Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TANAP Türkiyəyə qarşı siyasi təzyiqləri azaldıb”

06.06.18, 14:16
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin reallaşdırılması iqtisadi əhəmiyyətdən daha çox siyasi çalarlara malikdir, çünki Türkiyə TANAP vasitəsilə İran və Rusiya tərəfindən özünə qarşı siyası təzyiqləri də azaltmış oldu.
Bunu Finans.az-a Türkiyənin "Sözçü" qəzetinin iqtisadiyyat və energetika üzrə mütəxəssisi Taylan Böyükşahin şərh edib.
"Türkiyə neftə olan tələbatının 70%-ni, qaza olan tələbatının isə 90%-ni idxal hesabına ödəyir. Türkiyə nefti müxtəlif ölkələrdən, təbii qazın böyük hissəsini isə əsasən Rusiya və İrandan alır. Geosiyasi vəziyyətdən asılı olaraq Türkiyənin bu ölkələrlə əlaqələri bəzən gərginləşir, bu zaman isə bütün diqqət qaza yönəldilir, narahatlıq yaranır. Çünki bu ölkələrdən alınan təbii qaz təkcə evlərdə deyil, sənaye müəssisələri və elektrik stansiyalarında da istifadə olunur. Xüsusən də Rusiya qazı enerji istehsalında önəmli paya sahibdir. Türkiyə vaxtaşırı risklərlə qarşılaşmamaq üçün alternativ təbii qaz mənbələri axtarmağa başladı. Bunların ən əhəmiyyətlisi TANAP layihəsidir. Bu səbəbdən Türkiyənin ən yaxın əlaqələri olan Azərbaycanla TANAP layihəsini həyata keçirməsi iqtisadi mənadan çox siyasi çalar daşıyır. Türkiyə TANAP-la Rusiya və İranın təbii qazla bağlı siyasi təzyiqlərini də azaltdı", - deyə türkiyəli şərhçi bildirib.
Tylan Böyükşahin onu da vurğulayıb ki, TANAP vasitəsi ilə Avropaya nəql olunacaq qaz həmçinin Türkiyə üçün iqtisadi baxımdan böyük fayda verəcək:"Gələcəkdə TANAP vasitəsi ilə İran və Türkmənistan qazının da nəql olunması ehtimal olunur. Bu isə Azərbaycanın və Türkiyənin bölgədə daha da güclü olmasını təmin edəcək".
Cənub Qaz Dəhlizi layihəsinin sonuncu seqmenti- Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı da fikirlərini bildirən T.Böyükşahin qeyd edib ki, enerji təhlükəsizliyi təkcə Türkiyə üçün deyil, eyni zamanda Avropa üçün də önəmlidir: "Təbii qazda Türkiyə kimi Rusiya qazından asılı olan Avropa ölkələri özlərinə alternativ enerji mənbələri axtarırlar. Bu baxımdan TAP Avropa üçün çox əhəmiyyətli layihədir. Avropanın tələbatını tam təmin edə bilməsə də Avropa TAP-a çox önəm verir. TANAP-ın istismara verilməsi ilə birlikdə TAP-ın önəmi daha çox ortaya çıxacaq".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)