Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

20.06.18, 10:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

1-ci yazı

Bu yazıda XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti mövzusunda tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadənin araşdırmasını təqdim edirik. Sözügedən dönəmdəki siyasi prosesləri təhlil edən tarixçi yazır ki, 1801-ci ildə taxta çıxmış yeni rus çarı I Aleksandr Cənubi Qafqazı qəti olaraq zəbt etmək siyasəti güdürdü. Aleksandr 1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının ləğv edilməsi və onun torpaqlarının Rusiyaya birləşdirilməsi haqqında fərman verdi. Əslində bu akt həm də Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalının başlanğıcı oldu. Gürcüstanla birlikdə Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil, Pəmbək və Şuragül sultanlıqları da Rusiyanın tərkibinə qatıldılar.
Şərqi Gürcüstanı ələ kecirən Rusya onun ərazisindən Azərbaycan torpaqlarım işğal etmək üçün dayaq məntəqəsi kimi istifadə etməyə başladı. Rusiya hökumətinin işgüalzılıq planlarınm həyata kecirilməsində 1802-ci il sentyabrın 11-də Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş mənşəcə gürcü olan P.D.Sisiyanov xususilə böyük canfəşanlıq göstərirdi. 1803-cü ilin yazında rus ordusu Car-Balakənə soxuldu və öz azadlığı uğrunda mübarizəyə qalxan yerli əhaliyə amansız divan tutdu.
Gəncəli Cavad xan Sisianovun tabe olmaq təklifini rədd etdi. 1803-cü il dekabrın 3-də rus qoşunları Cəncə qalasını mühasirəyə aldılar. Sisianov dəfələrlə Cavad xana aman vəd edib təslim olmasmı təklif etdisə də, hez bir faydası olmadı. 1804-cü ü yanvarın 2-dən 3-nə kecən gecə rus qoşunları iki dəstəyə bölünüb general Portnyaqin və polkovnik Karyaginin komandanlığı altında qalaya həlledici həmləyə keçdilər. Topun ustundə oturmuş Cavad xan qəhrəmanlıqla mudafiə olunurdu. Kapitan Kolovski xanı öldürdü. Lakin gəncəlilər də dərhal kapitanı öldürdülər.
Ruslar şəhərə daxil olub hətta xeyli miqdarda dinc sakini belə qətlə yetirdilər. 1804-cü ilin yanvarında rus ordusu Gəncə xanlığını da işğal etdi və bununla da Qarabağ xanlığına lap yaxınlaşdı. Gəncəni işğal edən kimi P.Sisianov Azərbaycanın şimal xanlarına, o cümlədən Qarabağ xanına hədələyici məktublar gondərib Rusiya hakimiyyətini qəbul etmələrini təbb etdi. İbrahimxəlilxəlil xana göndərilən 8 yanvar 1804-cü il tarixli məktubda rus komandanı onu qazandığı qələbə münasibətilə təbrik etmədiyinə görə xanı təhqiramiz şəkildə qınayır, «zəifin güclüyə tabe olması» kimi ümumi prinsipə riayət edərək öz etibarlı numayəndəsini, yaxud oğlanlarından birini Rusiya himayəsinə qəbul şərtlərini razılaşdırmaq üçün göndərəcəyinə ümid etdiyini bildirirdi. Sisianov işarə edirdi ki, əgər İbrahimxəlilxəlil xan xoşluqla Rusiya təbəəliyini qəbul etməsə, Cavad xanın aqibətinə tuş gələ bilər.
Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, İbrahimxəlil xan öz numayəndəsini Sisianovun yanına gondərsə də, numayəndəyə hər hansı sənədə imza atmaq və möhür basmaq səlahiyyəti vermədi. Bundan narazı qalan komandan birbaşa hədələrə keçdi. 4 fevral 1804-cü il tarixli məktubunda o, yazırdı: «Siz Cavad xan kimi bu fars siyasətinizə gorə cavab verəcəksiniz. Nə qədər ki, mən Gəncə ətrafında durmuşdum, siz ağacdakı yarpaq kimi əsirdiniz və belə cavab verməzdiniz, mən Gəncəyə gəlmədən siz qorxaq dovşan və yaltaq tülkü kimi Şəmşəddil mouravı Andronikovun yanına adam gondərmişdiniz, o zaman siz indiki kimi məni uzaqda sayıb belə danışmağa cürət etməzdiniz. Mənə inanın ki, elə Gəncə qoşunları [Gəncədə qərarlaşmış rus qoşunları nəzərdə tutulurdu - T.M.] Sizi tamamilə darmadağın etmək üçün kifayətdir; mənə inanın ki, sizin qalanın alınmazlığı rus qoşunları üçün yüngül olacaq».
