Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

ABŞ və Britaniya ehtiyatlanır ki, Rusiya F-35-lərin sirlərini öyrənər

05.07.18, 12:11
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xarici KİV-ə istinadla verdiyimiz xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya (BB) ehtiyatlanır ki, Rusiya Türkiyənin vasitəsilə beşinci nəsil F-35 qırıcı təyyarələrinin hazırlandığı texnologiyalara giriş əldə edə bilər. Bu barədə «The Telegraph» qəzeti yazıb. Böyük Britaniya 138 ədəd F-35 təyyarəsi almağa hazırlaşır, Türkiyə isə öz növbəsində, həm ABŞ-dan F-35 təyyarələri, həm də Rusiyadan S-400 zenit-raket kompleksləri (ZRK) almaq niyyətindədir. Ekspertlər narahatdırlar ki, əgər Ankara hər iki sistemdən istifadə etsə, ABŞ qırıcılarının «zəif tərəfləri» barədə informasiya Moskvanın əlinə keçə bilər.
S-400-ləri almaqdan imtina edilmədiyi halda, ABŞ senatı Türkiyəyə F-35 təyyarələrinin satışına qadağa qoyulmasını təsdiqləyib. Senator Kris Van Hiddenin sözlərinə görə, S-400-lərlə eyni vaxtda, Ankaraya F-35-lərin verilməsi «ABŞ-ın milli təhlükəsizliyini» və müttəfiqlərini zərbə altına almış olur. «Türkiyənin hər iki sistemi alması ruslara asanlıqla imkan yaradır ki, F-35 təyyarələrinin imkanlarını qiymtləndirə bilsin və onun zəif tərəflərini müəyyən etsin. Bu, yolverilməzdir» – deyə, senator bəyan edib.
Britaniya parlamenti də eyni mövqedədir. Parlamentin xüsusi müdafiə komitəsinin başçısı Mark Fransua bəyan edib ki, Böyük Britaniya F-35-lərə nəhəng vəsait yatırır. Odur ki, London «bu texnologiyaları kiminsə əldə etməsini istəmir». Bu arada, senatın sövdəni bloklamasına baxmayaraq, Türkiyə artıq ABŞ-dan ilk F-35-ləri alıb. Bundan başqa, may ayında Türkiyə bəyan edib ki, heç bir sanksiya Rusiyadan S-400 sistemləri almaq barədə Ankaranın qərarına təsir göstərə bilməz.

Bu xəbər oxundu
- - -