Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Paşinyanın tutduğu mövqe ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların əksinədir”

13.06.18, 10:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Məhəmməd Əsədullazadə: “Masada olan heç bir həll variantına əsaslanmır”

ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir. Ermənistan mətbuatının yaydığı məlumata görə, onlar Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqlar prosesinin irəli aparılması imkanları müzakirə edilib. Z. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib. Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edib. Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şeffer və Stefana Viskontini qəbul edib. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də həmin görüşə qatılıb.Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və təmas xəttindəki gərginliyin aradan qaldırılması yollarını müzakirə edib. Həmsdərlər Paşinyanı öz iş proqramı ilə də tanış ediblər.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirdi ki, Ermənistanda inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın Qarabağ danışıqları ilə bağlı tutduğu mövqe ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqların əksinədir və masada olan heç bir həll variantına əsaslanmır: “Sadəcə onun mövqeyi vaxt qazanmağa və daxili siyasi proseslərdə bir qədər güclənməyə hesablanıb. Ona görə də həmsədrlərin səfəri heç nəyi dəyişməyəcək. O,dəfələrlə danışıqlar prosesini pozacaq açıqlamalar verib. Hesab edirəm ki, onum qeyd etdikləri müharibə ehtimalını artırır və Ermənistanın məğlubiyyətinə apara bilən siyasət sərgiləyir. Qoy, bu ritorikanı davam etdirsin. Birdə görəcək ki, ordumuz artıq Cəbrayıl və Füzulidə möhkəmlənib və Paşinyan fakt qarşısında qalıb. Ermənistan bir başa Qadabağın işğalında əsas tərəfdir. İşğal olunmuş ərazilərdə nə hərbi obyektlər var, hamısı İrəvana məxsusdu. Onun Qarabağın adından danışıqlara qatılmamasını qetd etməsi cəfəngiyyatdır. Birinci, Ermınistan özü buranı müstəqil subyekt kimi tanımır, ikinci, burada heç bir idarə sistemi hüquqi əsasa malik deyil. Sadəcə yerli erməni icmasıdır və bunların danışıqları yalnız Azərbaycan icması ilə ola bilər. Əgər, Paşinyan onların adından danışmaq iatəmirsə, onların müstəqil subyekt kimi tanısın. Heç vaxt buna gedə bilməz. Çünki ona qarşı ciddi təzyiqlərin olması istisna deyil. Sarkisyandan fərqli olaraq, sağa-sola fırlanması hələki özünü tapa bilməməsindədir. Ordumuz Paşinyana ilk müjdəni Naxçıvanda verdi. Strateji əraziləri ələ keçirməklə bunu ortaya qoydu. Belə əməliyyatlar Qarabağda baş verə bilər. Hesab edirəm ki, Paşinyanın siyasəti bu gün danışıqların başlanmasına ciddi maneədir”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə danışıqlar prosesi çərçivəsində Ermənistan xarici işlər naziri Mnasakanyanın Moskvaya səfərinə toxunub. O, deyib ki, Ermənistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ məsələsi ilə əlaqəli vacib görüşlərə gedərkən həmişə ev hazırlıqlarına malik olurlar: “Bu Edvard Nalbandyanın dövründə formalaşmış ənənədir”. Politoloqun sözlərinə görə, indiki xarici işlər naziri Mnasakanyan da həmin ənənəni davam etdirmək istədi: “Xaricə ilk səfərini Rusiyaya etdi və Rusiya XİN rəhbəri ilə görüşərkən həm Ermənistan televiziyasının, həm də “Mir” telekompaniyasının jurnalisti faktiki olaraq Ermənistan Xarici İşlər Nazirliyinin hazırladığı ev tapşırığının icrası ilə məşğul oldu. Ona görə RF və Ermənistan Xİ nazirlərinin Moskvadakı mətbuat konfransında bir-biri ilə əlaqəli iki sual verildi. İlk dəfə idi ki, S.Lavrovun gülüşü müzakirə obyektinə çevrildi. Görünür, Mnasakanyan Lavrovun fəaliyyətində əlavə orijinal bir şey tapa bilməyib. Lavrova orijinal yanaşması onun gülüşünü ictimailləşdirmək, Lavrovun gülüşünə tərif vermək idi və çünki ən azı Ermənistanın BMT-dəki keçmiş nümayəndəsi, indiki Xİ naziri Z. Mnasakanyanın sonradan verdiyi cavab bunu deməyə əsas verir. Sən demə, Lavrovun gülüşü BMT-də çox arzu olunan və cəlbedici imiş. Ermənistanın Xİ naziri Z.Mnasakanyanın nazir statusunda ilk görüşünə ev hazırlığı RF Xİ naziri S.Lavrovun gülüşünü beynəlmiləlləşdirməklə yaltaqlanmaq və bununla divident əldə etməkdən ibarət imiş.