Hədələrlə İbrahimxəlil xanın dəyanətinin sarsılmadığını görən Sisianov, Qarabağ xanlığının hərbi gücünün Gəncə xanlığının hərbi gücündən çox olmasını və Şuşanı almağın cətinliyini göz önünə gətirərək danışıq tərzini dəyişməli oldu. Sonrakı məktublarında əvvəlki kimi hədələr yox idi. Onun «keçmiş günahlarının bağışlandığını» bildirir, gələcəkdə Rusiyaya sədaqətli olmasına and icməsi, Şuşaya rus hərbi dəstəsinin buraxılması, öz böyük oğlunu girov verməsi, təbəə kimi ildə 10 min əsrəfi bac ödəməsi şərtləri ilə Rusiya imperiyasının təbəəliyinə qəbul olunacağını bildirirdi. Bu halda imperatorun xanı və onun varislərinin xanı taxtında qalacaqlarına təminat verəcəyi bildirilirdi.
Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi və rus ordusunun Azərbaycan ərazisində apardığı işğalçı muharibələr Qacar sarayını narahat etməyə bilməzdi. Elə bu səbəbdən də şahın fövqəladə səfiri Yaqub bəy 1804-cü ilin may ayında öz hökuməti adından general Sisiyanova ultimatum verərək rus qoşunlarının qəti olaraq Azərbaycandan və Gürcüstandan çıxarılmasını tələb etdi.
Bu tələbə rədd cavabı alan şah 1804-cü ilin iyun ayında Rusyaya muharibə elan etdi. Bununla da 1813-cü ilə qədər davam etmiş I Rusiya-İran muharibəsi başlandı. Qeyd etmək lazımdır ki, müharibənin ilk əməliyyatları rus qoşunları üçün uğursuzluqla nəticələndi. Belə ki, rus komandanlığı mühüm strateji əhəmiyyəti olan İrəvan qalasının ələ kecirilməsinə böyük əhəmiyyət verirdi. Elə buna görə də 1804-cü ilin iyununda İrəvan üzərinə təşkil edilən yürüşdə xeyli qüvvə səfərbər edilmişdi. Yürüşün əvvəllərində ruslar müəyyən uğur qazansalar da, nəinki öz məqsədlərinə nail ola bilmədilər, əksinə, çox ağır vəziyyətə düşdülər. Mirzə Adıgözəl bəy yazır ki, iranlılar rusların gediş-gəliş yollarını elə kəsmişdilər ki, Rusiya qoşununun carəsi hər tərəfdən kəsilmişdi. Xeyli itki verən rus ordusu yürüşü yarımçıq dayandırıb geri cəkilməyə məcbur oldu. İrəvan yürüşündə uğursuzluğa düçar olan Sisiyanov bundan sonra əsas diqqəti Qarabağ xanlığının ələ keçirilməsinə yönəltdi. Beləliklə, Qarabağ xanlığı bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Qacarlar dövlətinin hücum hədəfınə çevrildi. Sisiyanov Gəncəni ələ keçirdikdən sonra mayor Lisaneviçi İbrahimxəlilxəlil xanın yanına göndərərək ondan və bir sıra Azərbaycan xanlarından Rusiyanın himayəsinə keçmələrini tələb etdi. Mir Mehdi Xəzani yazır ki, Sisianov Gəncədən mayor Starikovu İbrahimxəlilxəlil xanın yanına göndərmişdi. Xan onu böyük ehtiramla qəbul edib Rusiyaya sədaqətli olacağını vəd edərək geri yola salmışdı. Əhməd bəy Cavanşir yazır ki, belə bir şəraitdə Qarabağ xanlığında ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi. Fətəli şah İbrahimxəlil xanla qohumluğuna görə, həm də onunla munasibətləri kəskinləşdirməmək üzün Şuşanı açıq hərbi müdaxilə yolu ilə almağa cəsarət etmirdi. Buna görə İbrahimxəlil xanın onun xidmətində olan oğlu Əbülfət ağanın əli ilə fitnə törədib Şuşa qalasını ələ kecirtməkdə təşəbbus göstərdi. Sisianova qarşı yürüşdən qayıdarkən şah Əbülfət xanı güclü qoşun dəstəsi ilə Şimali Azərbaycanda saxladı ki, o, Qarabağ xanlığının ona irsən çatan hissəsini ələ keçirsin, şərait olarsa, həm də Zəngəzurun bir hissəsini tutsun.
