Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qida təhlükəsizliyi ilə bağlı xidmətlər ASANlaşdı

12.06.18, 8:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Qida təhlükəsizliyi ilə bağlı xidmətlərin "ASAN Xidmət" mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında memorandum imzalanıb.
Memorandumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatların verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi "ASAN Xidmət" mərkəzləri vasitəsilə təmin olunacaq.
Həmçinin "ASAN Xidmət" təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən "ABAD" the publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.
Ü. Mehdiyev çıxışında bildirib ki, "ASAN Xidmət" mərkəzləri vasitəsilə qida təhlükəsizliyi ilə bağlı daha 14 xidmət göstəriləcək. "Bu günə qədər" ASAN Xidmət" mərkəzlərində 30 xidmət həyata keçirilirdi. Agentliyin artıq 14 xidməti də bura əlavə olunacaq".
Q. Təhməzli isə qeyd edib ki, bu xidmətlər Bakı, Sumqayıt şəhəri və Azərbaycanın digər regionlarında yerləşən "ASAN Xidmət"mərkəzlərində həyata keçiriləcək.
"Bunlar əsasən qida təhlükəsizliyini əhatə edəcək sahələr, reyestrdən çıxarışın əldə olunması, ixracat sahəsində qida təhlükəsizliyi və sanitar sertifikatların verilməsi ilə bağlı xidmətlərdir. İki qurumun fəaliyyəti ilə digər sahələrdə olduğu kimi burada da uğurlara imza atılacaq".

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)