Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Respublika Gənclər Kitabxanası əlaqələrini genişləndirir

03.07.18, 13:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi birgə əməkdaşlıq məqsədilə Bakı Yunus Əmrə İnstitutunda olub.
Görüş “XXI əsr Gənclər Kitabxanaları- Ənənələr, innovasiyalar. Öyrənək, öyrədək” layihəsi çərçivəsində reallaşıb.
Görüşdən məmnunluğunu ifadə edən institutun direktoru Cihan Özdemir Azərbaycan kitabxanaları ilə tanışlığından, müasir gəncliyin kitaba, ədəbiyyata maraq dairəsindən, Azərbaycan və Türkiyə kitabxanalarının oxşar və fərqli xüsusiyyətlərindən bəhs edib. Gənclərin kitaba olan marağının müəyyən nisbətdə azaldığından danışan natiq söyləyib ki, kitabı sevdirən filmlərin çəkilişlərinə böyük yer ayrılmalı, media ilə iş birliyi qurulmalı, kitablar geniş şəkildə reklam olunmalıdır.
Kitabxananın direktoru Oruc Quliyev əvvəlcə kitabxana, onun tarixi, fondu, oxucuları, fəaliyyəti, keçirilən tədbirlər haqqında geniş məlumat verib. Deyib ki, görüşün əsas məqsədi müxtəlif layihələrdə, tədbirlərdə birgə iştirak etməklə yanaşı, Azərbaycan və Türkiyə Gənclər Kitabxanalarının sıx əlaqələr saxlamasına nail olmaqdır.
Oruc Quliyev Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının adından Bakı Yunus Əmrə İnstitutunun kitabxanasına kitablar hədiyyə edib.

Bu xəbər oxundu
- - -