Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq“

28.06.18, 8:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalı çox əlamətdar bir zamanda keçirilir. Bu il bir sıra yaddaqalan hadisələrlə zəngindir. Ümummilli Lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin və dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyləri möhtəşəm tədbirlərlə qeyd olunur. Bir sözlə, bayram bayrama qarışıb və biz festivala çox gözəl əhvali-ruhiyyə ilə başlayırıq.
Bu sözləri Şəki “İpək Yolu” IX Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, UNESCO-nun Sülh artisti Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Festivalın proqramının həmişəkindən də zəngin olduğunu vurğulayan Firəngiz Əlizadə deyib: “Festivalın tarixində ilk dəfə olaraq bu il UNESCO-nun “Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının” (İCTM) “Məqam” elmi-tədqiqat qrupunun X Beynəlxalq Elmi Simpoziumu keçiriləcək. Tədbirdə Yaponiyadan Almaniyayadək, 10 müxtəlif ölkədən çox tanınmış, nüfuzlu alimlər, həmçinin Azərbaycanın görkəmli elm xadimləri iştirak edəcəklər. Simpoziumdakı məruzələrdə qədim Şəkinin tarixi, mədəniyyəti, sənətkarlığı ilə yanaşı, bir çox ölkələrin ənənəvi musiqisi, onun tədqiqi və gələcək inkişafı məsələləri müzakirə ediləcək”.
Firəngiz Əlizadə bildirib ki, türkdilli xalqların mədəniyyət xadimlərini öz ətrafında toplayan TÜRKSOY Beynəlxalq Təşkilatının 25 illiyinin Şəki şəhərində qeyd olunması da musiqi mədəniyyətimizdə mühüm hadisələrdən biri olacaq.

Bu xəbər oxundu
- - -