Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Yeni tamaşanın premyerası olub

10.07.18, 10:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gənc Tamaşaçılar Teatrında Əziz Nesinin “Öldürsənə məni, Canikom” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib
“Öldürsənə məni, Canikom” tamaşası Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr edilib. Tamaşada Xalq artisti Naibə Allahverdiyeva, Əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.
Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlar maraqla qarşılanıb
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.
Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və uğur qazanıb. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. Gənc Tamaşaçılar Teatrının təqdim etdiyi tamaşada həm komik həm də dramatik məqamlara yetərincə yer verilib.

Bu xəbər oxundu
- - -