Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan həmişə Qarabağ məsələsində doğru mövqe sərgiləyib“

25.06.18, 13:32
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycanda rus dilini öyrənmək üçün Rusiyaya yaxın olan digər ölkələrdən daha çox məktəb və ali təhsil müəssisələri var". Bunu Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşü zamanı bildirib.
Volodin rus dilinə qarşı bu diqqətə görə Azərbaycana öz təşəkkürünü bildirib.
Dövlət Dumasının sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr əksər hallarda iki ölkənin prezidentləri tərəfindən müəyyənləşdirilir: "Prezidentlərimiz ölkələrimizin dostluq münasibətləri üçün xeyli işlər görürlər".
Bununla bağlı Volodin vurğulayıb ki, Azərbaycana gələn rusiyalı turistlərin sayında artım müşahidə olunub: "Bu rəqəm 850 minə çatıb ki, bu da ötən illə müqayisədə 18% artıb. Azərbaycanda hər üç turistdən biri Rusiya vətəndaşıdır. Ruslar təhlükəsizliyi, komfortu və tarixi seçirlər".
Rusiya Dövlət Dumasının sədri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunaraq qeyd edib ki, bu problem Rusiyanı narahat etməyə bilməz: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz hesab edirik ki, Azərbaycan həmişə konstruktiv mövqe sərgiləyib".
Volodinin sözlərinə görə, iki ölkə vətəndaşlarını narahat edən məsələləri daha effektiv şəkildə nəzərdən keçirmək üçün parlament komitələri arasında qarşılıqlı əlaqələri daha da aktivləşdirmək lazımdır.
Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov öz növbəsində vurğulayıb ki, Bakı ilə Moskva arasında əlaqələr dərin kökə malikdir və Rusiya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub: "Azərbaycan və Rusiya iqtisadi, siyasi, mədəniyyət sahələrində əməkdaşlıq edir. Sizin hazırkı səfəriniz də ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcək".
Mili Məclisin spikerinin sözlərinə görə, postsovet məkanında digər ölkələrdən fərqli olaraq Azərbaycanda rus dilinə diqqətlə yanaşılır və bu da iki ölkənin xalqlarını daha da yaxınlaşdırır.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Oqtay Əsədov bu məsələyə diqqətinə görə rəsmi Moskvaya öz təşəkkürünü bildirib: "Azərbaycan öz ərazi bütövlüyünü sülh yolu ilə təmin edəcək. Bu məsələdə rusiyalı tərəfdaşlarımız və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin köməyinə ümid edirik".

Bu xəbər oxundu
- - -