Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Marneulidə baş verənlər təxribatçılıq tamaşasıdır”

22.06.18, 10:10
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Babayev: “Temur Abazov o bədxah videonu çəkməyib”

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin “Saerto qazeti”nə müsahibəsini oxucularımıza təqdim edirik

- Əli bəy, həqiqətən Marneulidə nəyin baş verdiyini danışın, sizin daha dəqiq və etibarlı məlumatınız olar.
- Marneulidə baş verən insident Tbilisidən başladı.
Sizə bildirirəm ki, Tbilsidə ötən həftələr faktiki olaraq Millilərin rəhbərlik etdikləri öğulları ölmüş atalara guya həmrəyliklərini ifadə etmək üçün aksiyalar keçirilirdi.
Aksiyalara “Milli”lərdən Azər Süleymanov camaatı gətirmişdi ki, o da Mixail Saakaşvili ilə xaricdə tez-tez görüşdüyünü inkar etmir. Onun Hollandiyada Şurada iştirak etdiyi, sözsüz ki, ikinci qanad olan “Avropalı Gürcüstan”ın lideri Əhməd İmamquliyevin də olduğu faktlar da aşkarlanıb. Bu qarmaqarışıqlıq durumda Tbilisidə aksiyalarda Elçin Allahverdiyev birbaşa “Gürcü arzusu” partiyasının sədri Bidzina İvanişviliyə, bütün “gürcü arzusuna” , bu partiyanın kişilərinin arvadlarına və Marneuli meri Temur Abazova söyüb.
Allahverdiyevin söyüşünü əks etdirən videonun sosial şəbəkədə yayıldığı axşam “Millilərin” ideologiyasının daşıyıcısı “Rustavi-2” televiziyasında bu məsələ ilə əlaqədar süjet və debatlar verilmişdir. Paralel olaraq Marneulidə “Milli hərəkat”ın ofisində Milli hərəkatın deputatı Azər Süleymanov və onun tərəfdarları Allahverdiyevi ofisə çağırtdırırlar və orada bu insanın Milli hərəkatın adından niyə hərəkət etməsi barədə haqq-hesab çürüdülür. Ofisdə dava-dalaş da olub və qeyd etmək lazımdır ki, bu olayda sən demə, “Gürcü arzusu”nun bir nümayəndəsi də, ələlxüsus, sakrebulonun deputatı Ramin Allahverdiyev iştirak edib. Haqq-hesab çürütmədən sonra Marneulidə restorana gediblər ki, orada yenə də olay baş verir ki, onu da çəkirlər- Allahverdiyev Bidzina İvanişvilidən və “Gürcü arzusu”ndan üzr istəyir və indi öz arvadının ünvanına söyür. Əlində plastmas stəkan tutur və üzünə nəsə maye sürtür. Lakin bu, nə mayedir, hələlik ayırd olunasıdır.
Bu videonun çəkilməsində Temur Abazovu təqsirləndirirlər, O da yox ki, özünün etdiyi bu biabırçı işi Temur Abazov niyə və nədən ötrü yayardı?!
Bu Millilər tərəfindən “Gürcü arzusu”na və Marneulidə “Gürcü arzusu”nun lideri Temur Abazova qarşı planlaşdırılmış məqsədyönlü təxribat idi. Elə buradaca qeyd etmək istəyirəm ki, Gürcüstan tarixində Temur Abazov Marneuli rayonunda camaatın heç bir zorakılık göstərilmədən seçdiyi ilk merdir.
Biz Qafqazlıyıq və hələ yenə də əcdadlarımızdan ar-namus və adət-ənənə qalmışdır ki, bunu da əsrlər boyu qoruyub saxlayırıq. Bu gün gözümüzün önündə qadın ləyaqəti və namusunun pozulduğu bir vaxtda qocaya, uşağa hörmət-izzət itir. Onların təhqir olunmasına biz dözə bilmərik. Nümayişkaranə insanın arvadına söyürlər. Hələ bir yaxşı ki, söyüşün yönəldiyi ünvanların səbri var imiş. Hesab edirəm ki, bu, təşkil edilmiş, xüsusi olaraq qurulmuş olay idi. “ Millilər” artıq çoxdandır ki, Marneulidə ara qarışdırırlar.
-Hər halda niyə Marneulidə?
Marneuli Kvemo Kartlidə ən ağır obyektdir. Klan qüvvələri burda fəaliyyət göstərirlər. Burada Marneulidə rəhbər vəzifələrdə, başqa rayonlardan və ya Tbilisidən deyil, yalnız yerlilərin olmasını tələb edən yerli –azərbaycanlı klanlar vardır və eləcə də özlərinin hakimiyyətinin olmasını istəyən svan klanlı vardır, üçüncüsü –siyasi klan və dördüncüsü- dini klan. Prinsipdə onların əsas marağı odur ki, bölgədə, xüsusən, Marneulidə hakimiyyətə, inteqrasiya olunmuş, gürcüdilli azərbaycanlı gəlməsin.
Bu proseslərdə ələlxüsus Şevardnadze dövründən bəri hakimiyyətə malik olan hakimiyyətin dəyişdiyi təqdirdə bu insanların dəyişmədiyi siyasi klanlar fəallıq göstəririlər.
Temur Abazovun girov ilə buraxılmasından imtina etdilər ki, bununla da belə çıxır ki, Marneulinin icra hakimi ciddi kriminal, dövlət cinayətkarı imiş. Belə ki, Temur Abazov gürcü arzusunun təsisçilərindən, fəallarından biridir və bir daha təkrar edirəm, camaat tərəfindən seçiləndir. Onu girovluqla buraxmaq və ölkədən kənara çıxmasının qadağan edilməsi və ya ev dustağı olaraq cəza verilməsi mümkün idi.
-Əli müəllim, siz Elçin Allahverdiyevi tanıyırsınızmı? O “Milli hərəkat”ın üzvüdürmü?
- Allahverdiyevi şəxsən tanıyıram. Onunla 2012-ci ildə tanış oldum. O bizim qrupa gəlib gedirdi, guya “Gürcü arzusu”nu dəstəklkədiyini söyləyirdi. Lakin sonralar Millilərin yanında dayandı. Həqiqətdə isə o, həmişə Milli olub və parlament seçkiləri zamanı fəal şəkildə iyrəncliklərdə, mitinq dağıtmalarında və sair işlərdə iştirak edirdi.
Millilər ölkədə qarmaqarışılıqlar istəyir ki, hakimiyyəti dəyişsinlər. Guya sülh yolu ilə, həqiqətdə isə istənilən vasitən ilə, təki özləri gəlsinlər, lakin buna layiq ola bilməzlər. Yeri Matrosov həbsxanasında olan, onların lideri Mixail Saakaşvilinin də elə eyni arzuları vardır. Onun yanında bu gün meydanda cövlan edən və ölkəyə təhlükə yaradan Millilərin yeri vardır. Onlar arasında camaatın biznesini əlindən alan, onların tərəfdarlarına torpaqları qeyri-qanuni qanuniləşdirən Qriqol Vaşadze sə düşünülür. Bu insan qanuna hər cür əməl olunmaqla yaradılan Gürcüstan Azərbaycanlıları Konqresinin qeydiyyqatını əlimdən aldı və Kvemo Kartlinin keşmiş müavininə, haqqında cinayət işi qaldırılan belə bir adama verdi.
- Kimin barəsində danışırsınız?
- İndi məhkəmə qarşısında dayanmalı olan Hüseyn Usubov barəısində. Onun barəsində cinayət işi qaldırılıb. Bu insan indiyədək Milli hərəkatın tərəfdarıdır və Mişa Saakaşvilinin Gürcüstana qayıdacağnı və özü də yenə rəhbər vəzifədə yayxanacağını gözləyir.
“Həqiqilər”, mənim “Gürcü arzularım” inciməsin, mən bəyan edirəm: portirləşdirilmişlər xüsusi olaraq bizim dəstəyə təlqin edilibdir ki, millilərin qayıtdığı təqdirdə arxadan bizə xəncər sancsınlar.
