Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Biz silahlanmanı davam etdirəcəyik”

21.06.18, 10:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Bu gün bizim əsas problemimiz Qarabağdır. Biz bunu həll etmək üçün Ordumuzu silahla təchiz edirik".
Bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.
Nazir diqqətə çatdırıb ki, dünyada yaxşı silah çoxdur və bu, o demək deyil ki, hamısını almalıyıq: "Azərbaycan Ordusunda o qədər silah var ki, hamısı hansı tapşırıqları yerinə yetirəcəyinə görə alınıb. Bu gün silahlanmamızda olan raket və artilleriya qoşunları bir dəfə həmlə etsə, düşmənin bir hədəfi salamat qalmaz. Ordumuzun kifayət qədər silahı var. Təbii ki, biz silahlanmanı davam etdirəcəyik. Ali Baş Komandanın tapşırığı ondan ibarətdir ki, bizim silahlarımız o qədər müasir olmalıdır ki, vəzifəni yerinə yetirəndə Azərbaycan Ordusu minimum itki versin".

Bu xəbər oxundu
- - -