Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ senatoru: “Trampı bu sözləri deməyə məcbur etməliyik”

12.06.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ Prezidenti Donald Trampın Rusiyanı G8-ə cəlb etməsini qanunla qadağan etmək lazımdır. Bu iddia ilə amerikalı senator Robert Menendes çıxış edib. Menendes bununla bağlı hərbi büdcə haqqında qanun layihəsinə düzəliş edildiyini bildirib: “Əgər konqresmenlər hərbi büdcə haqqında qanun layihəsini təsdiq etsələr, bu, Trampı seçim qarşısında qoyacaq. O, ya büdcəni ümumilikdə ləğv edəcək, ya da onu düzəlişlərlə birgə təsdiq edəcək. Tramp veto haqqından yararlansa, Konqres bunun öhdəsindən gələ biləcək. Üstəlik, yeni düzəlişə əsasən, ABŞ lideri G8 haqqında sözlərinə düzəliş etməli, Rusiyanın G8-ə yalnız Krımı Ukraynaya qaytardıqdan və dünya nizamını pozmaqdan imtina etdikdən sonra qatıla biləcəyini deməlidir. Rusiyanın G8-ə qayıtması Rusiyanın mükafatlandırılması olardı”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)