Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Neftçi” Bordinlə uğur qazanmayacaq: Çox əcnəbi görmüşük...

13.06.18, 13:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Tərlan Əhmədovu “Neftçi”də saxlamamaq klub rəhbərliyinin böyük səhvi idi”. Bu sözləri vaxtilə AZAL-da (indiki “Şüvəlan”) Tərlan Əhmədovla birgə çalışmış vitse-prezident Vaqif Qasımov deyib. O, Əhmədovu baş məşqçi postunda saxlamadığı üçün “Neftçi” rəhbərliyini günahlandırıb: “Neftçi” turnir cədvəlinin sonlarında gedirdi, Premyer Liqanı tərk etmək təhlükəsi var idi. Tərlan heç nədən komandanı 3-cü yerə yüksəltdi, Avropa Liqasına vəsiqə qazandırdı. O, AZAL-da da məhdud maliyyə ilə yaxşı futbol oynadırdı. “Neftçi”ni necə yüksəltdiyini hamı gördü. Ona qarşı ədalətsiz hərəkət elədilər”.
Qasımovun fikrincə, “ağ-qaralar”ın prezidenti Kamran Quliyev sabiq çalışdırıcıya qarşı qərəzli mövqe tutub: “Neftçi”nin prezidenti Kamran Quliyevin Əhmədovla şəxsi qərəzi var idi. Halbuki, onları yaxşı komanda edən Tərlan oldu. Qısa müddətdə neçə məşqçi gətirdilər, göndərdilər. 3 il idi ki, “Neftçi” çabalayırdı. Fakt bu adam vəziyyəti tam düzəltdi, komandanı Avropa Liqasına daşıdı. Belə durumda baş məşqçini saxlamamaq düzgün addım idi?”
Futbol funksioneri “Neftçi”nin yeni baş məşqçi Roberto Bordinlə uğur qazanmayacağını düşünür: “Nə olsun ki, italiyalı məşqçi gətiriblər? Elə bilir ki, burda əlahiddə bir şey edəcək? Çox əcnəbi görmüşük, gəlib də, gedib də. Ona ödənilən pulun 1/50-ni Tərlana verərdilər, oturub öz işini görərdi də. Əhmədov orda pul davası eləmirdi axı. Sadəcə, Kamran Quliyevin şəxsi qərəzinin qurbanı oldu”.

Bu xəbər oxundu
- - -