Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

27.06.18, 6:53
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

5-ci yazı

Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır: “Digər bir sual: ruslar qorxmurdularmı ki, İbrahimxəlil xanı öldürməklə Əbülfət xanın Qarabağda hakimiyyəti ələ almasına şərait yaratmış olarlar?” Sisianov mayor Lisaneviçə 23 noyabr 1805-ci il tarixli əmrində mayoru məzəmətləyirdi ki, nəyə görə Məhəmmədhəsən ağanın vəfatı barədə dərhal onu məlumatlandırmayıb, çünki axı o vəliəhddir. Knyaz Lisaneviçə bildirirdi ki, İbrahimxəlil xanın vəfatından sonra nə Mehdiqulu ağanı, nə də Xanlar ağanı hakimiyyətə buraxmaq olmaz, çünki onlar Qarabağa qayıtmağa hazırlaşan Əbülfət xanla əlbir olan Mirzə Əli bəy və Fəzi bəylə həmfikirdirlər. Bunun üçün çalışmaq lazımdır ki, nə Mehdiqulu ağa, nə də Xanlar ağanın öz tərəfdarlarım artırmalarına imkan verilməsin. Mayor emosional xarakterli Cəfərqulu bəyə gizli surətdə məsləhət görməli idi ki, özünü təmkinli aparsın və Qarabağdakı Rusiya tərəfdarlarını öz ətrafına toplasın. Abasovun digər bir mülahizəsi bundan ibarətdir ki, 1806-cı ilin fevralında Sisianovun Bakının qapıları önündə öldürülməsi də İbrahimxəlilxəlil xanın qətlinə stimul yarada bilərdi. Rus komandanlığı Azərbaycan xanlarından birini öldürməklə digərlərinə dərs vermək istəyirdi. Xanın qətlə yetirilməsindən bir müddət sonra Şuşa ağsaqqalları rus hakimiyyət orqanlarına şikayət ərizəsi yazmışdılar. Onlar bildirirdilər ki, həm Lisaneviç, həm də Corayev əhali ilə pis rəftar edir və müqaviləni pozurlar, buna etiraz olaraq xan bir arvadı və üç uşağı ilə Şuşanı tərk etmişdi, ancaq hər 2-3 gündən bir qalaya gəlib digər ailə üzvlərinə baş çəkirdi. Xan Qacarların hərbi qüvvələrinin Şuşaya yürüşündən xəbər tutub, rus hərbi dəstəsinin qalanı müdafiə etməyə qadir olmadığım nəzərə alıb qacarlarla danışığa girmişdir ki, onların hücumunun qarşısını alsın. Ancaq Lisaneviç və Corayev hərbi dəstə ilə gecə qəfil basqın edib xanı, arvadını, bir oğlunu və bir qızını, eləcə də 30 adamım qətlə yetiriblər. Əgər rus zabitlərinin xanın sədaqətinə şübhələri yaranmışdısa onu həbs edib bu barədə çara xəbər verə bilərdilər. Şah qoşunlarının hücumu vilayətə böyük zərbə yetirdiyindən Qarabağ müvəqqəti olaraq bac ödəməkdən azad olunsa da Lisaneviç şəhərdən böyük məbləğdə pul toplamışdı. Şuşalılar cinayəti təhqiq etməyi tələb edirdilər. Əgər Məlik Cəmşidin sözlərinə inansaq, İbrahimxəlil xanın qətlə yetirilməsində oğlu Mehdiqulu xanın da müəyyən rolu olmuşdu. Belə ki, məlik 1806-cı il mayın sonunda general Nesvetayevə yazırdı ki, İbrahimxəlil xan yolunu azıb, iranlılara danışığa girib, onların qoşununu yaxına çağırıb ki, özü onlarla birləşib Şuşanı dörd tərəfdən mühasirəyə alsın. Ancaq Mehdiqulu ağa və Cəfərqulu ağa rus hökmdarına qulluq göstərməkdə davam edirlər. Onlar Dmitri Tixanoviç Lisaneviçin yanına gəlib bildirmişdilər ki, biz hökmdara qulluq göstərməkdə davam edəcəyik və atamıza nə qədər söyləmişik ki, rus hökmdarına qulluq göstərməkdə davam etsin, ancaq o, öz bildiyini etməkdə davam edir. Bundan sonra siz istədiyiniz kimi hərəkət edə bilərsiniz: “Qanunlar və böyük hökmdarın mənəafeyi necə tələb edirsə eləcə də hərəkət edin!” Məlik Cəmşid yazırdı ki, guya o gecə Lisaneviçin İbrahimxəlil xana basqın etməkdən başqa yolu yox idi, çünki səhərisi günü qacar qoşunları gəlməli idi. Beləliklə, güman etmək olar ki, İbrahimxəlil xanın qətlə yetirilməsinin bir neçə səbəbi ola bilər.
