Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bütün lisey və gimnaziyalara şagird qəbulu vahid meyarlar əsasında olacaq

07.06.18, 12:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Təhsil Nazirliyinin sistemindəki liseylər və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu vahid meyarlar əsasında həyata keçiriləcək. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu məqsədlə bütün lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulunun vahid metodologiyası hazırlanır: "Təhsil Nazirliyinin sistemindəki liseylərin 1-ci sinfinə şagird qəbulu üçün hələ 2 il əvvəldən mərkəzləşdirilmiş qaydada qəbulun aparılmasına başlanılıb. Ötən ildən başlayaraq, liseyin yerləşdiyi ərazidə yaşayan uşaqlar liseylərə müsabiqəsiz qəbul olunurlar. Bu sistem bu il də tətbiq olunur".
E.Əmrullayev bildirib ki, hazırda lisey və gimnaziyalara seçim meyarları fərqlidir: "Hazırda liseylər üçün müxtəlif seçim meyarları var. Biz onları bir-birilərinə uyğunlaşdıraraq vahid meyarlar tətbiq etmək istəyirik. Liseylərin bəzilərinə qəbul üçün 30, bəzilərinə 50 və s. qədər balın toplanılması lazım olur. Bundan başqa, bəzi liseylər müsabiqəni 2 və ya 3 mərhələli təşkil edirlər. Lakin biz çalışırıq ki, seçim meyarları vahid formada olsun. Məqsədimiz odur ki, bütün liseylərə şagirdlərin qəbulu eyni meyarlarla olsun". Şöbə müdirinin sözlərinə görə, hazırda bu istiqamətdə işlər görülür: "Yəqin ki, bu ildən həmin meyarları pilot kimi icra edəcəyik. Gələn ildən isə onlar birmənalı olaraq tətbiq ediləcək. İyunun 20-nə qədər bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)