Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Endokrin xəstəliklərin diaqnostik aspektləri” mövzusunda konfrans

12.06.18, 12:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bulvar Otel Bakıda “Endokrin xəstəliklərin diaqnostik aspektləri” mövzusunda konfrans təşkil olunub. Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası və “Sağlam Ailə” Ultralabın birgə təşkilatçılığı ilə keçirilən konfransda 150 həkim-mütəxəssis iştirak edib. Konfrans EDTTA-nın sədri prof. Tamfira Əliyevanın, prof. Mirzəzadə Valeh və dr. Hidayət Məmmədzadənin həmsədirliyi ilə baş tutub. İlk hissəsində Amerika və Avropa Oftalmoloji Dərnəyinin üzvü uz.dr Azmiye Altınışık “Endokrinoloji xəstəliklər fonunda yaranan oftalmopatiyalar” mövzusu üzrə çıxış edib.
Daha sonra isə Avropa Şəkərli Diabet öyrənilməsi üzrə Assosiasiyanın üzvü t.ü.f.d dosent Lalə Səlimxanova “Yumurtalıqlarda polikistoz sindromunun diaqnostik meyarları” haqqında ətraflı məlumat verib.
Konfransın fasilədən sonrakı hissəsində Türk Endokrinoloji və Metobolizm xəstəlikləri dərnəyinin üzvü uz.dr Oktay Metin “Kuşinq sindromu”nun diaqnostikası və müalicəsindən bəhs edib. Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri, Beynəlxalq Diabet Federasiyasının daimi üzvü, Avropa Şəkərli Diabet öyrənilməsi üzrə Assosiasiyanın üzvü professor t.e.d Mirzəzadə Valeh “Prediabet” xəstəliyi haqqında çıxışı ilə konfransa yekun vurulub. Konfransda çıxış edən mütəxəssislər Endokrinologiya sahəsindəki aktual mövzulara toxunaraq, son illərdə bu istiqamətdə həyata keçirilən beynəlxalq layihələrdən söz açıb, dünyada, həmçinin Türkiyədə və Azərbaycanda endokrinologiyanın müasir problemləri barədə fikir mübadiləsi aparıb və konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, “Endokrin xəstəliklərin diaqnostik aspektləri” mövzusunda keçirilən bu konfrans “Davamlı tibbi təhsil üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydaları”na uyğun akkreditasiya olunmuş DTT tədbiri kimi təsdiq edildiyi üçün konfransda iştirak edən həkimlərə Davamlı Tibbi Təhsil (DTT) üzrə 5 kredit balı verilib. Davamlı tibbi təhsil – praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərin bilik, bacarıq və peşəkar vərdişlərinin inkişaf etdirilməsinə yönəldilmiş təhsil prosesidir. DTT-nin zəruri miqdarının hesablanması kreditlər vasitəsilə həyata keçirilir. Toplanma sistemi həkimin ölkədə və ya beynəlxalq səviyyədə akkreditasiya olunmuş davamlı tibbi təhsil üzrə tədris yaxud elmi tədbirlərdə iştirakı, elmi, pedaqoji, həmçinin müstəqil davamlı tibbi təhsil fəaliyyəti vasitəsilə kredit vahidlərinin yığılması yolu ilə həyata keçirilir.

Bu xəbər oxundu
- - -