Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Prezident haqlı olaraq BMT-dəki çıxışı zamanı...”

08.06.18, 10:27
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fəzail İbrahimli: “Ermənistan rəhbərliyinin cinayətkar olduğunu bəyan edib”



“Mən özüm də həmin iftar məclisində iştirak etdim və prezidentin çıxışını diqqətlə dinlədim. Hər dəfə olduğu kimi, prezident mühüm mövzulara toxundu. Bunlar içərisində bizim üçün xüsusi əhəmiyyət kəsb edən – Qarabağ münaqişəsi mövzusu da vardı”. Bunu millət vəkili Fəzail İbrahimli Prezident İlham Əliyevi iftar süfrəsində səsələndidiyi fikirlərə münasibət bildirərkən deyib. deyib. Qeyd edib ki, Azərbaycan siyasi sabit ölkə olması ilə dünyaya nümunə ola bilər: “Ölkəmizdə tolerantlıq hökm sürür. Bunu bütün dünya bilir. Ölkəmizdə olan müxtəlif səfirliklər də bunu görür. İftar süfrəsində digər dinlərin nümayəndələrinin əyləşməsi bunu bir daha sübut edir. Onlar hətta çıxış etdilər, fikirlərini bölüşdülər. Ölkəmiz həqiqətən tolerantdır, dini dözümlülük yüksək səviyyədədir”. Millət vəkili onu da bildirib ki, prezident haqlı olaraq BMT-dəki çıxışı zamanı Ermənistan rəhbərliyinin cinayətkar olduğunu bəyan edib: “Artıq bunu hamı bilir. Prezident onlara işğaldan əl çəkməyi bir daha xatırlatdı. Ona görə də düşünürəm ki, bu iftar süfrəsi həm də siyasi baxımdan əhəmiyyətli oldu”.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov diqqətə çatdırıb ki, Azərbaycanın işğal altında olan ərazilərində mövcud siyasi hakimiyyətə qarşı aksiyalar Qarabağda yaşayan ermənilərin nə qədər acınacaqlı durumda yaşadıqlarının təzahürüdür. Onun sözlərinə, cinayətkar Serj Sarkisyanın yaratmış olduğu cinayətkar siyasi rəhbərliyin əlində, faktiki olaraq, Qarabağda yaşayan erməni əhalisi girova çevrilibdir: “Bu cinayətkar siyasi hakimiyyət zaman-zaman öz çirkin niyyətlərini Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçiribdir. Biz, hər zaman bəyan etmişik ki, öz torpaqlarımızı işğaldan azad edəcəyik və faktiki olaraq, cinayətkar siyasi hakimiyyətin əsarətində olan və Azərbaycan vətəndaşları olan Qarabağda yaşayan erməni xalqını da həmin cinayətkar hərbi xuntanın əsarətindən azad edib, birgəyaşayışı təmin edəcəyik. Düzdür, hələ bu narazılıqlar və aksiyalar oradakı erməni əhalisinin özü tərəfindən idarə olunmur və burada, şübhə etmirəm ki, Nikol Paşinyanın və beynəlxalq erməni lobbisinin birbaşa rolu vardır. Bako Saakyan, faktiki olaraq, Sarkisyan rejiminin yetirməsidir və hazırkı hakimiyyət üçün arzu olunan şəxs deyildir və o səbəbdən də, onu devirməklə hazırkı siyasi hakimiyyət öz adamını hakimiyyətə gətirməyi hədəf götürmüşdür. Hazırda Qarabağda yaşayan xalqın narazılığının təkcə separatçı rejimə deyil, birbaşa Ermənistanın özünə qarşı çevrilməsinə inanmıram. Baxmayaraq ki, orada ermənilərin həyat şəraiti, dolanışığı acınacaqlıdır, faktiki olaraq, istismar edilir, heç bir demokratiyadan, azadlıqdan danışmaq belə mümkün deyildir, amma vəziyyətin nəzarətdən çıxmasına inanmıram ki, erməni lobbisi imkan versin. Sadəcə, vəziyyət gərginləşəcəyi təqdirdə, biz məqamı düzgün idarə etməliyik. Hərbi, kriminal, quldur rejimin əlindən və daşnak-erməni lobbisinin əsarətindən Qarabağdakı erməni əhalisini də azad etməliyik, ədaləti bərpa edib öz faktiki ərazilərimizdə qanunlarımızın təmin edilməsinə nail olmalıyıq. Fikirləşirəm ki, Azərbaycan dövləti bu məqamda daha çevik və düşünülmüş addım atmalıdır və bütün beynəlxalq hüququn imkanlarını işə salaraq, dünya birliyi tərəfindən qəbul edilən ərazilərinə nəzarətin bərpası istiqamətində fəaliyyətini gücləndirməlidir. Hətta bu məqamda hərbi gücün tətbiqi də faydalı ola bilər”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)