Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənilər rusiyalı deputatı hədəfə götürüblər

06.07.18, 9:34
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılmasını dediyinə görə

Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hücumlara məruz qalmış deputat Dmitri Savelyevin müdafiəsinə qalxıblar.
Azərbaycanın Cocuq Mərcanlı kəndinə səfəri və işğal olunmuş Dağlıq Qarabağın dərhal Azərbaycana qaytarılması çağırışı üzündən Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb.
Belə ki, “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında ekspert Semyon Baqdasarov Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovskiyə müraciət edərək, Dmitri Savelyevi məhv etməyə şağırıb. Qeyd edək ki. Savelyev RLDP fraksiyasının üzvüdür.
“Axı necə olur ki, sizin deputatınız münaqişə zonasına gedir, bu sözləri deyir..., - Baqdasarov verilişdə iştirak edən RLDP lideri Jirinovskiyə müraciətlə deyir. – Məhv edin onu, qovun! O, Rusiya Federasiyasının düşmənidir, satqındır”, - Baqdasarov qəribə bəyanatlar verib.
Jirinovski isə “Bəli, bəli” deyərək, onunla razılaşıb.
"Deputat Savelyev Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri vəzifəsini icra etməyə məcburdur. Ona nə Baqdasarov, nə də Solovyovdan birbaşa öhdəliklər verilir". Bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof Aleksandr Dugin deyib.
Aleksandr Duqinin sözlərinə görə, hazırda Moskva ilə Bakı arasında çox aktiv yaxınlaşma müşahidə edilir: "Azərbaycan mütəmadi olaraq Rusiyanın daha vacib, daha təsirli və daha etibarlı müttəfiqinə çevrilir. Bu isə Ermənistanın maraqlarına zərər vurmur. Onlar deyirlər ki, Rusiya Ermənistanın müttəfiqidir və buna görə də Azərbaycana qarşı olmalıdır. Rusiyanın Ermənistanı tam müdafiə etməsi və Azərbaycana qarşı mübarizədə kömək etməsi tamamilə yanlışdır. Rusiya Ermənistanın müttəfiqidir, amma əslində Rusiya indiki halda özünün baş strateji müttəfiqi kimi Azərbaycanı görür. Məhz Azərbaycandakı konfrans da buna həsr edilmişdi.
Bu tezis elan edilən kimi Rusiyadakı erməni lobbisi mərkəzi televiziyaları, əsas verilişləri istifadə edərək dişini göstərdi. Mən Bakıdakı görüşün təşkilatçılarından biriyəm. Bu konfransda antierməni əhval-ruhiyyəli heç nə səsləndirilməyib. Burada Rusiya və Azərbaycan arasında yaxınlıq, tərəfdaşlıq, strateji inkişaf məsələlərindən, Dağlıq Qarabağ konfliktinin əvvəlki erməni rəhbərliyinin Azərbaycana 5 rayon verməsiylə bağlı razılaşmaları çərçivəsində həllindən bəhs edilib.
Biz görürük ki, Solovyovun bir sıra ekspertləri də dəvət etdiyi proqramında tamamilə qəbuledilməz, Azərbaycanı dostluq missiyası ilə ziyarət edən rusiyalı deputatlar və ekspertlərini şeytanlaşdıran fikirlər səsləndirilib”.
Onun sözlərinə görə, Ermənistan son zamanlar NATO ilə yaxınlaşmaq xəttini tutub: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımını şeytanlaşdırır. Mənim fikrimcə, bu, tamamilə yolverilməzdir. Əgər Ermənistanın nə isə xoşuna gəlmirsə, o, korrektə edilmiş formullar tapa bilərdi.
Əgər indiki Ermənistan rəhbərliyi məsuliyyətlidirsə, o özündən əvvəlkilərin xəttini davam etdirməlidir – 5 rayonu geri verməlidir. Bundan əvvəlki razılaşmalar ayrıca şəxslərlə deyil, dövlətlərlə imzalanıb. Çox dövlətlərdə rejimlər dəyişir, amma onlar əvvəlki rejimlərin borclarını icra edirlər.
Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətidir”.
“Qeyd etmək vacibdir ki, Baqdasarov kimi insanarın reaksiyası – sırf etnik reaksiyadır və başa düşüləndir, - bunu Markov deyib. – Bu vəziyyətdə biz bunları nəzərə almalı və buna diqqət yetirməməliyik. Baqdasarovun öz həqiqəti var və buna haqqı var. Rusiyanın rəsmi mövqeyi isə tamamilə fərqlidir. Vacibdir ki, Rusiyanın siyasəti bu cür sırf etnik mövqelərin təsiri altında olmasın. Bu gün Rusiya ədalət və balans mıntiqi ilə hərəkət etməyə çalışır. Solovyovun siyasi mövqeyi bu mənada Baqdasarovun etnik mövqeyi ilə tam üst-üstə düşür.
O ki qaldı “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” konfransına, orada xeyli ağıllı fikirlər səslənib. Ən başlıcası isə odur ki, münaqişə tez bir zamanda həll olunmalı və Kazan formulu əsas götürülməlidir.
Rusiya prezidenti Vladimir Putin gözəl anlayır ki, bu münaqişə həllini tapmalıdır. Buna görə də, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və bu münasibətlər bu gün daha çox müttəfiq münasibətləri xarakteri daşıyır. Bu belədir.
Konfransın bu yaxınlarda işğaldan azad edilmiş Azərbaycan kəndində keçirilməsi çox maraqlı qərardır. Azərbaycanın burada, münaqişə zonasında öz tədbirini keçirməsi heç kimi narahat etməməlidir. Cocuq Mərcanlı, hələ də işğal altında qalan digər ərazilər kimi, hüquqi cəhətdən qeydə alınmış Azərbaycan əraziləridir. Dünyanın bütün ölkələri, BMT və digər beynəlxalq təşkilatlar bunu tanıyırlar”, - Markov bildirib.
Erməni ekspert Anna Mkrtçyan isə bildirib ki, Dağlıq Qarabağda müharibə və ya, ən azından vəziyyətin kəskinləşməsi qaçılmazdır.
Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda daxili siyasət hadisələrinə (Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçirildi, Ermənistanda isə Serj Sarkisyanın növbəti dəfə prezident seçilməsinə etiraz olaraq nümayişlər başlandı və nəticədə Nikol Paşinyan Sarkisyanı hakimiyyətdə uzaqlaşdırmağa nail oldu – red.) görə pauza yaranmışdı və güman edilirdi ki, yeni hakimiyyətin formalaşmasından sonra danışıqlar yeniləcək.
“Ancaq proseslər başqa inkişaf aldı. Azərbaycanda gözlənildiyi kimi, İlham Əliyev seçicilərin 80 faizindən çoxunun səsini alaraq prezident postuna yenidən seçildi. Ermənistanda isə inqilab dalğasında xalqın etibarını qazanan yeni hökumət yarandı və bu, Qarabağın münaqişəsinin nizama salması üzrə danışıqlara təsir etməyə bilməzdi”, - o qeyd edib.
Anna Mkrtçyan xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan (mayın 8-də baş nazir seçilmişdi – red.) Xankəndinə səfər etdi və qondarma “DQR”in danışıqların tamhüquqlu tərəfi olmasını tələbini səsləndirdi. Ekspert qeyd edir ki, sonradan bu ideya hökumət proqramında da əksini tapdı.
“Dağlıq Qarabağda müharibə yalnız vaxt məsələsidir”, - o hadisələrin gedişatını proqnozlaşdırıb.

