Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistanın iqtisadi blokadası güclənəcək”

10.07.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Elman Nəsirov: “Bu ölkədə yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq”

“Azərbaycanın fəal iştirakı ilə reallaşdırılan yeni layihələr Avropanın enerji xəritəsini dəyişir ki, bu da olduqca qürurverici haldır. Bilirsiniz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər böyük layihələr reallaşdırılır. Ötən ay açılışı keçirilən "TANAP layihəsi "Cənub Qaz Dəhlizi"nin mühüm elementidir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bu layihə ölkəmizin beynəlxalq aləmdə, Avrasiyada mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərir”. Bu fikirləri deputat, politoloq Elman Nəsirov səsləndirib. O bildirib ki, ilk növbədə enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edir: “TANAP həm də azad rəqabət, enerjinin şaxələndirilməsi layihəsidir. Dövlət başçısı dəfələrlə qeyd edib ki, meqalayihə bütün tərəflərin qazanc əldə etməsinə şərait yaradır. TANAP nəticə etibarı ilə çoxtərəfli əməkdaşlığın formalaşmasına gətirib çıxaran layihədir”. Onun sözlərinə görə, bütövlükdə "Cənub Qaz Dəhlizi" ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, İtaliya, Yunanıstan və Albaniya kimi ölkələrin sıx əməkdaşlığı formalaşıb: “Balkanlardan Bosniya və Hersoqovina, Xarvatiya və Monteneqro da memorandum imzalayaraq, layihənin potensial iştirakçıları olublar. Əlavə olaraq, Rumıniya və Türkmənistan da layihəyə ciddi maraq göstərir. Görünən odur ki, "Cənub Qaz Dəhlizi" öz təsdiqini tapır dünya üçün böyük önəm kəsb edir.
TANAP-ın işə düşməsi ilə Azərbaycan qazı Türkiyənin Qara dəniz sahillərinə qədər gətirilir. Bundan sonra isə TAP layihəsi ilə qazın Yunanıstana ötürülməsi reallaşdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyi üçün mühüm olan layihənin həyata keçirilməsinə vəsiqə verilir. Azərbaycan Avropa üçün yeni alternativ enerji mənbəyi rolunu oynayacaq. 2020-ci ildə 16 milyard qazın satışı gözlənilir. 2026-cı ildən başlayaraq, qazın ixracı daha da yüksələrək, 30 milyard kubmetrə çatdırılması proqnozlaşdırılır”.
E.Nəsirov vurğulayıb ki, Ermənistan təcavüzkar siyasəti nəticəsində Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərindən və indi də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən kənarda qaldı: “Ermənistanın iqtisadi blokadası güclənəcək və bu ölkədən miqrant axını, eləcə də yerli əhalinin yoxsulluq səviyyəsi daha da artacaq. Təsadüfi deyil ki, Ermənistanda həm enerji, həm də Bakı-Tbilisi-Qars layihəsinin reallaşmasına bir faciə kimi yanaşırlar. Amma əslində bu faciəni özləri yaradırlar. İşğala son qoysunlar, onun nəticələrini aradan qaldırsınlar və bundan sonra Ermənistanın bu layihələrdə iştirakı məsələsinə baxıla bilər. Prezident İlham Əliyevin dediyi kimi, nə qədər ki bu təcavüzə son qoymayıb, Ermənistanın təcrid siyasəti daha da gücləndiriləcək: "Biz bu gün onun şahidi oluruq. Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb. Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı”.
O əlavə edib ki, işğalçı Ermənistanın yeni hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır: “Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı fikirləri, onun işğal olunmuş ərazilərimizə səfəri münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Həmçinin, o, aparılan danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tərəf kimi iştirakını təklif etməklə özünə dividend qazanmaq istəyir.
Əslində, Paşinyan bu sərsəm və absurd fikirləri ilə münaqişənin nizamlanması ilə bağlı danışıqları yubatmaq istəyir. Ermənistan iflas vəziyyətindədir, ölkə onsuz da kifayət qədər zəifləyib, etirazlar dalğasından sonra isə tam çıxılmaz hala düşüb. Belə vəziyyətdə olan Ermənistanla inkişaf etmiş Azərbaycanın danışıqlara getməsi bu ölkə üçün faciəli ola bilər. Ona görə də Paşinyan vaxt udmaq istəyir. Amma başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, heç bir perspektivə nail ola bilməyəcək”.

Bu xəbər oxundu
- - -