Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya İrana bütün vasitələrlə dəstək verəcək

05.07.18, 12:14
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran-ABŞ münasibətlərinin hansı istiqamətə yönələcəyi ilk növbədə Yaxın Şərq probleminin necə nəticələnəcəyindən çox asılıdır. Bu sözləri beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Suriyada Rusiya və İran demək olar ki, eyni mövqedən çıxış edərək, ABŞ-ın qarşısındadırlar: "Rusiya bu tip məsələlərdə özünə müttəfiq hesab etdiyi İrana məhz öz milli təhlükəsizliyi baxımdan bütün vasitələrlə dəstək verəcək. İran-ABŞ qarşıdurmasının yarandığı ilk vaxtlardan ABŞ-ın bu dövlətə birbaşa silahlı müdaxiləsi heç vaxt gündəmdə olmayıb. Hesab edirəm ki, bu gün də belə bir plan yoxdur. Ayrı vaxtlarda ABŞ-ın İraq -İran müharibəsində, İsrail və İran arasında olan kiçik konfliktlərdə bir tərəf olduğu bəlli idi. Bu gün isə onun planında sarsıdıcı sanksiyalar, daxildə baş verəcək narazılıqlar səbəbindən kütləvi etirazların başlaması var".
Ekspert vurğulayıb ki, amma bu, elə də asan olmayacaq: "İllərdir ki, bu plan üzərində çoxları işləyib, ancaq hələ ki, nəticə yoxdur. Amma o demək deyil ki, bu, mümkün deyil. Yaxın Şərq siyasətində ABŞ-ın mövqeləri gücləndikcə bu ehtimallar da eyni səviyyədə arta bilər. Digər tərəfdən, bu gün İranda hakimiyyət dəyişikliyi olarsa, bu, hələ heç nəyi həll etmir. Yox əgər rejim dəyişikliyi baş versə, bu artıq daha ciddi və regiondakı balansı silkələyəcək hadisə olar. Belə bir ssenarinin orada baş verməsi mümkünlüyü olsa da, bu, çətin və zaman alan prosesdir. İran regionda müqavimət gücünün böyük olduğu bir dövlətdir".

Bu xəbər oxundu
- - -