Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İnkişaf strategiyasında elm və texnologiyalar mühüm yer tutur

08.06.18, 13:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İnkişaf strategiyasında elm və texnologiyalar mühüm yer tutur. Bu mənada qarşıda duran vəzifələrdən biri elmə, yüksək texnologiyalara əsaslanan istehsalın genişləndirilməsidir. Ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılır. Texnoloji parklar, sənaye zonaları, biznes inkubatorlar yaradılır və innovativ ideyaların dəstəklənməsi üçün imkanlar genişləndirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində fəaliyyət göstərən Pirallahı və Mingəçevir yüksək texnologiyalar parkları, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Mərkəzi və Milli Nüvə Tədqiqatları Mərkəzi bu məqsədlərə xidmət edir. Müasir avadanlıqlarla təchiz edilmiş Yüksək Texnologiyalar Mərkəzində alimlərimiz nanotexnologiyalar üzrə tədqiqatlarında Xəzər neftini karbon mənbə kimi istifadə edərək nanoborular hazırlayıblar. Yeni nəsil LED işıqların hazırlanması istiqamətində də uğurlu nəticələr var və artıq sınaqlar həyata keçirilir.
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib. O bildirib ki, nazirliyin dəstəyi ilə ingilis dilində “Tətbiqi və hesablama riyaziyyatı” beynəlxalq jurnalı nəşr olunur. Bu jurnal hələlik təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır. Cari və perspektiv məsələlərin həllində Azərbaycan elminin mövcud potensialından səmərəli istifadə etmək üçün alimlərlə əməkdaşlıqdan danışan nazir deyib ki, regionun ən təhlükəsiz və müasir standartlara cavab verən Data Mərkəzi ölkəmizdə qurulub. Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək təhlükəsizlik sertifikatı alıb, bu sahədə dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz olunub. 2017-ci ildən Data Mərkəzi tərəfindən dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və bulud texnologiyaları xidmətləri göstərilir. DATA Mərkəzi biznes və dövlət qurumları ilə yanaşı, elmi ictimaiyyətin də fəaliyyət dairəsinə uyğun xidmət göstərməyə hazırdır.
“Nazirlik Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi və onun müvafiq institutları ilə sıx əməkdaşlıq edir. İnanırıq ki, bizim birgə əməkdaşlığımız ölkəmizin sosial-iqtisadi, eləcə də elmi-texnoloji inkişafına önəmli töhfə verəcək”, - deyə Ramin Quluzadə bildirib.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)