Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ ABŞ TANAP-ın başa çatmasından məmnundur“

08.06.18, 13:09
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Amerikalı diplomat: “Məqsədimiz azərbaycanlıların arzuladığı daha firavan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir”

"ABŞ TANAP layihəsinin başa çatmasından məmnundur və bu layihənin işə düşməsini dəstəkləyir".
Bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gil deyib. V. Gil qeyd edib ki, ABŞ əvvəldən Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir: "TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir. Ötən həftə Səngəçalda Cənub Qaz Dəhlizi layihəsinin açılış mərasimində də iştirak etdim. Mərasimdə prezident İlham Əliyev çıxışında ABŞ-ın bu layihəyə verdiyi güclü siyasi dəstəyi, Beynəlxalq Maliyyə Fondalarının dəstəyinin vacib olduğunu deyib".
"Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən bəri ABŞ azərbaycanlı məcburi köçkünlərə 112 milyon dollardan çox yardım edib"-deyən V. Gil bildirib ki, ABŞ-ın məqsədi azərbaycanlıların arzuladığı daha firavan, sabit gələcək qurmaqda onlarla əməkdaşlıq etməkdir: "Bildiyiniz kimi, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Minsk qrupu prosesinin həmsədri olmaqla, proses çərçivəsində münaqişənin sülh yolu ilə həlli üçün tərəfləri bir araya gətirərək həll yolunun tapılması istiqamətində işlər görür. Amma eyni zamanda, məcburi köçkün əhalisinin ehtiyacları var ki, bu ehtiyaclar təmin edilməlidir və şadıq ki, məcburi köçkünlərə yönəlmiş uğurlu fəaliyyət həyata keçirə bilirik".

Bu xəbər oxundu
- - -