzərə almaq lazımdır ki, vaxtı ilə biz o torpaqları Azərbaycanın daxilində sabitliyin olmamasına görə itirdik. Həmin vaxtlarda Azərbaycanda ildə bir dəfə hakimiyyət dəyişirdi. Belə bir şəraitdə nə güclü ordu yaratmaq, nə cəbhədə erməni təcavüzünə layiqli cavab vermək mümkün idi. Ermənilər Azərbaycanda yaranmış bu vəziyyətdən sui-istifadə edib, rusların köməyi ilə o torpaqları zəbt etdilər. İndi isə bütün hadisələr əks istiqamətdə inkişaf edir və bumeranq kimi ermənilərin özlərinə qayıdıb. Hazırda Ermənistanda həmin proseslər başlayıb. Ona görə ki, torpaqlar zəbt olunandan sonra orada qurulan rejimlər hamısı cinayətkar, hərbi xuntadır. Bu sistemlər nə beynəlxalq hüquq normalarına, nə də insanların istəklərinə uyğundur. İndi Azərbaycan Ordusu torpaqlarımızın azad edilməsinə hər zaman hazır olmalıdır. Ermənilər XX əsrdə - 100 il ərzində Azərbaycana iki dəfə xəyanətkarcasına zərbə vurub. Birinci, 1918-20-ci illərdə bizim torpaqlarımızı işğal etməklə, özlərinə dövlət yaratmaq istəyiblər. Ondan sonra da 1980-ci illərdə yenidən Azərbaycan torpaqlarını işğal etməyə çalışıblar. Yəni biz bu tarixi dərslərdən nəticə çıxartmalıyıq”.
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanda məxməri inqilabla hakmiyyətə gələn qərbpərəst Nikol Paşinyanın xarici siyasəti onun Rusiya ilə siyasi qarşıdurmaya gətirəcək. Ölkədə növbədənkənar parlament seçkilərinə qədər Paşinyan Qarabağda separatçı rejimin lideri Serj Sarkisyanın yaxın adamı Bako Saakyanı uzaqlaşdırmağı planlayır: “Çünki, Bako Saakayan bir başa Moskvanın adamıdır və Kreml hər an Bako Saakyanın əli ilə Paşinayana qarşı surpirizlər hazırlaya bilər. Qarabağda etirzların Ermənistanda baş verənlərin xronolohi ardıcıllığın nəticəsi kimi qiymətləndirmək olar. Hazırda Ermənistanda yerli ermənilərlə qarabağ erməniləri arasında ciddi konflikt hökm sürür. Paşinayanın ordu rəhbərliyindən qarabağ ermənilərini uzaqlaşdırması, hökumətdə özünə sadiq şəxsləri təyin etməsi, xüsusi ilə qərbyönümlü şəxslərə üstünlük verməsi, qarabağlı erməni generallarında və siyasi elitasında ciddi narazılıq yaradır. Qeyd edim ki, Paşinyanın ordu rəhbərliyində Sarkisyanın yaxın adamalarını uzaqlaşdırması və separaçı Qarabağ liderinə qarşı etirazların təşkil edilməsi, əsasən Yerevanda ABŞ səfirliyinin təlimatı ilə həyata keçirilir. Baş nazir Nikol Paşinyan işğal olunmuş ərazilərdə separatçıları uzaqlaşdıra bilərsə, Qarabağ danışıqlarında yeni mərhələ başlaya bilər. Qeyd edim ki, ABŞ tərəfindən maliyyə və siyasi dəstək verilən Paşinayana konkret tapşırıqlar Vaşinqtondan verilib. Bu tapşırıqlar hakimiyyətdən Rusiya bağlı şəxsləri uzaqlaşıdırmaq və ölkənin inkişafı üçün əməli addımlar atmaqdır. Burada Qarabağ münaqişəsinin həllidə mühüm amildir. Məhz Trampın Azərbaycan prezidentinə təbrik məktubunda Qarabağla bağlı növbəti aylarada addımların atılacağını qeyd etməsi, məhz Ermənistandakı son proseslərlə əlaqədardır. Hazırda rəsmi Bakının Yerevana təmkinli siyasəti bununla əlaqədardır”.
M.Əsədullazadə onu da vurğulayıb ki, Paşınyan Ermənistanda və Qarabağda Rusiyaya bağlı şəxsləri uzaqlaşdırıb, növbəti seçkilərdə qələbə qazanarsa, Vaşnqtonun istəyi ilə ciddi şəkildə Qarabağa danışıqlarına qatıla bilər: “Vaşinqton bilir ki, regionda Qarabağ konflikti həll edilmədən Rusiya Cənubi Qafazadan və Ermənistanda çıxmayacaq. Ermənistanda baş verənlər sistem və klanaların təmizlənməsidi. Burada inqilab və islahatlar Qərbin siyasi hakimiyyətdə möhkəmlənməsinə Və Rusiyanın uzaqlaşdırılmasına hesablanıb. Ümumiyyətlə, Rusiyanın Ermənistanda nüfuzunun zəifləməsi, Azərbaycan və region üçün mühüm əhəmiyyət kəsb edir. Nikol Paşinyanın Qarabağala sərt, kompromissiz açıqlamaları daxili auditoreya xüsusui ilə separatçılar üçün hesablanıb. Rusiya bağlı siyasilər və separatçılar hakimiyyətədən uzaqlaşarsa, növbədən kənar parlament seçkilərində Paşinyan qələbə çalasa, o artıq Qarabağ münaqişəsinin mümükün həllini ortaya qoyacaq. Paşinyan Rusiyadan uzalaşa bilərsə, ABŞ onu Rusiyadan qorusa, Qarabağla bağlı yeni gəlişmələrin şahidi olacağıq. İlk növbədə Qarabağ separatçılarını və generalları zərərləşdirməkdi. Qeyd edim ki, bir müddət bundan əvvəl separtçıların lideri olan hazırda həbsdə saxlanılan Samvel Babayanın azadlığı üçün bir qrup şəxslərin etirazına rəğmən onun azadlığa buraxılmaması, məhz qarabağ ermənilərinin zərərləşdirilməsinə hesabalnıb. Ermənistan ağrılı siyasət davam edir. Əgər, bu siyasət və islahatlar münaqişənin həlli ilə bağlı real danışıqlara töhfə verməsə, Rusiya Yerevanla əlaqələri soyuyarsa, müharibə ehtimalı qaçılmaz ola bilər”.
Cavid

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)