Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Avropanın qorxu içində gözlədiyi Putin-Tramp sammiti

10.07.18, 12:15
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Bizə arxadan zərbə vuracaqlar”
Finlandiya prezidenti Sauli Niinistö “İlta-Sanomat”a müsahibədə prezidentlərin görüşünü məhz Finlandiyada keçirmək ideyasının necə meydana çıxdığından danışıb. Rusiya və Amerikanın iki yüksəkçinli məmuru yay günü dönümündən qabaq fin məmurların vasitəçiliyi ilə Finlandiya prezidenti Sauli Niinistö ilə təmasa giriblər. Onlar ilkin sual ediblər: “Finlyandiya Vladimir Putin və Donald Tramp görüşünün təşkilatçısı kimi çıxış edə bilərmi?” Niinistö “İlta-Sanomat” nəşrinə deyib: “Əlbəttə, ilkin cavabda bildirilib ki, Finlandiya öz xidmətlərini göstərməyə hazırdır”.
“Strateq” “Ilta-Sanomat”a (Finlandiya) istinadən yazır ki, adətən, sammitlərdən öncəki diplomatik görüşlərdə anlaşılmalara gəlinə biləcək aspektlər axtarılır. Bu cür müzakirələr indi də keçirilir. Niinistö xatırladır ki, ABŞ və Rusiya Baş Qərargah rəisləri iyunda Finlandiyada görüşüblər. Elan edilmiş məlumata əsasən, Putin və Tramp Suriya, Ukrayna, tərk-silah, ya da ən azı, silahlanma üzərində nəzarət məsələlərini müzakirə edəcəklər. Niinistönün fikrincə, tərk-silah haqda məsələ xüsusən önəmlidir. “Danışıqların ümumi hədəflərinin artıq nişanlanıb-nişanlanmadığı haqda heç nə deyə bilmərəm”.
Helsinki sammitiylə bağlı əndişə var ki, prezidentlər Putin və Tramp Avropanın rəyi nəzərə alınmadan nədəsə razılığa gələ bilərlər. “İndi bu xüsusda xeyli spekulyasiya var. Bəs ticarət savaşı başlansa, NATO sammiti uğursuzluqla bitsə, bəs bu, ya da başqa cür olarsa. Bütün bu mühakimələr lazım formasındadır. Elə hərəkət etmək lazımdır ki, uğursuz variantlar minimuma endirilsin, bu, AB üzvü kimi Finlandiyaya da aiddir. Gəlin, ən yaxşısına ümid edək, amma ən pisinə hazırlaşacağıq. Arxadan zərbəyə də hazır olmaq gərəkdir”.
“Mən dünyanın qütbləşməsindən çox narahatam, xarici siyasətdə isə siyasətçilərin şəxsiyyətinə vurğu edilir. Mən habelə hesab edirəm ki, ABŞ və Rusiya ikitərəfli danışıqlar aparmalıdır, amma Avropanın özündən yan keçmək tərzində Avropa məsələlərinə qarışmaq olmaz. Bu cür durumlar riski çoxalır, çünki hazırda AB-i beynəlxalq siyasətdə bütöv və güclü xadim adlandırmaq çətindir”.
Əslində, Avropa və Amerikanın transatlantik əməkdaşlığının necə həyata keçirildiyi NATO-nun qarşıdakı sammitində aydın olacaq. Niinistönün fikrincə, görüşün məğzi də bundan ibarətdir. “Transatlantik əməkdaşlığı təkcə NATO ölkələri üçün deyil, Avropa üçün də çox mühümdür. Parçalanma yolverilməzdir”.
İyunun axırında Fransa və AB-nin səkkiz başqa ölkəsi müdafiə sahəsində əməkdaşlığı gücləndirmək niyyəti haqda Lüksemburqda saziş imzalayıb. Fransa prezidenti Emmanuel Makron arzulayan ölkələri Avropa Birliyi və NATO müdafiə ittifaqından qıraqda var olacaq yeni koalisiyaya qoşulmağa dəvət edib. Alyans ABŞ silahlı qüvvələrindən asılı olmamalıdır. Finlandiyanı Fransanın başçılıq etdiyi koalisiyaya qoşulmağa çağırırlar.
Niinistönün fikrincə, alyans gələcəkdə Fransanın maraqlarına artıq o qədər də güclü yön almayacaq. Almaniya kansleri Angela Merkel hesab edir ki, Fransa başqa bir təkliflə çıxış edə bilər: AB-nin daxilində AB-nin vahid müdafiə sisteminə daxil ola biləcək təşkilat qurmaq. Niinistö hesab edir ki, məhz bu cür təklif formatı və AB ilə mümkün assosiativlik təklifi Finlandiya üçün maraqlı edir. Finlandiya bu layihəyə qatılmaq üçün hələlik qərara gəlməyib, amma prezident Niinistö deyir ki, Finlandiya bu məsələni ciddi ölçüb-biçir. Niinistö duruma öz baxışı haqda hələlik məlumat vermir. Amma vəd edir ki, Finlandiya yayda rəsmi cavab verəcək.

Bu xəbər oxundu
- - -