Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Müharibə olsa, 50 milyon insanı itirə bilərik”

12.06.18, 12:21
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ-ın Şimali Koreyaya verdiyi təhlükəsizlik zəmanətinə Cənubi Koreyadakı amerikalı hərbçilərin sayının azaldılması daxil deyil.
Bu barədə ABŞ prezidenti Donald Tramp Sinqapur sammitinin yeknuna dair keçirdiyi mətbuat konfransında bəyan edib.
O, bildirib ki, Koreya yarımadasındakı hərbçiləri geri çağırmayacaqlar. Lakin əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri dayandıracağına dair vəd verib. Bu, ABŞ-ın böyük bir vəsaitə qənaət etməsinə imkan verəcək.
Tramp bundan sonra Pxenyanı müharibə ilə təhdid etməyəcəyini deyib. Çünki müharibə faciəvi nəticələrə gətirib çıxara bilər: “Müharibə olarsa, 30, 40, 50 milyon insanı itirə bilərik. Cənubi Koreyanın paytaxtı Seulda 28 milyon insan yaşayır və bu şəhər demilitarizasiya zonasının düz yanında yerləşir".
Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.

Bu xəbər oxundu
- - -