Əbülfət ağa xanın Məhəmmədhəsən ağa və başqaları ilə birlikdə Tuğ kəndində olmasından xəbər tutub, onları həbs etməyə cəhd göstərdi. Lakin Mehdiqulu ağa və Xanlar ağa Əbülfət ağanın hücumundan az əvvəl güclü süvari dəstələri ilə Tuğa gəlmişdilər. Buna görə Əbülfət ağa güclü müqavimətə rast gəldi, bir qədər tərəfdarı ilə Arazın o tayına qala bildi. Onun silah-sursatı isə qaliblərin əlinə keçdi. İbrahimxəlilxəlil xanın general Sisianovla əlaqələr yaratması və Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi üçün danışıqlara başlaması şah sarayında ciddi narahatlıq yaratdı. Şah hökuməti Qarabağ xanlığının Rusiyanın himayəsi altına keçməsinin qarşısı almağa çalışırdı. İbrahimxəlil xanın Tehranda girov sifəti yaşayan oğlu Əbülfət ağa 5 min nəfərlik dəstə ilə Qarabağa göndərildi. Əbülfət ağa özü ilə həm də şahın İbrahimxəlil xana məktubunu gəlirmişdi. Məktubda İbrahimxəlil xana təklif edirdi ki, Əbülfət ağanın başçılıq etdiyi İran qoşunu daimi olaraq Qarabağda saxlanmalı və onun razılığı olmadan xanlıqda heç bir ciddi addımlar atılmamalıdır. Fatəli şah Qarabağ ərazisində öz qoşunlarını yerləşdirməklə xanlığın Rusiyanın hakimiyyəti altına kecməsinin qarşısını almaq istəyirdi.
Sisiyanov xarici işlər naziri Cartoriyskiyə 29 may 1806-cı il tarixli məktubunda göndərdiyi İbrahimxəlil xanın Rusiya himayəsinə kecməsi istəyi ilə bağlı yazırdı: «İran qoşunlarının hərəkətindən qorxuya duşən İbrahimxəlil xan öz numayəndəsini yanımıza göndərərək bizə itaət etmək istədiyini bildirir. Mənə elə gəlir ki, onu buna qorxu vadar edib».
İbrahimxəlil xanın general Sisianovla apardığı danışıqların gedişində Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında müqavilə layihəsi işlənib hazırlandı. Bu dövrdə Qarabağ xanlığında daxili siyasi vəziyyət və Qacar sarayının intriqaları haqqında Mir Mehdi Xəzani daha geniş məlumat verir. Tarixçi yazır ki, İbrahimxəlil xanın Rusiyaya itaət etməsinin səbəblərindən biri bu idi ki, Ağa Məhəmməd şahın basqınlarından sonra Qarabağ dağıdılmış və qarət olunmuş vəziyyətdə idi, qonşu xanlar Qarabağ xanlığına düşmənçilik hərəkətlərinə başlamışdılar; ustəlik «xan qocalmışdı. Oğlanları dəxi bir-biri ilə ədavətə başlamışdılar. Qarabağda nifaqlıq vaqi olub İbrahim xanın hökmü dürüst cari olmadı». Mir Mehdi Xəzaninin yazdığına görə Məhəmmədhəsən ağa ilə atası, anası habelə digər qardaşlar Mehdiqulu ağa və Xanlar ağa arasında ixtilaf yaranmışdı. Vərəndə mahalında məskunlaşmış Cəbrayıllı tayfası Məhəmmədhəsən ağanın ana qohumları olduğundan onun tərəfini saxlayır və İbrahimxəlil xanın əmrinə tabe olmurdular. Xan Mehdiqulu ağa və Xanlar ağaya tapşırdı ki, öz aralarında ittifaq başlayıb “Məhəmmədhəsən ağanın hökmünü aşağı salalar və Cəbrayıllı camaatını dəxi bir növ sakit edib, ondan [yəni Məhəmmədhəsən ağadan - T.M.] kənar və uzaq edələr ki, İbrahim xana dürüst müti olalar”.
Ancaq atanın yaşlaşıb nüfuzdan düşdüyünü görən Mehdiqulu ağa və Xanlar ağa nüfuzlu və güclü qardaşlarına qarşı açıq çıxıs etməkdən cəkindilər. Belə olduqda İbrahimxəlil xan şah sarayındakı oğlu Əbülfət ağaya xəbər göndərib Qarabağa gəlməsini istədi.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -