Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan beynəlxalq hüquqi öhdəliklərə əməl etməlidir”

10.07.18, 7:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni şərhçilər Nikol Paşiyanın NATO sammitinə səfərin alyansın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəyişməsi ilə əlaqələndiriblər.
Məsələ ilə bağlı “Lragir”ə məqalə yazmış erməni şərhçi Naira Ayrumyan bildirib ki, əgər yekun bəyannaməsində daha öncə olduğu kimi yalnız dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayacaqsa, Ermənistan NATO sammitindən imtina edcək:
“Paşiyan özü bildirib ki, onun NATO sammitində iştrakı yekun bəyannamənin mətnindən asılı olacaq. Yada salaq ki, Ermənistan ən azi iki dəfə NATO sammitindən buna görə imtina edib ki, Qarabağ münaqişəsinin həlli kimi yalnız ərazi bütövlüyü vurğulanırdı, öz müqəddəratını həll etmək və güc tətbiq etməmək barədə isə unudulurdu”.
Ayrumyan bildirib ki, 2016-cı ildə aprel döyüşlərindən sonra Serj Sarkisyan Əfqanıstanda keçirilən NATO görüşünə qatılıb və xalqların öz müqəddəratını təyin etmək hüququnun tanınmasını istəyib. Amma bu da nəticəyə ciddi təsir etməyib - NATO yekun bəyanatda Qarabağın və hər hansı başqa münaqişənin adını çəkməyərək, ümumi şəkildə ərazi bütövlüyünə və münaqişələrin dinc yolla həllinə hörmətə çağırış səslənir.
Erməni şərhçi NATO-nun münaqişənin dinc yolla həllinə çağırmasını böyük irəliləmə sayır, istənilən halda, NATO-nun Qarabağı Azərbaycandan kənarda görmək istəmədiyini də dolayısı ilə vurğulayır. Əslində, indiyə kimi nə Qarabağda doğulmuş Ayrumyan, nə də “Lragir”in baş redaktoru, hadrutlu Haykazn Qaqriyan erməni oxucusu üçün problemi belə açıq yazmazdılar. Yalandan ürək-dirək verərdilər ki, bəs, mədəni dünya, o cümlədən NATO Qarabağı xristian dünyasının bir parçası sayır, buna görə dəstəkləyir və s.
Amma indi Nikol Paşiyanın korafəhmliyi onları açıq yazmağa vadar edir – Nikol bir yandan oğlunu Qarabağa əsgərliyə göndərir, yəni əvvəlki oyunbaz Ermənistan liderlərindən fərqli olaraq Qarabağdakı işğal siyasətini açıq dəstəkləyir, o biri yandan isə NATO sammitinə qatılmaq, onun rəhbərləri ilə görüşmək istəyir. Yəni Əli aşından, Vəli aşından da ola bilər – Qarabağ ermənilərini qorxudan məsələ Rusiyanın dəstəyinin itməsidir.
Erməni KİV-lərinin yazdığına görə, Moskva Paşinyanın bu planlarına sərt reaksiya verib və Putin buna qarşı olduğunu Ermənistan Xarici İşlər Nazirliyinə çatdırıb. Hətta “Qraparak” qəzetinin yazdığına görə, Moskva MDB və KTMT ölkələrinə məxfi məlumatları Ermənistan Təhlükəsizlik Şurasına verməməyi əmr edib. Çünki Şuranın katibi Armen Qriqoryan vaxtı ilə Ermənistanın KTMT-dən çıxmasının tələb edən “Putin fuck” aksiyasının ən fəallarından olub.
Politoloq Məhəmməd Əsədullazdə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun son günlər hərbi hərkətliliyindən və Naxçıvan istiqamətində uğurlu əməliyyatından sonra Qarabağ münaqişəsinin həlli istiqamətində əvvəlki, qeyri-konustriktiv mövqeyindən geri çəkildi. İlk əvvəllərdə o, qeyd edirdi ki, Qarabağın ilkin statusu təyin olunmayınca, danışıqlara başlamayacağıq, yaxud özünün danışıqlarda iştirak etmək hüququ yoxdur kimi qeyri-real açıqlamalar verirdi: “İnqilabla hakimiyyətə gələn erməni baş naziri Qarabağla bağlı sərt və qeyr-müəyyən açıqlamalar verdiyi ərəfədə, rəsmi Yerevana yaxın bir politoloq mənə dedi ki, Paşinyanın bu açıqlamalrı müvvəqətidir və o, danşıqlara gedəcək qədər məcburdur, danışıqıların əksi isə müharibədir. Müharibə isə Ermənistana lazım deyil. Göründüyü kimi Ermənistanın müharibə qorxusu rəsmi Yerevanı danışıqlar prosesinə qatılmağa məcbur etdi. Erməni xarici işlər nazirİ Zoqrab Mnatsakanyanla bu gün Brüsseldə Xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Mnatsakanayan danışıqların Minsk formatında-Madrid prinsipləri üzrə aparılacağını qeyd edib. Amma, yeni hakimiyyətə gələndə ümumiyyətlə Minsk formatında Ermənistanın iştirakını inkar edirdilər və özlərinin yaratdıqları Qarabağda separatçılarının danışıqlarda iştirakını irəli sürürdülər. Qeyd edim ki, Ermənistanın yeni hakimiyyəti son iki ayda iki zərbə aldı. Naxçıvanda ölkəmizin hərbi təzyiqilə qarşılaşdı, diplomatik danışıqlarda siyasətlərini dəyişmək məcburiyyətinəd qalararq, bir daha özlərini ifşa etdilər. Danışıqların başlaması özü-özlüyündəı müsbət bir prosesdi. Amma, Nikol Paşinyan indiki parlamentlə hazırda çalışacaq ki, danışıqlarda imitasiya etsin. Çünki, aparılan danışıqlarda kompromis olarsa, Ermənistan parlamenti təsdiq etməlidir. Amma Ermənistan parlamenti Qarabağ klanın əlindədir. Onlar da yeni hakimiyyətin kompromisinə qarşı çıxa bilərlər. Təbii ki, bunlar hüquqi prosesdi və Nikol Paşinyan danışıqlarda irəlləyiş olmaması üçün bundan istifadə edə bilər. Amma, bu il danışıqlarda müsbət nəticə gözlənilmir. Qeyd edim ki, rəsmi Yerevan danışıqlarda Kremllə deyil, Amerika Erməni Assambleyasının diqtəsi ilə hərəkət edəcək. Nikol Paşinyan çalışacaq ki, Azərbaycanla danışıqlarında Rusiya moderator olmasın. Çünki, Rusiya Qarabağ danışıqlarında moderator olarsa, Ermənistan Rusiyanın təsirindən çıxa bilməyəcək. Bu da Nikol Paşinyanın siyasətinə uyğun deyil. Siyasi proseslər qarşıdakı aylarda daha da istilənəcək, bu istiləşmə isə Yerevanla Moskva arasında baş tutmasın. Rusiyanın burada tutacağı mövqedən çox məsələlər asılı olacaq. Seçimi Azərbaycan tərəfində ola biləməsi üçün yaxın aylardakı yaşanacaq mənzərəni gözləyək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevin Qarabağ münaqişəsi ilə bağlı EurActiv saytında dərc edilən və WorldMedia-nın tərcümə etdiyi yazıda müəllif bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli və regionun inkişafı ilə bağlı hər hansı konstruktiv baxışa malik olmadığını göstərir. Bu, təəssüfedicidir.
Ermənistanın Serj Sarqsyan erasını xatırladan bəyanatlarla çıxış edən Xarici İşlər Nazirliyi qonşu dövlətlərə qarşı əsassız iddialarla çıxış edir. Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsinin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən bütün vasitələrlə keçməyə cəhd edir. Halbuki, bu ölkənin gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf 7 rayonunu işğal etdiyi tamamilə aydındır. Bu zaman 1 milyondan artıq mülki azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb. Ermənistan məhz işğalçılığa əsaslanan siyasəti nəticəsində özünü təcrid vəziyyətinə salıb. Əslində isə dənizə çıxışı olmayan, dağlıq relyefə malik bu kiçik ölkənin qonşu dövlətlərlə inteqrasiyaya hər kəsdən artıq ehtiyacı var.
