Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ərdoğan xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir”

10.07.18, 11:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elxan Şahinoğlu: “Çavuşoğlu pofessor Əhməd Davudoğludan daha faydalı nazir oldu”

“Rəcəb Tayyib Ərdoğan Mövlud Çavuşoğlunu dəyişmədi, çox naziri dəyişdi, yenilərini gətirdi, ancaq xarici işlər nazirini yerində saxladı. Demək, Ərdoğan Çavuşoğlunun işindən razıdır və xarici siyasəti dayandığı yerdən davam etdirmək istəyir. Doğrusuna baxsaq, Çavuşoğlu Ərdoğan üçün pofessor Əhməd Davudoğludan daha faydalı nazir oldu. Çavuşoğlu Ərdoğanın xasiyyətinə bələddir və prezidentin istəyindən kənar addım atmır”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ərdoğan baş qərargah rəisi Hulusi Akarı müdafiə naziri təyin etdi: “Demək, Ərdoğan 2016-ci ildəki çevriliş cəhdinə baxmayaraq Akara inanır və onu yanında tutmaq istəyir. Halbuki, ordu içərisindəki çevriliş hazırlıqlarından Akar məlumatlı olmalı idi. Olmadı və 15 iyul baş verdi. Buna baxmayaraq, Akarın dövründə Türkiyə ordusunun İraq və Suriyada terrorçulara qarşı uğurlu əməliyyatları da hesaba alınmalıdır. Ən maraqlısı Akarın yerdəyişməsindən sonra Türkiyənin baş qərargah rəisinin kimin – hansı generalın olacağıdır. Bu görəv Türkiyə kimi dövlət üçün çox böyük əhəmiyyət daşıyır.
Ərdoğan daha bir yerdəyişmə etdi, kürəkəni Albayrağı enerji naziri vəzifəsindən maliyyə naziri vəzifəsinə transfer etdi. Bu da Türkiyə üçün önəmli vəzifədir. Albayrak Ərdoğanın birbaşa dəstəyi ilə addım-addım irəliləyir. Ərdoğan yeni Konstitusiyanın ona verdiyi hüquqdan istifadə edərək bəzi nazirləri kənardan təyin etdi. Yəni əvvəlki kimi vacib deyil ki, nazirlər millət vəkilləri olsun. Beləliklə, qardaş ölkəyə xeyirli-uğurlu olsun".

Bu xəbər oxundu
- - -