Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Türk Çin doctluğunun sərhədləri harada bitir

06.07.18, 8:31
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ankara və Pekin "uyğur səddi"ni hələlik görməməzliyə vurur

Suriya müharibəsi sayəsində Türkiyə İranla rəqabət halından Tehran və Pekinin, həm də Moskvanın dostu olmaqla bərabər, Yaxın Şərqdə mühüm aktyor halına gəlib.
Türk-İran əlaqələrinin Türk-Çin və İran-Çin əlaqələrinə necə təsir göstərdiyini təsvir etmək üçün bu üçlük arasında strateji əməkdaşlığa diqqət yetirilməlidir.
Türk-Çin diplomatik əlaqələri dörd çərək əvvəl – 4 Avqust 1971-ci ildə qurulub. İki ölkə, 2010-cu ilin oktyabr ayında Türkiyənin paytaxtı Ankarada elan olunduğu kimi, əlaqələri gücləndirəcəyini bəyan edib.
Strateq “Əl-Ərəbiyyə”yə istinadən yazır ki, 2013-cü ilin mart ayında Çin Türkiyənin 20-24 milyard dollar dəyərində ikinci nüvə stansiyasının inşasını təklif edib. 2013-cü ilin oktyabr ayında Çin şirkəti uzunmənzilli raket sistemi ilə əlaqədar tenderin qalib olub, ilk dəfə olaraq Çin NATO üzvünə raket satıb.
Türkiyə Çinlə nəyə nail olmaq niyyətindədir?
Ankara ənənəvi olaraq, uyğurların öz irqi, dini və mədəni kökləri ilə bağlı tələblərini dəstəkləyir. 2009-cu ilin iyul ayında çinli ekstremistlərlə qarşıdurmalarda uyğurların ölümü və xəsarətləri ilə bağlı Türkiyə və Çin arasında böhran yaşanıb. Türkiyə bu məsələni BMT Təhlükəsizlik Şurasına təqdim edilməsini tələb edib, lakin Pekin bunu digər ölkənin “daxili işinə” müdaxilə kimi təsvir edərək qarşı çıxıb.
O vaxtdan bəri Türkiyə və Çin ikitərəfli əlaqələri gücləndirməyə çalışıblar. Çünki Ankara Suriya məsələsi və İraqdakı terrorizmə görə Türkiyə sənayesinin böyük təsir göstərən neft və qaz tədarükünün pisləşəcəyindən qayğılanıb.
Beləliklə, Türkiyə bütün sahələrdə Çinin iqtisadi gücü, sənaye və texnoloji inkişafından faydalanmağı planlaşdırıb. Digər tərəfdən, Çin də başlıca olaraq Körfəz və qonşu Orta Asiya ölkələri ilə sıx əlaqələrindəki müxtəlif məsələlərdə Türkiyənin fəal regional və beynəlxalq rolundan istifadə etmək istəyib.
Çin prezidenti Si Zinpinin 2013-cü ilin mart ayında yenidən Çin rəhbərliyinə seçilməsi ilə iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək cəhdlərinə daha da təkan veriləcəyi gözlənilir.
Yaxın Şərqdə Çinin ən önəmli xarici siyasəti digər suveren dövlətlərin daxili işlərinə müdaxilə etməmək olub. Bu, Çinin müdaxilə təklif etmədən səmimi əlaqələr quraraq, əsasən Yaxın Şərq regionunda və digər ölkələrlə niyə ticarət əlaqələrinə üstünlük verdiyini əsaslandırır.
Ancaq İran və Türkiyə kimi müttəfiqləri vasitəsi ilə Çin Körfəz, Cənub Avropa və Mərkəzi Asiya dövlətlərinə iqtisadi, siyasi və hərbi səviyyələrdə təsir göstərməyə başlayıb.
Türkiyə 1952-ci ildən NATO üzv olsa da, bu, Çin-Türkiyə münasibətlərinin inkişafına maneə törətmir. 2010-cu ilin oktyabrında Çin baş naziri Ven Ciabaonun Ankaraya səfəri zamanı Çin və Türkiyə arasında strateji əməkdaşlıq əlaqələrinin qurulması bəyan edilib.
Ven və Abdullah Gül iqtisadi və ticari əməkdaşlığın artırılmasına, iki ölkə arasında əlaqələrin enerji, təhsil, mədəniyyət, idman, turizm, media, təhlükəsizlik və milli müdafiə sahələrinədək genişləndirilməsi, birgə müəssisələrin inkişafına hazır olduqlarını dilə gətirib.
