Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rəsmi Bakı hələlik Paşinyana şans verir”

08.06.18, 11:07
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Zaur Məmmədov: “Bu şansın limiti avqust ayında bitəcək”


Ermənistanda sular durulmur. Gərginlik davam edir. Yeni baş nazir Nikol Paşinyanın isə Qarabağla bağlı mövqeyi aydın deyil. Belə olan təqdirdə danışıqlar prosesi ilə bağlı müəmmalı durum davam edir.
Politoloq Zaur Məmmədov deyib ki, Paşinyan ermənidir və erməni cəmiyyəti hər zaman faşist, ideoloji baxımdan qonşuların nəinki torpağına, hətta musiqisinə, mədəniyyətinə, mətbəxinə göz tikən xalq olublar: “Bu cəmiyyət xəstə cəmiyyətdir. Rəsmi Bakı hələlik Paşinyana şans verir. Bu şansın limiti avqust ayında bitəcək. Yeri gəlmişkən iqtisadi və sosial tərəqqi şüarları ilə hakimiyyətə gələn çantalı kişi bugün parlamentdə hökumətin proqramını təqdim edib. Proqramda romantizmdən başqa heçnə yox idi. İslahatlarla və gələcək siyasi, sosial, iqtisadi kursla bağlı konkret heçnə. Özləri bilər. Bizi maraqlandıran Qarabağdır”. Onun sözlərinə görə, Paşinyan parlamentdə çıxışı zamanı - danışıqlar masasında Qarabağ ermənilərin iştirakının vacibliyini qeyd edib: “Paşinyanın fikrincə əgər Qarabağ erməniləri Ermənistandakı hakimiyyətin formalaşmasında iştirak etmirlərsə İrəvanda oturanların onların adından danışmağa haqqı yoxdur. O zaman sual olunur, bəs Ermənistan gəncləri niyə Qarabağda qulluq edirlər, bəs Ermənistan ordusu niyə işğal olunmuş ərazilərdən çıxmır? Ermənilərin bəhanə etdiyi millətlərin öz müqqədaratını təyinetmə prinsipi haqda qısa fikir bildirmək istəyirəm. Münaqişənin tərəfi kimi üçüncü tərəf yoxdur, Dağlıq Qarabağ xalqı kimi anlayış yoxdur və ermənilərin hər yerdə dedikləri xalqların öz müqqədaratı prinsipi artıq ermənilər tərəfindən Ermənistan dövləti çərçivəsində həllini tapıb. BMT-nin prinsiplərindən olan bu formulanın ermənilər və ya dövlətçiliyi olan heç bir xalq ilə əlaqəsi yoxdur. İkinci dünya müharibəsindən sonra bu prinsipin beynəlxalq hüquqa daxil olmasının səbəbi o zamankı dövr, konfiqurasiya ilə bağlı idi”.
Politoloq Cümşüd Nuriyev vurğulayıb ki, Ermənistanın yeni baş nazirinin ikibaşlı gedişlərinə hazır olmaq lazımdır: "Nikol Paşinyanın bu günkü çıxışı çox hiyləgər və məkrli bir çıxışdır. Onun səmimiliyinə inanmaq böyük səhv olardı. Paşinyan bu fikirləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin ayın 7-də Qafqaz Müsəlmanları İdarəsində verilən İftar süfrəsindəki çıxışına cavab verir. Birincisi, o danışıqlarda status kvonu 1998-ci il səviyyəsinə gətirmək istəyir ki, bu da Dağlıq Qarabağın separatçı rəhbərliyini de-yure tanımaq deməkdir. Bu bizim üçün qəbul edilməsi mümkün olmayan bir məsələdir. İkincisi, danışıqların formatı yenidən dəyişilməlidir, yəni biz yenə də bir neçə il gözləmə mövqeyinə keçməliyik. Üçüncüsü, N.Paşinyan danışıqlara gedirəm deyir və eyni zamanda Ermənistan ordusunu modernləşdirmək, daha müasir silahlar almaq və müdafiə qabiliyyətini artırmaq məsələlərini gündəmə gətirir. Dördüncüsü, bu adamcığaz Azərbaycanı hədələyir və bildirir ki, biz bir dəfə qalib gəlmişik və yenə də qalib gələ bilərik. Bu necə məntiqdir? Bəs adam hüquqi, mənəvi və siyasi cəhətdən Qarabağ ermənilərinin adından danışmaq səlahiyyətinə malik deyildi? Ermənistanda baş verən proseslərin məcrasını dəyişmək istəyən N.Paşinyan bu siyasi gedişləri xarici məsləhətçilərinin tapşırığı ilə həyata keçirir. Həm Rusiya, həm də ABŞ öz maraqlarına uyğun olaraq ondan istifadə etmək istəyirlər. Ancaq Rusiya bu siyasi partiyanı uduzmaq üzrədir. Hakimiyyətdə "amerikanın uşaqları" üstünlük təşkil edir. S.Lavrovun mövqeyi də çox təhlükəlidir. O bir erməni kimi Rusiyanın siyasi maqraqlarını belə sata bilər. Biz hiyləgər və şərəfsiz N.Paşinyanın "tülkü" səmimiyyətinə aldanmamalıyıq".

Əli

Bu xəbər oxundu
- - -