Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Təhsil Nazirliyi: “Müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var”

07.06.18, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu gün diaqnostik qiymətləndirmə onu göstərir ki, müəllimlərin əsaslı şəkildə ixtisasartırmaya ehtiyacı var. Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, müəllimlərin diaqnostik qiymətləndirilməsi demək olar ki, bitmiş prosesdir: "Müəllimlərin 90 faizdən çoxu prosesə cəlb olunub. Diaqnostik qiymətləndirməyə hazırda yalnız bu prosesdə hansısa səbəbdən iştirak edə bilməyənlər cəlb olunur. Diaqnostik qiymətləndirmənin mahiyyəti yenə də dəyişmir. Bu, bizə müəllimlərlə bağlı vəziyyəti analiz etməyə imkan verir. Lakin müəllimlərin sertifikatlaşdırılması daha çox təhsilin keyfiyyətinin təminatı ilə bağlıdır. Bu məsələ qanunvericiliyə daxil edilir, lakin sertifikasiyanın keçirilməsi, təşkili qaydaları ilə bağlı müzakirələr hələ başlamayıb. Bunun üçün ilk növbədə sertifikasiya məsələsinin qanunvericiliyə daxil edilməsi lazımdır, daha sonra qaydalar hazırlanacaq".
E.Əmrullayev əlavə edib ki, normal halda müəllim 3-5 ildən bir özünü diaqnostik qiymərləndirmədən keçirməli və nələri bacardığını müəyyən etməlidir: "Böyük ehtimalla diaqnostik qiymətləndirmə müəllimlərin ixtisasartırma təlimləri mexanizminin bir hissəsi olacaq. Bu təlimlərə cəlb olunan müəllim diaqnostikadan keçiriləcək ki, ona hansı sahə üzrə köməyin lazım olduğu müəyyən edilsin". Şöbə müdiri bildirib ki, hazırda müəllimlər 5 ildən bir bu təlimlərdən keçirlər: "İxtisasartırma təlimlərinin sonunda müəllimlərin hansı bacarıqlara yiyələndiyi yoxlanılır. Artıq 3 ildir ki, bununla bağlı pərakəndəlik aradan qaldırılıb və müəllimlərə vahid sertifikatlar təqdim olunur".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)