Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gürcüstanın yeni hökumətinin tərkibi açıqlandı

12.07.18, 7:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstan baş naziri Mamuka Baxtadze nazirlər kabinetinin yeni tərkibini mətbuata açıqlayıb.
Gürcüstan mətbuatı xəbər verir ki, Baxtadze 3 yeni nazirin adlarını açıqlayıb.
Hökumətin yeni tərkibini Gürcüstan parlamentinin həftənin sonuna kimi təsdiqləməsi gözlənilir.
Beləliklə yeni heyətdə 13 nazir əvəzinə 10 nazir və barışıq və vətəndaş bərabərliyi üzrə bir dövlət naziri olacaq. Bu “kiçik hökumət” konsepsiyası büdcə xərclərinin aşağı salınması və icra hakimiyyətinin işini optimallaşdırmaq məqsədi daşıyır.
Qeyd etmək lazımdır ki, Nazirliklərə nisbətdə dövlət nazirinin aparatı az sayda tərkib heyəti ilə fərqlənir.
Yeni hökumətin yeni nazirləri maliyyə naziri İvane Maçavariani, təhsil, elm, incəsənət və idman naziri Mixail Batiaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kabuliya olub.
Qeyd edək ki, yeni hökumətdə Mədəniyyət və Idman nazirliyi, Ədliyyə Nazirliyi, Qaçqın və Məcburi köçkünlər Nazirliyi olmayacaq. Bu nazirliklərdən mədəniyyət və idman nazirliyi təhsil və elm nazirliyi ilə birləşərək, təhsil, elm, incəsənət və idman nazirliyi adlandırılıb. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyinin tərkibinə qatılıb. Qaçqın və Məcburi köçkünlər nazirliyinin fəaliyyət istiqamətləri isə Regional İnkişaf və İnfrastruktur Nazirliyi, Daxili İşlər Nazirliyi və Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında bölüşdürülüb.

Bu xəbər oxundu
- - -