Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanın Qərb gəmilərinin kabusu olan qırıcısı

07.06.18, 11:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya istehsalı MiQ-31 hipersonik qırıcılarının “Xəncər” raketləri ilə təchiz edilməsi Moskvanın potensial rəqibləri üçün ciddi bir təhdiddir. Bu barədə “Military Watch Magazine” nəşri yazıb. Nəşrin məlumatına görə, MiQ-31 qırıcısı digər ölkələrdə analoqu olmayan öldürücü silah olmaqla bərabər, eyni zamanda, həm hava döyüşlərində, həm də rəqibin gəmilərini vurmaq üçün aktiv olaraq istifadə olunan döyüş maşınıdır. Müdafiə Nazirliyinə təhvil verildikdən sonra müasir radar və raket sistemləri ilə təchiz olunan qırıcılar bu gün dünyanın ən sürətli müasir döyüş təyyarələri sayılır. “Zaslon” radar sistemi ilə uzunmənzilli P-33 və P-37 (hava-hava tipli) raketlərinə sahib qırıcı bununla da döyüş meydanında imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Yazıda həmçinin “Xəncər” raketləri barədə də söhbət açılıb. Raketlərin müasir parametrlərinin istənilən müdafiə silahı üçün əlçatmaz olduğu və bu raketlə təchiz olunmuş qırıcının uzaq məsafədən istənilən böyüklükdə döyüş gəmisini rahatlıqla məhv edə biləcəyi qeyd olunub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)