Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları” adlı tədbir keçirilib

08.06.18, 11:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyi tədbirləri silsiləsindən “Azərbaycan Cümhuriyyətinin hüquqşünas deputatları” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti elan olunduğu ilk gündən Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Ağaoğlu, Fətəli xan Xoyski, Mustafa bəy Vəkilov kimi hüquqşünas kadrlar respublikanın taleyində müstəsna rol oynayıblar. Təsadüfi deyil ki, hüquqşünas çoxluğun təmsil olunduğu Cümhuriyyət Parlamentində fəaliyyətdə olduğu iki il ərzində 155 iclas keçirilmiş, bu iclaslardan 10 Milli Şura dönəminə 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət dönəmində olub. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış bu layihələrdən 230 qanun şəkilində qəbul edilib. Azərbaycan Cümhuriyyəti süquta uğradıqdan sonra da bu peşəkar hüquqşünas kadrlar ömürlərinin sonuna qədər mühacirətdə milli mücadiləni davam etdiriblər. S.Vəkilov qeyd edib ki, tədqiqatçılar tərəfindən Cümhuriyyət parlamentinin bir qrup üzvləri araşdırılsa da Rza bəy Ağabəyov, Müseyib bəy Axicanov, Bağır bəy Rzayev, İsgəndər bəy Axundov, Rəşid bəy Axundzadə, Zeynal Tağıyev, Əbdüləli bəy Əmircanov, Əliəkbər bəy Xasəmmədov, Rəşid xan Qaplanov, Mirhidayət Seyidzadə, Asəf bəy Şıxəlibəyov, Məhəmməd xan Təkiniski fəaliyyəti araşdırılmayıb və ictimaiət bu barədə məlumatlandırılmayıb.
Tədbirdə çıxış edən BDU-nin professoru Nəsiman Yaqublu çıxışında bildirib ki, cümhuriyyət irsinin araşdırılması daha da intensivləşdirlməli, təkcə Azərbaycanın arxivlərində deyil, Cümhuriyyət irsinin sənədlərinin çoxluq təşkil etdiyi Rusiya və Avropa arxivlərində də ciddi iş aparılmalıdır.
Sonra çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, İctimai Televiziyanın Carçı film studiyasının əməkdaşı, Mahir Qəribov Cümhuriyyət Parlamentinin hüquqşünas deputatlarını fəaliyyəti tədqiqatçı kimi maraq doğurur parlamentin üzvləri eyni zamanda Cümhuriyyətin 23 yaşlı ən gənc Daxili İşlər Naziri olmuş Mustafa bəy Vəkilov və Əmək naziri olmuş Əhməd bəy Pepinov haqqında sənədli filim çəkilib. Hesab edirəm ki, sənədli filmlər seriyası davam olunmalıdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək tədbirin vacibliyini vurğulayaraq Prezident İlham Əliyevin bu ili “Cümhuriyyət ili” elan etməsini vətəndaş cəmiyyəti institutlarının bu cür tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirib.
Tədqiqatçı jurnalist Şərq qəzetinin baş redaktoru Akif Aşırlıda cümhuriyyət qurucusu olan jurnalistlərin hər birinin həm də yazar olduğunu vurğulayıb. Tədqiqatçı Nəzir Əhmədli cümhuriyyət parlamentarilərinin hər birinin həyat hekayəsinin mükəmməl olduğunu və məşəqqətlər dolu olduğunu onların taleyini kövrək hisslərlə oxumamaq mümkün olmadığını söylədi.
Sonra tədbirdə iştirak edən Milli Məclisin deputatı Fazil Mustafa Cümhuriyyət irsinin gənclər arasında təbliğ olunmasının onların milli vətənpərvər ruhda tərbiyə olunmasına zəmin yaradar. Millət vəkili Elman Nəsirov cümhuriyyətin işğalından sonrakı müqavimət hərəkatının öyrənilməsinin zəruriliyini bildirib. Tədbirdə Daxili İşlər Nazirliyinin şəxsi heyətlə iş idarəsinin şöbə rəisi Orxan Bədəlovda iştirak edib.

Bu xəbər oxundu
- - -