Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ “Human Rayts Votç”a da savaş açdı

21.06.18, 10:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

ABŞ BMT-nin İnsan Haqları Şurasında Vaşinqtonun təklif etdiyi reformları dəstəkləməyən İnsan Haqları Müdafiəçisi (Human Rights Watch, HRW) və digər beynəlxalq hüquq müdafiəsi təşkilatları ilə işləməkdən imtina edə bilər. Bu barədə artıq ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Nikki Heyli HRV təşkilatına məktub göndərib. “Siz bilməlisiniz ki, BMT-nin İnsan Haqları Şurasında danışıqlara yol verməmək və reformlara mane olmaq üçün göstərdiyiniz bütün cəhdlər Vaşinqtonun bu qurumdan çıxmasının əsas səbəblərindən biri oldu. Biz bir il əvvəl İnsan Haqları Şurasının əsas reform istiqamətlərindən bəhs etdik. Bu sırada şuranın tərkibinin yaxşılaşdırılması, antiisrail gündəmindən imtina edilməsi yer alırdı. Keçən ay ABŞ elə də böyük olmayan ölkələr arasında şuranın gücləndirilməsi layihəsini tədqiq etmələri üçün yaydı. İndiyə qədər biz heç bir ölkədən hər hansı düzəliş almamışıq. Yeganə yazılı cavab Rusiya və Çinin demarşı, eləcə də sizin (18 hüquq müdafiəsi təşkilatın – red.) şuraya üzv dövlətlərə bizim qətnaməyə qarşı çıxmaları ilə bağlı müraciətiniz oldu. Bununla siz Rusiya və Çinin yanında yer alıb, insan haqları məsələsində ABŞ-a qarşı çıxdınız. ABŞ bundan sonra da bütün insanların haqları uğrunda mübarizəyə liderlik etməyə və beynəlxalq ictimaiyyətin kütləvi cinayətlərə diqqətinin cəlb edilməsinə davam edəcək. Biz bu hədəfləri dağıtmağa çalışan yox, onları bölüşən qeyri-hökumət təşkilatları ilə işləməyə şad olacağıq”, – deyə məktubda bildirilib.
Qeyd edək ki, ABŞ-ın BMT İnsan Haqları Şurasından çıxması qərarından sonra açıqlama yayan HRV təşkilatı Trampı yalnız İsrailin müdafiəsinin narahat etdiyini bəyan edib. Sonradan daha bir bəyanat yayan təşkilat ABŞ-ın hələ də öz səhvlərindən dərs çıxarmadığını və bu işdə başqalarını günahlandırdığını vurğulayıb.

Bu xəbər oxundu
- - -