Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

XIX əsrin əvvəllərində Qarabağ xanlığı uğrunda rus-Qacar rəqabəti

28.06.18, 7:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirən Rusiya tədricən öz daxili müstəqilliklərini saxlamış Azərbaycan xanlıqlarını ləğv etmək siyasəti yeritdi

6-cı yazı
Tarix üzrə elmlər doktoru, professor Tofiq Mustafazadə yazır ki, şah qoşunlarının komandanlığı mühüm strateji əhəmiyyəti olan Mehri kəndinin itirilməsi ilə barışmaq istəmir və onu geri qaytarmaq üçün cəhdlərini daha inadkarlıqla davam etdirirdi. 1811-ci ildə Cənubi Qafqazdakı rus qoşunlarının komandam təyin edilmiş Pauliççi hərbi nazirə yazdığı məktubda göstərirdi ki, «İranlılar özlərinin bütün qüvvələrini bizim Arazın lap sahilində yerləşən Mehridəki mövqelərimizi ələ keçirməyə və Qarabağ xanlığının qarət edilməsinə yönəldirlər». Lakin İran ordusu iki dəfə Mehrini ələ keçirməyə cəhd göstərsə də öz məqsədlərinə nail ola bilmədi. Mir Mehdi Xəzaninin yazdığından belə məlum olur ki, 1811-ci ildə Abbas Mirzə ordusu ilə Qarabağa daxil olduğu zaman elçilər və məktublar göndərərək Cəfərqulu ağanı və onun tabeçiliyində olanları şah tərəfinə keçməyə dəvət etmiş, Mehdiqulu xan məktublardan bir neçəsini ələ keçirərək rus komandanlığına təqdim etmişdir. Muşketyor taborunun rəisi, mayor Jenya tutulan adamları və fərmanları Şuşa qalasında olan dəstənin komandanı polkovnik-leytenant Lenkoviçə göndərmişdi. Lenkoviç Cəfərqulu ağanın tutlub Tiflisə göndərilməsi haqqında əmr vermişdi. Cəfərqulu ağanı həbs edib, bir kapitan və bir bölük əsgərin müşayəti ilə Tiflisə yola saldılar. Tərtər çayından keçəndə Cəfərqulu ağa onunla birlikdə atın tərkində oturmuş rus əsgərini yıxıb qaçmış, Abbas Mirzənin düşərgəsinə gəlmişdi. Abbas Mirzənin qoşunları ilə Qırçı qışlağında baş verən döyüşdə ruslar və onunla birlikdə vuruşan Mehdiqulu xan məğlubiyyətə uğradı. Mayor Jenya, daha bir mayor, bir kapitan və başqa bir neçə nəfər rus zabiti həlak oldu. Mehdiqulu xan on iki nəfərlə bir təhər aradan çıxıb özünü Şuşaya yetirdi. Qışlaqdakı rus döyüşçüləri qacar qoşunlarına təslim oldular.
I Rusiya-İran müharibəsi dövründə Qarabağdan əhalinin İrana köçürülməsi və qaçması kütləvi xarakter almışdı. Rus ordusunun Qarabağ dəstəsinin rəisi Kotlyarevski yazırdı ki, Qarabağ xanlığı 1805-ci ildə Rusiyanın hakimiyyəti altına keçdiyi vaxt burada 10 min ailə, 1808-ci ildə tərtib edilmiş cədvələ görə isə 7474 ailə yaşayırdı. Aparılan hesablamalara görə 1806-cı ildə bu ailələrdən 367-si, 1809-cu ildə 323-ü, 1810-cu ildə 276-sı, 1811-ci ildə 274-ü, 1812-ci ildə isə 977-si İrana köçürülmüşdü. Bundan əlavə, xanlıqda yaşayan daha 2628 ailə öz yaşayış yerlərindən qaçaraq dağlarda gizlənirdilər. Deməli xanlıqda cəmi 5 min ailə qalmışdı. Ancaq polkovnik Aspevin məlumatına görə cəmi 3080 ailə qalmışdı. Çünki xeyli adam da digər xanlıqlara [təkcə Şəki xanlığına 1000 ailə] qaçmışdı.
Qarabağ xanlığı ərazisində rus və qacar orduları arasında gedən hərbi əməliyyatlar xanlığın iqtisadiyyatını məhv edir, sakinləri müxtəlif yerlərə qaçmağa vadar edirdi. A.Yermolovun hökumətə 1817-ci ilin martında göndərdiyi raportunda da deyilirdi ki, 1805-ci ildə xanlıq Rusiya hakimiyyəti altına girdiyi zaman burada 10 mindən çox ailə yaşayırdısa, 1812-ci ildə cəmi 3080 ailə qalmışdı. 1813-cü ildə Azərbaycan xalqı üçün böyük bəlalar törətmiş olan I Rusiya-İran müharibəsi Rusiyanın qələbəsi ilə başa çatdı. Həmin il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində bağlanmış müqaviləyə görə Qacar sarayı özünün Azərbaycan torpaqlarına, o cümlədən Qarabağ xanlığına olan iddialarından imtina elədi. Bununla da Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsinin birinci mərhələsi başa çatmış oldu.
