Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“TransCaspian/Translogistica – 2018” sərgisi

12.06.18, 13:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu il keçirilən “TransCaspian/Translogistica – 2018” sərgisi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) 160 illik yubileyinə təsadüf edib. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı Ekspo Mərkəzində keçirilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2018”) sərgisində öz stendi ilə iştirak edir. Geniş ərazidə quraşdırılmış stend gəmiçiliyin bir sıra mühüm elementlərini özündə əks etdirir və unikal tərtibatına görə xüsusi fərqlənir. Burada son illər AXDG-nin donanmasının müasirləşdirilməsi istiqamətində görülən tədbirlər və gələcək layihələr haqqında ziyarətçilərə ətraflı məlumat verilir. Bununla yanaşı, sərgidə AXDG-nin fəaliyyətini əks etdirən müxtəlif çap məhsulları, foto və videoçarxlar nümayiş olunur. Bu səbəbdən gəmiçiliyin stendi həm yerli, həm də xarici ziyarətçilərin xüsusi marağına səbəb olub.
Sərginin açılış mərasimində iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə gəmiçiliyin stendi ilə yaxından maraqlanıb. Nazirə məlumat verilib ki, builki sərgi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ilə üst-üstə düşür. Ölkənin ən qocaman şirkətlərindən olan AXDG dəyərlərinə və missiyasına hər zaman sadiqdir və Prezident İlham Əliyevin rəhbərliyi ilə durmadan inkişaf edir. Belə ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsinə layiqli töhfə vermək üçün bütün imkanlarını səfərbər edib.
Xatırladaq ki, “TransCaspian/Translogistica”-2018”də dünyanın 15 ölkəsindən 85 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq. Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)