Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Urmiyənin millət vəkili Xudafərin körpüsündə

06.06.18, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nadir Qazipur Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını qınayıb


Güney Azərbaycanın Urmiyə şəhərinin iran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.
Tarixi Xudafərin körpüsünün (Həsrət körpüsü) yanında şəkil çəkdirən Nadir Qazipur Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasını pisləyib.
O Xudafərinə səfəri ilə bağlı mayın 5-də İnstaqram səhifəsində şəkil və məlumat paylaşıb.
“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsüdür. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”- deyə o öz səhifəsində yazıb.
Urmiyənin millət vəkilinin bu hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb.
Xudafərin körpüsü Azərbaycanın Qarabağ və Qaradağ bölgələri arasında Araz çayı üzərində tikilib, bu bölgənin şimal tərəfi hazırda Ermənistan dövlətinin işğalı altındadır.

Bu xəbər oxundu
- - -