Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın yeni rəhbərliyi tez-tez Azərbaycana qarşı sərsəm bəyanatlarla çıxış edir”

08.06.18, 10:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Ermənistanın yeni rəhbərliyi tez-tez Azərbaycana qarşı sərsəm bəyanatlarla çıxış edir. Hərdən Ermənistanın baş naziri elə sərsəm danışır ki, sələfini də ötüb keçir”. Bunu deputat Elman Nəsirli deyib.
Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına Ermənistanın veto qoyacağı ilə bağlı fikrə gəlincə, deputat hesab edir ki, Ermənistan rəhbərliyi bir sıra məsələlərə qeyri-real tərəfdən yanaşır: “Ermənistan rəhbərliyi real həyatdan uzaq düşüb. Çünki Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı niyyət ortaya qoymayıb. Buna baxmayaraq, Ermənistan istisna olmaqla, Azərbaycanın bu ittifaqda təmsil olunan dövlətlərlə sıx və isti münasibətləri var.
İndiyədək Azərbaycan rəhbərliyi bu formata üzvlüklə bağlı mövqe bildirməyib. Bu da hər kəsə bəllidir. Buna görə də hesab edirəm ki, Ermənistan xarici işlər nazirinin səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir. Sadəcə olaraq, onlar öz arzularını ifadə edirlər”.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına veto qoyacaqlarını bildirib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)