Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Uşaq rəsm festivalına yekun vurulub

07.06.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xətai Sənət Mərkəzində “Azərbaycanım” adlı respublika uşaq rəsm festivalına yekun vurulub.
Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Dövlət Rəsm Qalereyası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan festival Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov və digərləri çıxış edərək festivalın əhəmiyyətindən, sərgilənən əsərlərin məna və məzmun dolğunluğundan danışıblar.
Festival çərçivəsində keçirilmiş müsabiqənin iştirakçıları arasından əsərlərində milliliyi daha yaxşı təsvir etmiş 35 uşaq açıq havada əsərlərini yaradıblar. Sonra qaliblər mükafatlandırılıb. Mükafatlar beş nominasiya üzrə təqdim olunub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)