Professor Tofiq Mustafazadənin araşdırmasında bildirilir ki, İbrahimxəlil xanın və onun bir neçə ailə üzvünün qətlində günahkar olan Lisaneviç və Corayev cəzalandırılmadılar, yalnız ayrı xanlığa keçirildilər. Qeyd edək ki, Lisaneviç 1825-ci il iyulun 18-də Şimali Qafqazda Dağıstanda Aksayın yaxınlığında Gersel aulunun yanında əsir götürülmüş kumuklara cəza verərkən onların birinin xəncər zərbəsi ilə öldürülmüşdü. Qudoviç hərbi-quru qoşunlarının naziri Vyazmitinova 21 avqust 1806-cı il tarixli məktubunda yazırdı ki, Gürcüstandakı rus qoşunlarının komandanı general Ncsvetayevin ona göndərdiyi raportdan aydınlaşır ki, Lisaneviç və Corayev heç bir səbəb olmadan yeger dəstəsi ilə yanında silahlı adamlar olmayan, yalnız 35 kişi və qadın xidmətçi, 1 arvadı və 3 azyaşlı uşağı olan İbrahimxəlilxəlil xanı qətlə yetiriblər. Xan Şuşa ilə üzbəüz bağların yanındakı dağda heç bir istehkamı olmayan bir yerdə imiş və dəstənin qarşısına özü çıxmış, heç bir atəş açmamışdı, əsgərlər isə atəş açmağa və silahsız adamları süngüləməyə başlamışlar.
İbrahimxəlil xanın qətlə yetirilməsinin Qarabağda Rusiya əleyhinə çıxışların başlanmasına gətirib çıxaracağından qorxuya düşən rus komandanlığı əlavə təhlükəsizlik tədbirləri görməyə məcbur oldu. Baş verə biləcək çıxışların başqa ərazilərə yayılmasına yol verməmək üçün Tiflisdən Gəncəyədək bütün ərazilərə keşikçi dəstələri yerləşdirildi. Eyni zamanda Qarabağ xanlığının ərazisinə əlavə qoşun yeridildi. General Nebolsinin başçılıq etdiyi bu qoşun şah ordusunu Qarabağ ərazisindən qovmağı planlaşdırmaqla yanaşı, görünür, həm də burada Rusiya əleyhinə baş verə biləcək çıxışların qarşısını almaq məqsədi güdürdü.
General Nebolsinin köməyə gəlmiş rus hərbi dəstəsi əvvəlcə Şahbulaqda, sonra isə Əsgəran yaxınlığında düşərgə saldı. Bu xəbəri eşidən Mehdiqulu xan rus qoşunları ilə birləşmək üçün Şuşadan çıxaraq Əsgərana tərəf hərəkət etdi. Mehdiqulu xanın dəstəsi ilə birləşən general Nebolsin şah ordusu üzərinə hərəkət etdi. Həlledici döyüş 1806-cı il iyul ayının 15-də Xonasen adlanan yerdə baş verdi və yeddi saata qədər davam etdi. Döyüş Abbas Mirzənin ağır məğlubiyyətə uğraması və Qarabağın ərazisindən qovulması ilə nəticələndi. Qorxuya düşən Əbülfət ağa Qarabağ əhalisinin xeyli hissəsini özü ilə götürüb Naxçıvan və Ordubad tərəfə hərəkət etdi. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağa mayor Lisaneviçlə birləşərək Əbülfət xanı təqib etməyə başladı. Qapan və Ordubad dağlarında baş verən döyüşdə Əbülfət ağa məğluğiyyətə uğradı, onun özü ilə apardığı əhali isə geri qayıtdı.
1806-cı ilin sentyabrında Qafqazdakı rus qoşunlarının komandanı təyin edilmiş general-feldmarşal İ.V.Qudoviç İbrahimxəlil xanın böyük oğlu Mehdiqulu xanı Qarabağ xam təyin etdi. Qeyd etmək lazımdır ki, İbrahimxəlilxəlil xanın Məhəmmədhəsən ağadan olan nəvəsi Cəfərqulu ağa da xanlıq iddiasında idi. O, Qudoviç hələ Tiflisə gəlməmişdən ora getmiş və baş komandanla görüşərək bildirmişdi ki, atası Məhəmmədhəsən ağa İbrahimxəlilxəlil xanın rəsmi varisi olduğundan taxt ona çatır. Qudoviç bildirmişdi ki, Lisaneviç İbrahimxəlil xan qətlə yetirilən kimi on yeddi yaşında olan Cəfərqulu ağanı xanlığa məqbul bilməyib, Nesvetayevə yazıb ki, İbrahimxəlil xan hələ sağlığında Mehdiqulu ağanə öz varisi etdiyindən onu xan təyin etmək lazımdır. İmperatordan artıq Mehdiqulu ağanın adına xanlıq fərmanı gəlmişdi. Ola bilər planlaşdırırdılar ki, hakimiyyətə Cəfərqulu ağam gətirsinlər. Çünki onu vəliəhd hesab edir və ondan vəliəhd kimi danışırdılar. Ancaq İbrahimxəlil xan qətlə yetirildikdən sonra