Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququnu tanıyır”

20.06.18, 8:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur?”

Mübariz Əhmədoğlu: “Qoşunların təmas xəttindəki vəziyyətin parametrləri Ermənistan rəhbərliyinin uşaq yalanlarını ifşa edir”

“Dağlıq Qarabağ problemi beynəlxalq qanunvericiliyin norma və prinsipləri çərçivəsində təcili həll olunmalıdır”. Bu, Avropa İttifaqının rəsmi saytında dərc olunan Ermənistan-Avropa İttifaqı münasibətləri haqqında sənəddə qeyd olunur. “Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitlik və tərəqqiyə mane olur. Avropa İttifaqı hesab edir ki, münaqişə təcili şəkildə siyasi yolla həllini tapmalıdır. 2003-cü ildən etibarən Avropa İttifaqının xüsusi nümayəndəsi qurumla region ölkələri arasında dialoqun təşviqinə çalışır. Avropa İttifaqı, o cümlədən, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə vasitəsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərini dəstəkləyir və tamamlayır”, - deyə sənəddə əlavə edilib.
Amma Ermənistan həm cəbhədə, həm də beynəlxalq almdə Azərbaycana qarşı hər cür təxribatlar törədir. Bütün bunlar isə sülh danışıqlarına mane olur. Paşinyanın ötən hədtə Şuşaya səfər etməsi isə Ermənistanın yeni rəhbərliyindən danışıqlar prosesi ilə bağlı müsbət tendensiya gözləmyin mənasız olduğu görüntüsü yaradır. Ermənistan prezidenti Armen Sərkisyan həmsədrlərlə görüşdə Dağlıq Qarabağ danışıqları ilə baş nazir Nikol Paşinyanın məşğul olacağını bildirib.
Ermənistan tərəfi həmçinin Azərbaycanın Azərbaycanın Avropa Şurasındakı üzvlükdən məhrum edilməsi barədə açıqlamalar verib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 87 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şirvanlı, Kəngərli, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır: “Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu uçaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Cu-30 CM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib. Rusiyanın agentliyində yazısı yayınlayan erməni müəlliflərindən biri isə bu sözlərlə Azərbaycanı açıq-aşkar şantaj edib: “Ermənistan Rusiyadan aldığı hərbi təyyarələr hesabına Azərbaycanın strateji neft və qaz infrastruktuna ciddi təhlükə yaratmaq imkanına malikdir”. “Bizim hərbi təyyarələrin Qarabağ məkanında uçuş yapmalarının zamanı çatmayıbmı? Qarabağ səması bizim hava məkanı deyilmi? Beynəlxalq qurumlar Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu hüququ tanıyır. Belədirsə, təyyarələrimiz oralarda niyə uçmur? Bizim təyyarələr Qarabağın hava sahəsində uçmadıqca separatçılar zaman-zaman işğal altında olan Xocalıdakı hava limanını addım-addım hərəkətə gətirməyə çalışacaqlar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə rus saytında yayınlanan həmin erməninin “neft və qaz infrastrukturunuzu bombalayarıq” sözlərinə dərhal reaksiya verməlidir. Neft və qaz infrastrukturlarımıza olan hədə tək bizə aid deyil, dünyanın nəhəng şirkətlərinin həmin layihələrdə böyük payları var. Onlar da erməni təxribatına qarşı öz sözlərini deməlidirlər”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.
Millət vəkili Elman Məmmədov vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa növbəti səfəri onun Moskvaya gedib-gəlişindən dərhal sonra baş tutdu: “Burada iki versiya ola bilər. Rəsmi Moskvanın təlimatı, tapşırıqları nə olubdusa Paşinyan da Dağlıq Qarabağa o məqsədlə gedib. Yəni rəsmi Moskva burada iki cür mövqe ortaya qoya bilər”. “Biz hər halda Moskvadan ədalətli mövqe gözləyirik. Heç olmasa tarixinin bu dövründə rəsmi Moskva bizim Rusiyaya olan çox səmimi münasibətimizi, əməkdaşlığımızı, tərəfdaşlığımızı, mehriban qonşuluğumuzu nəzərə alaraq ola bilər ki, Paşinyana ədalətli bir tapşırıq versin. Əgər Moskva belə bir tapşırıq versə bu düzgün və ədalətli bir variantdır. Təbii ki, proseslər bunun əksinə də ola bilər. Arzu edərdik ki, birinci variant olsun. Azərbaycanla Rusiya arasında olan bugünkü çox normal münasibəti, tərəfdaşlığı, əməkdaşlığı və s. nəzərə alaraq biz istərdik ki, bu ədalətli bir tapşırıq olsun. Ancaq birmənalıdır ki, Paşinyan Moskvada verilən təlimatı, tapşırığı icra etmək üçün ora gedib. Bunun nədən ibarət olmasını isə zaman göstərəcək”-deyə, millət vəkili fikirlərini tamamlayıb.