Gülüstan müqaviləsi imzalandıqdan sonra Cənubi Qafqazda öz mövqelərini xeyli möhkəmləndirən Rusiya tədricən öz daxili müstəqilliklərini saxlamış Azərbaycan xanlıqlarını ləğv etmək siyasəti yeritməyə başladı. 1819-1820-ci illərdə Şəki və Şamaxı xanlıqları ləğv edildi. Qarabağ xanlığının ləğv edilməsi işinə isə hələ 1817-ci ildən başlanmışdı. Ümumiyyətlə, Azərbaycan xanlarına, o cümlədən Qarabağ xanına münasibət 1816-cı ildən A.P.Yermolov Qafqazdakı rus qoşunlarının baş komandam təyin olunandan sonra kəskin surətdə dəyişmişdi. Qafqazda müstəmləkəçilik siyasətinin gerçəkləşdiricisi olan Yermolov 1817-ci ilin fevralında I Aleksandra yazırdı ki, imzalanan traktatlarla xanlıqların idarəsi irsi olaraq xanlara verildiyindən idarə etdiyimiz vilayətləri uzun müddət yenidən qura bilməyəcəyik, bu zəngin və varlı vilayətlərdə rus qanunları yalnız xanların irsi hakimiyyəti ləğv edildikdən sonra işləyə bilər. Öz təklifinə haqq qazandırmaq üçün Yermolov Qarabağ xanının xəyanət etdiyini və öldürüldüyünü, xan taxtının varisi Cəfərqulu ağanın 1812-ci ildə «xəyanət edərək İrana qaçdığmı» xatırladır və Cəfərqulu ağanı Qarabağ xanının varisi kimi təsdiqləməməyi xahiş edirdi. Raportun sonunda Yermolov yazırdı ki, İrana gedib qayıtdıqdan sonra bir sıra zəruri islahatları keçirəcəkdir. Həmin il öz alayı ilə Qarabağa gələn, mənşəcə Qarabağ xristianı olan Mədətov faktiki olaraq idarəçiliyini öz əlinə keçirdi. Mehdiqulu xan isə getdikcə müxtəlif üsullarla sıxışdırıb hakimiyyətdən uzaqlaşdırıldı.
Sonralar, 1827-ci ilin iyununda Mehdiqulu xan, o zaman müsəlman əyalətlərinin rəisi olan general İ.N.Abxazova yazırdı ki, Yermolov Qafqazdakı rus qoşunlarının komandanı təyin olunandan sonra o, Mədətovla birlikdə xana Qarabağı imperatora güzəştə getməyi təklif etmişdi. Bir müddət sonra Mədətov Mehdiqulu xanın yanına gələrək demişdi ki, onu xanlığın idarəçiliyindən kənarlaşdıracaqlar, mülklərini də əlindən alacaqlar, ancaq əgər xan Mədətovla sövdələşə, mülklərindən və təbəələrindən bir hissəsini ona güzəştə getsə, Mədətov işi elə qurar ki, nə xanlıq, nə də mülkləri əlindən alınar. Mədətov bir neçə nəfərin yanında incilə əl basaraq and içmiş və təminat kağızı vermişdi ki, bundan sonra ona qarşı heç bir hərəkət etməyəcək, ayrısının da, hətta general Yermolov olsun belə, ona zərər yetirməsinə yol verməyəcək. Bundan sonra Mehdiqulu xan məcbur olub Mədətova kəndlər, əkin yerləri, yaylaqlar və qışlaqlar, icarə hüquqları, nəqd pul və əşyalar «bağışlamışdı».
Bir müddət sonra Yermolov İranda olarkən onu əvəz edən general Kutuzov Mehdiqulu xandan Mədətovun knyaz [məlik] mənşəyinə malik olub-olmadığını, xanın kəndləri və digər əmlakı Mədətova könüllü verdiyini, yaxud ondan zorlamı alındığını soruşmuşdu. Xan Mədətovun atasının sadə qarabağlı xristian kəndli Georgi olduğunu bildirsə də Mədətovdan qorxduğu üçün kəndləri və əmlakı ona könüllü bağışladığını bildirmişdir. Mədətovun hiyləsini başa düşən general Kutuzov Mehdiqulu xana «bağışladığı» kəndləri və əmlakı geri almağa göstəriş vermiş və xan belə də hərəkət etmişdi.
