Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ordumuz Laçına gedən yola nəzarət edir”

20.06.18, 12:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Müdafiə naziri: “Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
“Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.
Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.
Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Nazir Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib: “Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb".
Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək".
Zakir Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".
Zakir Həsənov deyib ki, dövlət ordunun bütün tələbatını ödəyir: "Bu gün əsgərlərimizə gündə 3 dəfə milli yemək verilir. Onlar ən yüksək keyfiyyətli qidalarla qidalanırlar. Dövlətimiz hərbçilərin rahatlığı üçün hər şeyi edir. Hətta əsgərlərin yeməyini də mülki işçilər bişirir. Bütün bunlar döyüş hazırlığına yönəlib.
Biz istəyirik ki, əsgərlərimiz yalnız döyüş hazırlığına önəm versinlər. Bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı yüksək səviyyədədir. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır".
Müdafiə naziri Cünnüt kəndinin və digər ərazilərin azad olunmasından da söz açıb, Naxçıvanda çox uğurlu əməliyyat keçirildiyini bildirib.
O qeyd edib ki, neytral torpaq anlayışı yoxdur: "Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Bu xəbər oxundu
- - -