Yeri gəlmişkən, Fransanın “Ouest France” saytında Nikola Montarın müəllifliyilə “Ağdam “ruhlar şəhəri”nə çevrilib” məqaləsi çap olunub. WorldMedia sayta istinadən yazır ki, bu yay “l’Édition du soir” nəşri sizi planetin” ruhlar şəhərləri”nin izilə aparacaq. Bugünkü dayanacağımız Azərbaycanın müharibədən çox əziyyət çəkmiş Ağdam rayonudur.
Bu il tarixində ilk dəfə futbol üzrə Çempionlar Liqasında iştirak etmiş “Qarabağ” futbol klubu əlbəttə ki, möcüzə yarada bilmədi. O, öz qrupunda dördüncü yeri tutdu. Amma qrupda onun çox ciddi rəqibləri var idi: yarışın yarımfinalınadək irəliləyə bilmiş “Roma”, Avropa Liqasının qalibi “Atletiko Madrid” və İngiltərənin “Çelsi” klubu. Sonuncular iki oyunda “Qarabağ”ın qapısından düz 10 top keçirmişdi.
Lakin bunun elə də böyük əhəmiyyəti yoxdur. Bütün bunlar Azərbaycanın Çempionlar Liqasında iştirak edən ilk klubu üçün gözəl idi. Klubun hansı şəhəri təmsil etdiyini bildikdə isə (şəhər artıq mövcud deyil), bu macəra daha müstəsna əhəmiyyət qazanır.
Gəlin, Xəzər dənizilə Qara dəniz arasında 1990-cı illərdə baş vermiş hadisələri yada salaq. Cənubi Qafqazda onilliklərdir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi adlı problem var. Fransanın bir departamenti boyda olan bu muxtar vilayətdə yaşayan ermənilər illər əvvəl müstəqillik tələbilə çıxış edib. Nəticədə Ermənistanla Azərbaycan arasında müharibə başlayıb. Müharibə 30 min insanın həyatına son qoyub. Sonda, Azərbaycan ərazisinin bir hissəsi Ermənistanın nəzarəti altına keçib.
Münaqişə bölgənin mərkəzində yerləşən Ağdam xüsusi faciəvi tale yaşayıb. Dağlarla əhatə olunmuş, binalarının rənginə görə “ağ şəhər” adlandırılan Ağdamın əsası XVIII əsrdə qoyulub. 1828-ci ildə o, şəhər statusu alıb. Daha sonra burada zavodlar, vağzal, dünyada ikinci Çörək muzeyi və s. yaradılıb. Ağdamda təxminən 30 min sakin yaşayırdı...
Münaqişə vaxtı Ağdam strateji şəhər hesab edilirdi. Bu gün o, ermənilərin işğalı altındadır. Raketlər yağış kimi yağırdı... Müharibənin sonunda Ağdamı bufer zona kimi saxlamağa çalışan ermənilər onu yerlə-yeksan edib, ağacları belə, qırıb.
Bu gün Ağdamda zaman keçdikcə daha da köhnələrək yararsız vəziyyətə düşən məscid istisna olmaqla, yalnız dağıntılar qalmaqdadır. “İtirilmiş şəhərlər atlası”nın müəllifi Od de Tokvil yazır: “Boş meydanlarda eroziyaya uğramış heykəllər ucalır. Yabanı bitkilər asfaltı deşib çıxır, paslanmış tanklar küçələrə səpələnib. Sovet dövründən qalma bina və tikililərin ətrafı çöl heyvanları üçün otlağa çevrilib”.
“Lonely Planet” səyahət kitabçasına “Qafqazın Xirosiması” kimi daxil olmuş rayona zaman-zaman bəzi turistlər risk hesabına baş çəkir.
“Qarabağ” futbol klubunun Çempionlar Liqasında iştirakının rəmzi mənası var. Çünki bu klub Ağdam klubunun 1993-cü ildən bəri öz doğma meydanında oynaya bilməyən, paytaxt Bakıda məskunlaşmış varisi, futbolçularsa “ruhlar şəhəri”nin varisidir.
Cavid

Bu xəbər oxundu
- - -