Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək

13.06.18, 13:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Cənub Qaz Dəhlizi Avropada mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək. Bu fikir Bolqarıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə iyunun 13-də Bakıda keçirilən “Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi” mövzusunda beynəlxalq konfransda səsləndirilib. Konfransda çıxış edən Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov Cənub Qaz Dəhlizinin Avropaya yeni mənbədən təbii qazı təmin edəcəyini deyib. Bildirib ki, Cənub Qaz Dəhlizi Bolqarıstan üçün mühüm əhəmiyyət daşıyır: “Çünki Bolqarıstan və digər region ölkələri ilk dəfə təbii qazı Şimaldan yox, Şərqdən idxal edəcək. Azərbaycan təbii qazı qitədə mənbələrin şaxələndirilməsinə səbəb olacaq. Bolqarıstan hər zaman Cənub Qaz Dəhlizinə öz dəstəyini ifadə edib. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece-Bulgaria - IGB) isə Azərbaycan təbii qazının Bolqarıstana nəqlinə xidmət edəcək”.
Cənub Qaz Dəhlizinin Cənub-Şərqi Avropa və Balkan ölkələrinin, eləcə də bütövlükdə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayacaq deyən Bolqarıstanın Energetika Nazirliyinin nümayəndəsi Rosen Simitchiev bildirib: “Bolqarıstan ildə 1 milyard kubmetr Azərbaycan qazı alacaq. Bu da ölkənin təbii qaza olan tələbatının 25-30 faizini təmin edəcək. Cənub Qaz Dəhlizi qitədə mənbələrin və marşrutların şaxələndirilməsinə xidmət edəcək”.

O, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun tikintisi üzrə tenderin elan edildiyini və boru kəmərinin inşasının 2020-ci ildə tamamlanmasının nəzərdə tutulduğunu bildirib. Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişəcəyini deyən Azərbaycanın energetika nazirinin müavini Samir Vəliyev qeyd edib: “Cənub Qaz Dəhlizi artıq reallaşır. Mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılışının keçirilməsi, dünən isə Əskişəhərdə TANAP boru kəmərinin istismara verilməsi bunun bariz nümunəsidir. Azərbaycanın liderliyi ilə reallaşan Cənub Qaz Dəhlizi Avropaya alternativ və yeni mənbədən təbii qazı təmin edəcək”.
SOCAR-ın nümayəndəsi Kamran Hüseynov isə şirkətin Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə iştirakından danışıb. Bildirib ki, SOCAR Azərbaycan təbii qazının Avropaya çatdırılmasında fəal iştirakçı olmaqla yanaşı, qitədə qazlaşdırma prosesində fəal iştirak edir. SOCAR Albaniyanın qazlaşdırılması üzrə mühəndislik xidmətləri göstərməyə hazırlaşır. “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin (CQD) nümayəndəsi Elmir Musayev Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrin icra vəziyyətindən danışıb. Bildirib ki, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin Genişləndirilməsi və TANAP layihələri artıq icra edilib.

Bu xəbər oxundu
- - -