O dövrdə İran hər iki ölkə ilə çox yaxşı əlaqələrə sahib idi və hər bir razılaşmanın Tehran tərəfindən müsbət qarşılanması sanksiyalar dövründə İran iqtisadiyyatına xeyir verməsi ilə izah olunurdu.
İqtisadi sahədə iki ölkə 2015-ci ildə illik ticarət dövriyyəsini 50 milyarddan 2020-ci ildə 100 milyard dollara qədər artırmağı qərara alıb. Bu müqavilələrdən bəziləri İran iqtisadiyyatına (Türkiyədəki iranpərəst iş adamları vasitəsilə) dolayısı ilə fayda gətirib.
O zaman baş nazir olan Rəcəb Tayyip Ərdoğan 2012-ci ildə Çinə ilk səfəri zamanı çinli vəzifədaşı ilə İranın nüvə fəaliyyəti, habelə Ankara və Pekinə narahat edən digər regional məsələləri müzakirə edib.
Bu səfərdə Çin və Türkiyə arasında imzalanmış nüvə əməkdaşlığı müqaviləsi diqqət çəkib. 2013-cü ilin mart ayında Çin Türkiyədə ikinci nüvə stansiyasını qurmaq üçün tenderdə iştirakını elan edib.
Hərbi ekspertlər qeyd edirlər ki, Çinlə Türkiyə arasındakı hərbi əlaqələrin başlanğıcı 1973-cü ilə aiddir. O vaxt İsmayıl Qürgəni Pekinə hərbi attaşe təyin etmişdilər. Bu mühüm tarixdir.
2008-ci ildə Qəzza müharibəsinə görə İsrail-Türk münasibətlərinin pisləşməsi zamanı, Vaşinqton İsrail iştirak etmədiyi üçün hava qüvvələri təlimlərinə qatılmayıb. 2010-cu ildə Türk Hava Qüvvələri Çinlə birlikdə birgə təlimlər keçirib.
Çinlə Türkiyə arasındakı son hərbi əməkdaşlıq da diqqətləri cəlb edib. 2013-cü ilin oktyabr ayında “China Precision Machinery Import-Export Corporation” (SPMIEC) 4 milyard dollarlıq Türkiyə hərbi tenderinin qalibi olub, ilk dəfə Çin NATO üzvünə raket satıb: “FD-2000” uzunmənzilli hava hücumundan müdafiə sistemi.
Çin əsas silah satıcıları – Birləşmiş Ştatlar, Fransa, İtaliya, Almaniya və Rusiya ilə rəqabətdə qalib gəlib. Müqavilə ABŞ-ın etirazını artırıb, çünki Türkiyə ilə digər NATO üzvləri arasındakı əlaqələrə şübhə kölgəsi salır.
ABŞ sanksiyalarına məruz qalan İran və Şimali Koreya ilə bağlı Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni pozmaqda ittiham olunan Çin şirkəti və Rusiya ilə “S-400” razılaşması sürpriz olub.
Hərbi ekspertlərin fikrincə, 1952-ci ildən bəri NATO üzvü olmasına baxmayaraq, Türkiyənin ilk dəfə yeni raket sisteminin əhəmiyyəti ölçüdə güclənəcək.
Türkiyənin Çin raketlərini Amerika və Qərb silahlarından üstün tutması ilə yanaşı, Çin raketləri NATO müdafiə sistemi çərçivəsində və ya Qərb ölkələri ilə hərbi əməkdaşlığa dair kollektiv çərçivədə istismar edilə bilməz. Bu, NATO-nun Türkiyə ilə müdafiə sistemi qurmasını çətinləşdirir.
Çin və Türkiyənin bəzi məsələlər üzrə fikir ayrılıqları iki ölkə arasındakı yaxşı münasibətlərin gedişinə təsir göstərmir. Xatırladaq ki, bu məsələlərin ən önəmlisi Çindəki uyğurlara türk dəstəyidir.
Türkiyənin Çinin şimal-qərbindəki Sincan bölgəsinin müsəlmanlara, xüsusilə də Şərqi Türküstanda (ərazisi təxminən 1,828 milyon kvadrat kilometrdir) uyğurlara təəssübü faktdır. Bu, Çin hökumətinin 90 faizi türk mənşəli olan çinli müsəlmanlar üçün türk kanallarını niyə açmasını izah edir.
Çin-Türk əməkdaşlığı və Çin-İran əməkdaşlığı Suriyanın İdlib əyalətində “Əhrar əş-Şam”ın sıralarında döyüşən 10-20 min uyğur milisin varlığını nəzərə alır. Çin onların təhdid olacağından qayğılanır.
Beləliklə, Çin ekstremistlərin evlərinə dönməsini maneə törətmək üçün fəaliyyətini həm Türkiyə, həm İran, həm də Rusiya ilə əlaqələndirir.

Bu xəbər oxundu
- - -