Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya MDB ölkələrini Suriya bataqlığına çağırır

06.06.18, 12:50
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya müdafiə naziri Sergey Şoyqu Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə humanitar yardım və infrastrukturun bərpa olunması da daxil olmaqla Suriyada dinc həyatın bərpa edilməsi prosesində iştirak etməyi təklif edib. Bunu Şoyqu Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.
"Hamı üçün aydındır ki, təhlükəsizliyi yalnız birgə səylərlə təmin etmək olar. Bununla əlaqədar sizə müraciət edərək Suriyada dinc həyatın bərpasında iştirak etməyi təklif edirəm", - deyə Şoyqu qeyd edib.
O əlavə edib ki, bu gün Suriyada tərəflər geniş sahədə qarşılıqlı şəkildə əməkdaşlıq edə bilər: "Bura ərazilərin minalardan təmizlənməsi, deeskalasiya (gərginliyin azaldığı - red.) zonalarında birgə patrulun aparılması, humanitar köməyin göstərilməsi, infrastrukturun bərpası və s. Sizin dəstəyinizə ümid edirik. Bu dəstək bizim beynəlxalq terrorizmlə mübarizədə və ümumi təhlükəsizliyin bərpasında birliyimizi göstərə bilər".
Nazirin sözlərinə görə, hazırda Suriyada ön plana münaqişənin siyasi yolla nizamlanması, humanitar köməyin göstərilməsi və infrastrukturun bərpası məsələləri çıxır: " Suriya ərazisinin böyük hissəsi azad olunub, digər ərazilərdə isə terrorçularla silahın yerə qoyulması ilə bağlı danışıqlar gedir".

Bu xəbər oxundu
- - -