Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiya istintaqı - Amerikanın ən böyük realiti şousu

11.07.18, 12:22
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Bu hadisədə siyasi triller filmlərinə xas olan bütün xüsusiyyətlər var. Mübahisə doğuran bir prezident, müəmmalı xüsusi prokuror və hətta porno ulduz belə var. Prezident Trampın hakimiyyəti dövründə baş verən Rusiya istintaqı Amerikanın ən böyük realiti şousuna çevrilib. "Məncə biz aysberqin ancaq kiçik bir hissəsini görmüşük. Mənə elə gəlir ki, onlar nə isə gizlədir, çünki, Putin heç nəyə görə günahlandırılmır`` - deyə, ABŞ vətəndaşları münasibət bildirib.
2017-ci ilin yanvar ayında ABŞ kəşfiyyat agentlikləri Donald Trampın prezident seçilməsinə kömək etmək üçün Rusiyanın 2016 ABŞ prezident seçkilərinə müdaxilə etdiyi qənaitinə gəlib. Xüsusi prokuror Robert Müller 2017-ci ilin may ayından etibarən Moskva ilə Tramp kampaniyası arasındakı mümkün əlaqəni araşdırmaq üçün başladılan xüsusi istintaqa rəhbərlik etməyə başladı.
Rusiya istintaqı ilə bağlı fikirlər müxtəlifdir. Gözlənildiyi kimi, partiya mənsubiyyətinə istintaqa baxışlar da fərqlənir. Respublikaçılar arasında araşdırmanı siyasi motivli olduğunu qəbul edənlər daha çoxdur. Tramp isə istintaqı ifritə ovu adlandırır və onun dəstəkləyənlər də bununla razıdır. Demokratiya araşdırması qrupunun iyul ayında təqdim etdiyi hesabata əsasən Trampı dəstəkləyənlərin böyük əksəriyyəti istintaqın ədalətlə aparılmadığını düşünür. Ancaq hesabatın müəllifinin sözlərinə görə, Amerikanın yarısından çoxu bunun əksini düşünür.
"İnsanların əksəriyyəti istintaqın ədalətli aparıldığını və ittihamarın təsdiqləndiyi təqdirdə bunun ciddi nəticələrinin olacağını düşünür. Onlar düşünür ki, prezidentin bu istintaqa hər hansı bir şəkildə müdaxilə etməsi doğru hərəkət olmaz.`` - deyə, hesabat müəllifi Robert Qriffin bildirib. Ədalətli olsun ya yox. Amma Respublikaçı qanunvericilər istintaqın sonlanması ilə bağlı səbirsizdirlər.
"Əgər səndə Tramp kampaniyasın hər hansı bir üzvünün səhv etdiyinə dair sübut varsa, o zaman bunu hakimə təqdim et. Əgər prezidentin səhv etdiyinə dair sübutun var buyur bunu Amerika xalqına təqdim et.`` - deyə, Cənubi Karolinadan olan Respublikaçı qanunverici Trey Qovdi bildirib. Hər iki lider iyulun 16-sı Finlandiyanın paytaxtı Helsinkidə görüş keçirəcək. Administirasiyanın sözünə görə, Tramp zirvə görüşündə Putini seçkiyə müdaxilə də daxil olmaqla Rusiyanın fəaliyyətlərinə görə cavabdeh olmasını təmin edəcək.

Bu xəbər oxundu
- - -