Gürcü arzusunda nə baş verirsə, hər şeyi Millilər bilir. Məlumatlar prokurorluqdan, daxili İşlər orqanlarından, təhlükəsiz xidmətlərindən sızır, prezidemnt aparatında, quberniyalarda, icra hakimiyyətlərində, hər yerdə Millilər bardaş qurublar. Saakaşvilinin özü də deyib: Bütün dövlət strukturlarında mənim camaatım vardır ki, onlardan da məlumatlar alıram.
“Gürcü arzusu”nun rəhbərliyinə müraciət edirəm!
Portirləşdirilənlərin lüstrasiyasiyası baş versin və bizə sədaqətli olmayanlar bizim sıralarımızdan çıxıb getsin. 1 oktyabrda bu faşistlərə qarşı “Gürcü arzusu”nun yanında dayanan bizim məsləkdaşlarımızı, namuslu insanları qaytaraq. Bu camaat bu gün çox qəzəblənib və qəlbi qırılıb. Tərəfdarlarımızı niyə itiririk, cənablar?!
Temur Abazovun Kvemo Kartlidə çox böyük dəstəyi var. Bu insan əslən Tbilisilidir. Sədaqətli və savadlı bir insandır. Marneulilər və Gürcüstanın müxtəlif guşlələrində yığcam yaşayan azərbaycanlılar onun azad olunmasını xahiş edirlər.
Temur Abazov istintaq ilə əməkdaşlıq edir və əgər tərəfkeşlik hiss etsə, daha şox həqiqət ayırd ediləcək. Onun təcrid edilməsi Millilərin mənafeyidir və prokurorluğun guya ki, prinsipliliyidir. Əgər belə prinsipialdırlarsa, “Gürcü arzusu”nun nümayəndələrinin Kvemo Kartlidə diskreditasiyasina deyil, Millilərin törətdiyi, rəflərdə toz başmış cinayətlərin cildlərinə fikir versinlər.
Əgər prokurorluq Abazovun işini belə davam etdirərsə, biz Gürcüstan azərbaycanlıları, bütün Gürcüstan miqyasında onun dəstəklənməsi üçün imza toplamaq niyyətindəyik. Bunun da bir nəticəsi olmasa, baş prokurorluq önündə, eləcə də Marneulidə permanent aksiyalar keçirəcəyik.
Cinayətkar Millilər niyə bizə ağıl öyrədirlər? Onlar camaat arasında get-gəl edib təbliğat təşkil etməli, Temur Abazov isə həbsxanada olmalıdır? Bu bizim bu günkü gerçəklikdir?
Bu gün Temur Abazovu tutdular, sabah başqasını tutacaqlar, o birisi gün bizi tutacaqlar, haqqı, ədaləti harda axtaraq, artıq başa düşmək olmur.
Şox təəccüb edirəm, niyə beynəlxalq təşkilatlar və dost ölkələrin səfirləri milli hərəkatın və onun cırtdan partiyalarının Gürcüstanda etdiklərinə münasibət bildirmirlər. Bu qruplar ölkədə qarmaqarışılıqları planlaşdırırlar və bununla da Gürcüstanın inkişafa, Avropaya və NATO-ya doğru yolunu bağlayırlar. Bizim ölkənin nüfuzuna beynəlxalq aləmdə xələl gətirirlər.
Hakimiyyət dəyişikliklərinə böyük ümid bəsləyirəm və ümidvaram ki, namuslu, peçəkar baş prokuroru görəcəyik ki, bu da doğrudan da əsaslı təmizləmə işləri həyata keçirəcək, Zodelava, Okruaşvili, Adeişvilininin kadrlarını məsul vəzifələrdən uzaqlaşdıracaq.
Mənim fikrimcə, qanunvericilikdə təcili dəyişikliklərə başlamaq lazımdır- İnsan haqlarını əgər müdafiə ediriksə, ailə ləyaqətininin qorunması da, əmlak hüququnun qorunması da və sair insan haqqıdır. Millilərin biabırçı şəkildə həyata keçirdiyi söyüş bizdən, Qafqaz etikasından, adət-ənənəsindən uzaqdır və danışıqdan və qarşılıqlı əlaqələrdən pis sözlər aradan götürülməlidir. İnsan ləqaqəti qanunla qorunmalıdr. Yoxsa, başqa cür normal dövləti biz qura bilmərik.

İranda KALANDADZE
“Saerto qazeti” 20 iyun 2018-ci8 il
Tərcümə etdi: Mirzə Məmmədoğlu

Bu xəbər oxundu
- - -