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) direktoru, politoloq Mübariz Əhmədoğlu diqqətə çatdırıb ki, Ermənistan prezidenti Armen Sərkisyan həmsədrlərlə görüşdə Dağlıq Qarabağ danışıqları ilə baş nazir Nikol Paşinyanın məşğul olacağını bildirdi: “Ermənistanın baş naziri, xarici işlər və müdafiə nazirləri və isə həmsədrlərlə görüşdə təmas xəttində vəziyyətin “gərginliyini” qabartdılar və onların qarşısına danışıqlar üçün müvafiq şəraitin yaradılması məsələsini qoydular. Ermənistanın yeni rəhbərliyinin bu mövqeyi heç bir tənqidə dözmür”. Onun sözlərinə görə, qoşunların təmas xəttindəki vəziyyətin parametrləri Ermənistan rəhbərliyinin uşaq yalanlarını ifşa edir:
I. Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulmasının sayı ən minimal həddədir. Ermənistanın müdafiə nazirliyinin yaydığı dövri məlumatlarla tanış olmaqla bunu asanlıqla anlamaq olar.
II. Qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində olan ölümlərin sayı əvvəlki analoji dövrlərlə müqayisədə heç bir artıma malik deyil. Əksinə, azalma tendensiyası var.
III. Ermənistan tərəfdən ölən hərbçilərin böyük əksəriyyəti digər erməni hərbçisi tərəfindən öldürülüb. Ona görə istər qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində erməni hərbçilərinin ölümünün məsuliyyəti elə Ermənistan hərbiçilərinin üzərindədir.
IV. Qoşunların təmas xəttindəki sakitlik ötəri deyil, bir ildən çoxdur davam edir.
V. Atəşkəs rejiminin bundan daha az pozulması yalnız Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərindən çıxdıqdan sonra mümkündür. Həm də ermənilərin Azərbaycan torpağında bir-birini öldürməsi hallarına da son qoyular.
VI. Ermənistan Silahlı qüvvələrinin Baş Qərargahının rəisi Artak Davtyn həmsədrlər Yerevanda olan gün qoşunların təmas xəttində Azərbaycanın hərbi qüvvə toplaması ilə bağlı deyilənləri təkzib etdi: Xüsusi qüvvə toplanması yoxdur və eləcə də narahatlıq üçün əsas.
VII. ATƏT MQ həmsədrləri qoşunların təmas xəttindəki real vəziyyət barədə Ermənistanın yaydığı rəsmi məlumatları əsas götürür. Baş nazir, Xarici İşlər və Müdafiə nazirlərinin görüş zamanı atəşkəs rejiminin intensiv pozulması barədə dedikləri istənilən normal adamda həmsöhbətinin uşaq ağlına malik olması görüntüsünü yaradır.
Həmsədrlərin Ermənistana səfəri ərəfəsində Naxçıvan istiqamətində vəziyyət gərginləşdi, Azərbaycan ordusunun hərbçisi Ermənistan hərbçisinin atəşi nəticəsində şəhid oldu. Ermənistanın təxribatı cavabsız qalmadı və Azərbaycan ordusu ermənilərin necə deməyindən asılı olmayaraq müəyyən qədər ərazini özünün nəzarəti altına qaytardı. Bu ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması Azərbaycana Yerevan-Gorus-Laçın-Xankəndi (Stepanakert) yolunu nəzarət altına götürməyə imkan verir. Azərbaycan ordusu istənilən anda Laçın dəhlizini bağlaya bilər. Azərbaycan Prezidenti Naxçıvanda olarkən Azərbaycanın raket qoşunlarının düşmənin istənilən hədəfini məhv etmək gücündə olduğunu bildirdi. Söhbət təkcə Ermənistan ərazisindən getmir, söhbət o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərindəki hədəfdən gedir və bu hədəflərin içərisində Laçın dəhlizi ən vacib hədəflərdən biridir”.

Əli

Bu xəbər oxundu
- - -