Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gürcüstan inqilabın astanasında

11.06.18, 8:25
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Son günlər Tbilisidə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək veriblər.
Mitinqdə iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.
Mitinqdə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar.
İyunun 10-da Gürcüstan parlamentinin qarşısında yenidən mitinq keçirilib.
Mitinq "Öldürmə" devizi altında keçirlən aksiyada əsasən hökumətin istefası tələb olunub.
Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Lakin görüşdən on gün keçməsinə baxmayaraq əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardir və istefaya getməlidir".
Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.
Məlumat üçün qeyd edək ki, 2017-ci il dekabrın 1-də Tbilisinin Vake yaşayış massivində, Xorava küçəsində 51 saylı məktəbin iki 16 yaşlı şagirdi münaqişə nəticəsində bıçaqla qətlə yetiriliblər. Prokurorluq araşdırma zamanı əsl gunahkarların məsuliyyətdən yayınmasına imkan yaratdığı üçün valideylər və onların tərəfdarları aksiyalara başlayıblar.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, qonşu Gürcüstanda inqilabi əhval ruhiyyə yenidən küçələrə sirayət edib. Qərbin "Qızıl gül" inqilabının beşiyi olan bu Qafqaz ölkəsində mərkəzdən qaçma və Qərbin sözünə baxmayan hakimiyyətin formalaşması, burada inqilabı labüd edir.
Qərb Gürcüstanda hakimiyyəti yenidən dəyişmək üçün məxməri inqilaba hazırlıq görür. Çünki, ABŞ və Avropanın getdikcə Cənubi Qafqaza diqqəti artır və Rudiyanın regionda təsirini zəiflətmək üçün bunu labüd görür: “Qeyd edim ki, Bidzina İvanaşvilinin kölgəsndə olan Gürcüstan hakimiyyəti həm Qərb, həm də Rusiya ilə ortaq siyasi xətt yürütməkdə maraqlıdır. Rusiyanın maraqlarının qorunmasında və Kremlə yaxınlaşmaq üçün "Gürcü Arzusu" hökuməti, Rusiya ilə Abxaziya və Cənubi Osetiya üzərindən nəqliyyatın bərpasını və Kremlin regionda apardığı siyasətə loyal yanaşması Qərbin diqqətindən yayaınmır və bu da narahatedici faktor olaraq bir neçə ildir ki, davam edir. Bundan əlavə Gürcüstan hökuməti Qərbin dəstək verdiyi Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan və nəhayət, Cənubi Qaz dəhlizinə qarşı zamanla şantaj xarakterli bəyanatlar verib və Azərbayacan qazına qarşı Rusiyanı alternativ olaraq irəli sürüb. Bu faktlar və hazırda Gürcüstan hakimiyyətinin Rusiya qarşı sürüşməsi, Qərbin yenidən Saakaşvili timsalında tam Qərb kursu götürən hakimiyyət formalaşdırmağı qarşısına məqsəd qoyub”.
Politoloq vurğulayıb ki, "Gürcü Arzusu" hökumətinin sağa-sola manevr siyasəti və ölkədə demokratiyanın boğulması, Qərbin qəti addımlar atamasına gətirə biləcək. Ölkədə qarşıdan parlament seçkiləri yaxınlaşır. Seçkilər öncəsi Tiflisdə etirazların başlaması və əyalətlərin də buna dəstək verməsi gözlənilir. Artıq Tiflisdə etirazşılar hökumətin istefasını dilə gətirirlər: “Gürcüstanda davam edən etirazlar fonunda eks-prezident Mixail Saakaşvili əsas diqqəti ölkəsində parlament seçkilərinə yönəldib. Gürcüstan da yeni məxməri inqilab realdır və proseslər buna doğru davam edə bilər. Əgər, Bidzina İvanaşvili hökuməti problemləri həll etməsə, Rusiya ilə indiki kursu davam etdirsə, inqilab baş tutacaq və Gürcüstanda yeni hakimiyyət formalaşcaq.
Əgər, ölkədə inqilab baş verib, Gürcüstanda yeni hakimiyyət formalaşsa, bu hakimiyyətin "Boz kardinalı" Mixail Saakaşvili olacaq. Yeni hakimiyyət Rusiya ilə məsafə saxlamaqla, tam qərbpərəst siyasətə sadiq qalacaq. Göründüyü kimi Ermənistanda "məxməri inqilab"-ın davamı Gürcüstan da qaçılmazdır. Qərb regionda Rusiyadan asılı olmayan hakimiyyətlər formalaşdırmağa çalışır”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)