Ancaq Yermolov İrandan qayıtdıqdan sonra Mehdiqulu xana göstəriş vermişdi ki, həmin kəndləri və əmlakı yenidən Mədətova versin. Xan bu barədə müvafiq sənədə qol çəkmişdi. Ancaq Mədətov çox acgöz idi. Bir müddət sosnra o, Mehdiqulu xanı yanına çağırıb bildirir ki, çar onun verdiyi sənədi təsdiq etmişdi, ancaq xanın güzəşətə getdiyi kəndlər və yerlər kifayət deyil, buna görə sənədə yeni kəndlərin və yerlərin adlarım əlavə etməyi tələb etmişdi.
Mehdiqulu xan həm də bir neçə ildə 500 əşrəfi nəqd pulu da Mədətova verirmiş. Mədətov həm də xanı vadar etmişdi ki, Xədvart kəndini onun əmisi Petrosa, bir neçə kəndi Mirzəcana və Mədətovun digər əmisi oğlanlarına «bağışlasın». Sonda iş o yerə çatmışdı ki, Mədətov adamlara Mehdiqulu xanm yanına getməyi qadağan etmişdi. Vəziyyətin getdikcə ağırlaşdığını görən Mehdiqulu xan Mədətovun əmisi Petrosu yanına çağırıb bildirmişdi ki, bütün əmlakını verməyə hazırdır, yalnız ona ömrünün sonunu vətəndə keçirməyə imkan versinlər. Petros isə Mehdiqulu xana bildirmişdi ki, o, artıq xanlıqdan məhrum edilmişdir, burada qalsa həbs olunacaq. Elə bu zaman Cəfərqulu ağanı yaralayırlar. Məlum olduğu kimi Mehduqulu xanla, qardaşı oğlu Cəfərqulu ağa arasında gizli ədavət vardı (Cəfərqulu ağa xanlıq taxtına iddia edirdi). Cəfərqulu ağa qayğısız və əyləncəli həyat keçirirdi. Bir gecə növbəti şənlikdən qayıdan zaman ona güllə atirlar. Bu işdə Mehdiqulu xan günahlandırıldı və bir neçə yaxın adamı həbs olundu. Mədətov dərhal elan edir ki, bu Cəfərqulu ağa ilə düşmənçilik edən həsəd aparan Mehdiqulu xanın işidir. Mehdiqulu xanın hakimiyyətindən əl çəkmədiyini görən Mədətov təxribata əl atdı və onu adam öldürməyə cəhd göstərməkdə günahlandırdı. Vəziyyətin çıxılmaz olduğunu görən Mehdiqulu xan İrana qaçmağa məcbur oldu. Bundan istifadə edən çar hökuməti 1822-ci ildə Qarabağ xanlığım ləğv etdi. Mehdiqulu xanm yazdığına görə o heç də İrana getmək üçün deyil, Tiflisə şikayət etməyə getmək üçün Qarabağdan çıxıbmış. Ancaq təqib olunduğunu görüb qorxudan İrəvan tərəfə gedib.
Yermolov Mehdiqulu xanm hakimiyyətini məhdudlaşdırmaq üçün hər bir bəhanədən istifadə edirdi. Mehdiqulu xanın 1822-ci ilin noyabrın 21-də İrana getməsi ani qəbul olunmuş qərarın nəticəsi deyildi. Artıq bu ərəfədə xanın, arvadlarının, bacılarının, yaxın adamlarının əmlakları siyahıya alınmağa başlanmışdı. Xanın bir neçə yaxın adamını həbs etmişdilər. Mehdiqulu xanm qardaşı oğlu Cəfərqulu ağaya qəsd edilmiş və o yaralanmışdı.
Mehdiqulu xan İrana qaçmağa vadar edildikdən sonra A.Yermolov bəyannamə yaydı. Xanm qaçışı «xəyanət» kimi qiymətləndirilir, xanlıq usul-idarəsinin ləğv edildiyi və Qarabağın bilavasitə Rusiya idarəçiliyinə keçirildiyi elan olunurdu. Məntiqlə və 1805-ci il Kürəkçay müqaviləsinin şərtlərinə uyğun olaraq Mehdiqulu xan Qarabağı tərk etdikdən sonra hakimiyyət vəliəhd sayılan Cəfərqulu ağaya keçməli idi. Ancaq rus hakimiyyət orqanları Cəfərqulu ağanı və oğlu Kərim bəyi həbs edib kazak dəstəsinin mühafizəsi altında Rusiyaya-Simbirskə göndərdilər. Cəfərqulu ağa qaçmağa cəhd edərdisə buna mane olmaq üçün silah işlətməyə belə icazə verilirdi. Xanlıq ləğv edildikdən dərhal sonra - 1823-cü ildə Gürcüstan baş naziri dəftərxanasının rəisi Mogilevski və Gürcüstan alayının komandiri Yermolov Qarabağda əhalini, torpağı, digər əmlakı, gəlirləri siyahıya aldılar. Nəticələr 1866-cı ildə Tiflisdə nəşr olunmuşdu.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -