Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Səfir Argentina mətbuatında dərc olunan məqaləyə cavab verib

11.07.18, 10:59
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov bu ölkə mətbuatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dərc olunan məqaləyə cavab verib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Argentina və ümumilikdə regionun aparıcı və ən çox oxucu kütləsinə malik KİV-dən olan “Clarin” qəzetində dərc olunmuş, qəzetin erməni əsilli jurnalisti Magda Tagtachianın müəllifi olduğu “Artsax və Azərbaycan, müharibə davam edəcəkmi?” başlıqlı yazısı ilə bağlı qəzetdə “cavab hüququ” qismində Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanovun "Azərbaycanın məqsədi öz ərazi bütövlüyünü bərpa etməkdir" adlı cavab məktubu dərc edilib.
Səfir “Clarin” redaksiyasına ünvanlanmış cavab məktubunda Dağlıq Qarabağın tarixən Azərbaycana məxsus olması, ermənilərin müxtəlif dövrlərdə oraya köçürülməsi, Azərbaycan SSR tərkibində DQMV-nin yaradılması, Ermənistan ərazisindən azərbaycanlıların müxtəlif vaxtlarda kütləvi deportasiyası, Ermənistanın ölkəmizə qarşı tarixən mövcud olmuş və Sovet İttifaqının son illərində yenidən canlanmış ərazi iddiaları, ölkəmizə qarşı hərbi təcavüzü, o cümlədən torpaqlarımızın 20%-nin işğal edilməsi və 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər, bu sənədlərin Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən dərhal və qeydsiz-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqınların öz torpaqlarına qaytarılmasını tələb etdiyi haqda ətraflı məlumat verilib.
Məqalədə Azərbaycan ərazisində Ermənistan işğalçı qüvvələrinin mövcudluğu və bu səbəbdən rəsmi Bakının öz ərazi bütövlüyünü hərbi yolla bərpa etmək istəyinin onun tam suveren hüququ olduğu, bununla belə Azərbaycanın hələ də münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəmədiyi qeyd olunub.

Bu xəbər oxundu
- - -