Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şübhələnməyə əsaslar az deyil”

11.07.18, 10:47
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Nardaranda məlum olaylar baş verir İran diqqət mərkəzinə keçir, Gəncədə qarışıqlıq düşür yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil”. Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur: “Qonşu dövlətdə müxtəlif siyasi və dini mərkəzlər və güclü kəşfiyyat sistemi var və hər birində dünyəvi Azərbaycanın zəfiləməsini istəyən qruplar fəaliyyət göstərir. Onları yaxşı tanıyırıqmı, nə edə biləcəklərini proqnozlaşdıra bilirikmi? Heç bizdə düz-əməlli fars dili də tədris olunmur.
Rusiyada İranı araşdrıan və fars dinili bilər mütəxəssislərin sayı bizdəkindən çoxdur. Bu haqda təhlükəsizliyimizə problem yaradan hadisəsən sonra yox əvvəl düşünmək və preventiv addımlar atmaq lazımdır. Heç Azərbaycandakı müvafiq dövlət strutkrularının və onlara tabe hansısa araşdırma mərkəzinin bu gün də “İranda və Cənubi Azərbaycanda nə baş verir” sualı üzərində ciddi tədqiqatlar aparıldığına şübhə edirəm. İrandakı mərkəzlər bizi daha yaxşı tədqiq edir və tərfdarlarından da yararlanırlar. Cənubi Azərbaycandakı hərəkat isə başsızdır və Bakıda bu haqda kimsə düşünmür...”.

Bu xəbər oxundu
- - -