Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycanın müstəqil siyasət yürütməsi çoxlarını narahat edir”

10.07.18, 11:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycanda sosial şəbəkələr və digər vasitələrlə terrorçuluğa çağırış edən şəxslər cəzalandırılmalıdır”. Bunu millət vəkili Bəxtiyar Sadıqov deyib. B.Sadıqov qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yürütməsi və ölkədə davamlı sabitliyin olması çoxlarını narahat edir: "Hətta bəzi dövlətlər və müəyyən qruplar məqam düşən kimi Azərbaycanda sabitliyi pozmağa, iqtidarla xalq arasında narazılıq yaratmağa cəhd edirlər. Amma dəfələrlə buna cəhd olunsa da, onlar istədiklərinə nail ola bilməyiblər. Çünki Azərbaycanda xalqla iqtidar arasında möhkəm birlik var, Azərbaycan iqtidarı xalqın bütün arzu-istəklərini gerçəkləşdirir. Bildiyiniz kimi, Gəncədə Prezidentin nümayəndəsinə - şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror hadisəsi törədildi. Bununla bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi də açıqlama yaydı. Təəssüf ki, müəyyən qüvvələr yenidən bu məsələyə qayıtmaq və narazılıq əlaməti kimi insanları etiraz aksiyasına çağırmağa cəhd edirlər. Onlar bu bəhanə ilə Azərbaycanda sabitliyə xələl gətirmək istəyirlər. Həmin şəxslər kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilməli və qanun qarşısında cavab verməlidirlər".
Millət vəkili bildirib ki, dövlət əleyhinə, ölkədə sabitliyin pozulması istiqamətində çağırışlar qanunla qadağandır: "Həmin şəxslər qanun qarşısında cavab verəcəklər. Onların istəkləri heç vaxt baş tutmayacaq. Hər kəs törətdiyi əmələ görə cavab verməlidir - istər jurnalist olsun, istər hansısa informasiya saytının rəhbəri, istərsə də terrorçu. Hər kəs qanun qarşısında eynidir".
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətmiş Yunis Səfərovla yanaşı, daha 11 nəfər saxlanılıb:

Bu xəbər oxundu
- - -