Ermənistanda labüd hakimiyyət böhranı yaşanan zaman Azərbaycan xüsusi açıqlama ilə çıxış edib, yeni hakimiyyətin sağlam təfəkkürə əsaslanan siyasət yürüdəcəyi təqdirdə, münaqişənin həllində irəliləyiş əldə etməyin mümkün olacağını bildirib. Lakin indiyədək görünən odur ki, Ermənistanın yeni hakimiyyəti də əvvəlki rejimin səhvlərini təkrarlamağa meyillidir.
Ermənistan rəhbərliyi başa düşməlidir ki, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqilə dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir. Yerevanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq, Azərbaycan ərazilərinin işğalını davam etdirmək cəhdləri heç zaman gözlənilən nəticəni verə, beynəlxalq birlik tərəfindən legitim hesab oluna bilməz. Əksinə, işğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək. Erməni gəncləri də vaxtlarını işğala dəstək vermək məqsədilə səngərlərdə keçirməyə deyil, daha yaxşı həyata layiqdir.
Bu ölkənin yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini bəyan edir. Əgər bu belədirsə, Ermənistan beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini və hörmətini əməldə nümayiş etdirməlidir. Bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır.
Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini nəzərdə tutan “yol xəritəsi” hər kəsə yaxşı məlumdur. Onu “de-occupation, de-militarization, demining, deployment, dialogue, development” elementlərindən ibarət “6D proqram”ı da adlandırmaq olar.
1. De-occupation (işğaldan azad etmə) – ilkin olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması;
2. Demilitarization (demilitarizasiya) – hərbçilərin geri çəkilməsi və hərbi risk amilinin aradan qaldırılması;
3. Demining (minalardan təmizləmə) – postmünaqişə reabilitasiyası kimi, işğaldan azad olunmuş ərazilərin minalardan və partlayıcılardan təmizlənməsi, bu ərazilərdə zəruri infrastrukturun qurulması və əsas sosial xidmətlərin təmin olunması;
4. Deployment (yerləşdirmə) – azərbaycanlı məcburi köçkünlərin şərəf və ləyaqətlə, təhlükəsiz şəkildə öz doğma evlərinə qayıtması;
5. Dialogue (dialoq) – etimad və etnik barışıq məqsədilə Ermənistanla Azərbaycan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması;
6. Development (inkişaf) – biri digərini tamamlayan və mərhələli addımlar regionun hərtərəfli inkişafına, Ermənistanın regional proseslərə inteqrasiyasına və davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Qısa desək bu, hər kəs üçün uduşlu bir ssenaridir.
1990-cı illərin ortalarında tələbə olarkən ingilis dili imtahanlarına hazırlaşırdıq. Bu zaman professorumuz bizə imtahandan keçmək üçün çox vacib məsləhət vermişdi: “Əgər sizə çətin sual düşübsə, onun üzərində uzun müddət qalmayın, digər suallara keçin və onlara cavab verin. Əks təqdirdə imtahandan keçə bilməzsiniz”.
Odur ki, Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb problemin bir paket halında həll edilməsi qeyri-mümkündür. Amma gəlin realist olaq, vaxtımızı, resurslarımızı xülyalara, çətin suallara cavab tapmağa sərf etməyək. Çünki bu, problemin danışıqlar yolu ilə həllinə aparmayacaq. Gəlin sülh üçün edilməsi mümkün olan işləri görməyə başlayaq. Bunun alternativi əbədi qarşıdurma və müharibədir.
İndi “top” Ermənistan tərəfindədir. Gəlin onların hansı yolu seçəcəklərini gözləyək.


Cavid

Bu xəbər oxundu
- - -