Ermənistan televiziyası ATƏT MQ-nin rusiyalı həmsədri Popovun adından bildirdi ki, guya Dağlıq Qarabağ tərəf kimi danışıqlara qoşulacaq. RF Xİ naziri S. Lavrov suala da çox kəskin cavab verdi ki, İ.Popov belə bir şey deməyib. Lavrov gülməyi dayandıracağı ilə Mnasakanyanı hədələdi. Dağlıq Qarabağ ermənilərinin Dağlıq Qarabağ tənzimlənməsi prosesinə qoşulması Azərbaycanın mövqeyindən asılıdır. Azərbaycan razılıq verəcəyi təqdirdə Dağlıq Qarabağ erməniləri danışıqlar prosesinə qatılacaq. Azərbaycanın da razılıq verməsi üçün Ermənistan Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılmasına razılıq verməlidir. ATƏT MQ konsensus mexanizmi ilə işləyir. Dağlıq Qarabağ ermənilərinin və Dağlıq Qarabağ azərbaycanlılarının danışıqlar prosesinə qatılması konsensus vasitəsilə həll olunacaq. Ermənilərin diqqətinə çatdıraq ki, artıq konsensus mexanizmi həm də Azərbaycan üçün fayda verməyə başlayıb. Uzun müddət ATƏT-in Minsk Qrupundakı konsensus mexanizmi yalnız ermənilərin marağına işləyirdi. İndi artıq Azərbaycanın da maraqlarına cavab verir. Ən azı ATƏT-in Yerevan ofisinin bağlanması bunun əyani sübutlarından biridir. Lavrovun bu sarsıdıcı zərbəsi hiss olunur ki, Ermənistanın xarici siyasət idarəsinin başçısına, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyana təsir etməyib. Ehtimal ki, Z.Mnasakanyan ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi S.Pauerlə Yerevanda görüşərkən ona RF Xİ naziri S.Lavrovu ələ saldığını deyib. N.Paşinyan Dağlıq Qarabağ məsələsini, siyasəti bilmir. Demək olar ki, N.Paşinyan nadan, savadsız adamdır. Ona görə N.Paşinyana belə məsələlər təsir eləmir. Amma Z.Mnasakanyana savadsız demək qeyri-mümkündür. Mnasakanyan əslində özündən əvvəlki xarici işlər naziri və eləcə də özünün şefi olmuş E.Nalbandyanla sanki yalan və tərbiyəsizlik yarışına girib. E.Nalbandyan yalançı idi, ATƏT-in Minsk Qrupunun, beynəlxalq təşkilatların, digər dövlətlərin adından dəfələrlə yalan danışıb. Z.Mnasakanyan sübut etmək istəyir ki, o yalanı E.Nalbandyandan daha yaxşı bacarır. Çünki beynəlxalq ictimaiyyətin qabağında dövlətin diplomatiya idarəsinin başçısı yalan danışmamalı idi. Amma o yalanlar danışırdı. Mnasakanyan da beynəlxalq aləmin qabağında yalan danışmağa hədsiz çox meylli görünür. Ermənistan rəhbərliyinin nadan olub-olmamasının Dağlıq Qarabağ tənzimlənməsinə o qədər aidiyyəti yoxdur. Z.Mnasakanyan bilir ki, Dağlıq Qarabağ tənzimlənməsinin özünün gedişi var. Ermənistan özünü bu tənzimlənməyə uyğunlaşdırıb, nəsə bir fayda qazana bilmələri onların bacarığından asılıdır. Amma tənzimlənmənin gedişini Ermənistanın xarici siyasət idarəsi və yaxud Ermənistan hökuməti dayandırmaq gücündə deyil”.
Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İsgəndaryana görə isə, Moskvada Lavrov-Manasakanyan görüşü və onun nəticələri mühüm olsa da, daha çox tanışlıq xarakteri daşıyıb. Ermənistanın 1in.am saytının rusdilli bölməsinə açıqlama verən erməni politoloqunun fikrincə, Manasakanyan əslində Lavrovu tanıyır, sadəcə onun nazir statusundakı birinci görüşü Ermənistan üçün mühümdür. Maraqlıdır ki, Aleksandr İsgəndaryan Nikol Paşinyanın Qarabağın erməni icmasının danışıqlar masasında iştirak etməsi iddiasının perspektivsiz olduğunu bildirib. “Qarabağ problemi məsələsinə gəlincə, hesab etmirəm ki, qarabağlı ermənilər danışıqlar masasına oturarlarsa, bunun hər hansı bir perspektivi olsun”-deyə qeyd edən erməni politoloqu həmçinin deyib ki, bu kimi iddia sadəcə Ermənistanın daxilinə hesablanmış ritorikadır.
İsgəndəryan Rusiyanın Ermənistanın bu ölkədən asılı olmayacağı ilə bağlı narahatlıq keçirməsi mümkünlüyünə dair sualı cavablandırarkən deyib ki, o Rusiyanın hər hansı bir narahatlıq keçirməsinə inanmır: “Rusiyanın elə analitik mərkəzləri var ki, onlar bu ölkənin liderinə məsləhətlər verirlər və həmin mərkəzlərin bu cür düşünmələrinə inanmıram, onlar bu qədər ağılsız deyillər. Çünki Ermənistan Rusiyadan asılı olmaya bilməz”. Erməni politoloqu Ermənistanın İrandan da, Gürcüstandan da, Avropadan da asılı olduğunu bildirib. “Ermənistanın daxilində bəzi dəyişikliklər baş verəndən sonra Rusiyadan asılılığın aradan qaldırması iddiası sadəcə infantil təsəvvürdür”-deyə İsgəndəryan qeyd edib: “Əgər cənab Paşinyanın yerinə hakimiyyətə Konfusi, Şopenhauer, yaxud Tereza Ana gəlsəydi belə, Ermənistan Rusiyadan asılı ola bilməzdi, bütün hallarda Ermənistan Rusiyada asılıdır”.

Əli

Bu xəbər oxundu
- - -