fikirləşiblər ki, 17 yaşlı Cəfərqulu ağanı xan elan etsələr bu xanlıqdakı vəziyyəti daha da kəskinləşdirər, əhali arasında böyük nüfuzu olan Mehdiqulu ağanın da Rusiya əleyhdarları sırasına keçməsinə səbəb olar. Buna görə xanlıq ərazisinə nəzarəti əldə saxlamaq üçün müvəqqəti idarəliliyi Mehdiqulu ağaya tapşırmağı qərara alıblar. Qudoviç Tiflisə varid olandan sonra Mehdiqulu xan öz əyanları və bir sıra bəylərlə gəlib Rusiya hökumətinə sədaqət andı içdi. Xan taxtını əldə edə bilməyən Cəfərqulu ağa bildirdi ki, xan ona 36 kənd bağışlayıbmış, ancaq o daha çox kənd istədiyindən buna razı olmamışdı. İndi vaxtilə alası Məhəmmədhəsən ağanın mülkiyyətində olan həmin 36 kəndin ona verilməsini istəyir. Qudoviç Mehdiqulu xana tapşırıb ki, həmin kəndləri məvacib əvəzinə Cəfərqulu ağaya versin. Cəfərqulu ağa isə həmin kəndlərin onun tam mülkiyyətinə verilməsini israr etmişdi. Qudoviç bu tələblə razılaşmamışdı. Mehdiqulu xan da bildirmişdi ki, iddia olunan kəndlər heç vaxt Məhəmmədhəsən ağanın mülkiyyətində olmamışdı. Beləliklə də Mehdiqulu xanla qardaşı oğlu Cəfərqulu ağa və onun qardaşı Xancan ağa arasında ədavət yaranmışdı. Şah Cəfərqulu ağaya xan titulu verib Qarabağın Taxta qapı adlanan mahallarını və Əhər qəsəbəsini ona bağışlamışdı. Qafqazdakı rus qoşunlarmm baş komandanı knyaz Pauliççi Qarabağda vəziyyətin mürəkkəbliyini görüb Şuşaya gəldi. Pyotr Stepanoviç Nesvetayev Pauliçinin yanına gələrək Mehdiqulu xanın guya qacarlarla əlaqə saxlamasım bəhanə edib, onun hakimiyyətdən kənarlaşdırılmasına nail olmaq istədi. Ancaq Pauliçi öyrəndi ki, Mehdiqulu xan şah, yaxud vəliəhd tərəfindən gələn elçilərlə görüşləri haqqında daim Şuşadakı rus taborunun rəisinə məlumat vermiş və razılaşdırmadan heç nə etməmişdi. Buna görə də Mehdiqulu xan taxtda saxlandı. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, əhalinin əksəriyyəti təsərrüfatla məşğul olmaq imkanım belə itirmişdi. Rus işğalının əhali üçün olmazın bəlalar gətirdiyini görən Azərbaycanın bir çox feodal hakimləri, o cümlədən qarabağlı Mehdiqulu xan rus komandanlığı ilə əvvəlki kimi əməkdaşlıq etməkdən imtina edir, bəzi hallarda isə İran tərəfinə keçmək üçün imkanlar axtarırdılar. Bu bir çox cəhətdən Rusiya hakimiyyət orqanlarının amansızlığı və onlarla təhqiramiz şəkildə rəftar etmələri ilə bağlı idi. Şübhəsiz ki, həm də Mehdiqulu xan öz atasının mayor Lisanoviç tərəfindən amansızlıqla qətlə yetirilməsini unuda bilməzdi.
Qarabağ xanlığı şah ordusunun hücumları nəticəsində ciddi dağıntılara məruz qalırdı. 1810-cu ilin əvvəllərində 2 min nəfərlik şah hərbi dəstəsi Qarabağ xanlığını ələ keçirmək üçün mühüm strateji əhəmiyyəti olan Mehri kəndini almaq istədi. Bir neçə il sonra rus hökuməti Mehdiqulu xanın Qarabağa qayıdıb burada yaşamasına icazə verdi. Məlum olduğu kimi 1826-cı ildə Rusiya ilə Qacarlar arasında yeni müharibə başlamışdı. Bu zaman İrana qaçmış Şimali Azərbaycan xanlarının bir çoxu öz xanlıqlarına qayıdır və əhali kütləvi surətdə üsyan qaldıraraq onlara qoşulurdu. Gəncədə, Bakıda, Lənkəranda belə olmuşdu. Mehdiqulu xan da Qarabağa gələrdisə nəticəsi Rusiya üçün yaxşı olmazdı. Buna görə də rus komandanlığı onu öz tərəfinə çəkmək qərarına gəldi. Qafqazdakı rus qoşunlarının yeni baş komandanı İ.F.Paskeviçin tapşırığı ilə müsəlman əyalətlərinin yeni rəisi polkovnik İ.N.Abxazov xanla əlaqə yaratdı. Mehdiqulu xana general-mayor rütbəsini qaytarmaq, onun İrandan özü ilə gətirdiyi 300 ailənin idarəsini ona həvalə etmək, xana illik 4 min əşrəfi təqaüd təyin etmək təklif olunurdu.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -